25 Ocak 2015 Pazar

Uğurlu insanları fərqləndirən 45 xüsusiyyət


1. Başqaları əllərini yanlarına saldığı və təslim olduğu məqamlarda, onlar yeni fürsətlər axtarır və onu tapırlar.
2. Digərlərinin uğursuzluq hesab etdiyi hadisədən nəticə çıxarmağı, dərs almağı bacarırlar.
3. Onlar düşünülmüş qərarlar qəbul edirlər.
4. Digərlərinin nə vaxtsa uğurun onları tapmasını gözlədiyi halda, bu insanlar özləri məqsədyönlü şəkildə və daima uğura gedəcək yol salırlar.
5. Onlar da digərləri kimi qorxu hissi yaşayır, lakin bu hissin onlara hakim kəsilməyinə icazə vermir, qorxu onları deyil, onlar qorxunu idarə edir. Qorxu sadəcə ehtiyat deməkdir.
6. Onlar düzgün sual verir- bu suallar tam və hər tərəfli cavablandırma tələb edirlər.
7. Onlar şikayətlənmir – bu əlavə güc sərfidir. Onların bütün şikayətləri məhkəmələrə gedir.
8. Onlar günahı başqasının üzərinə yıxmır. Onlar öz fəaliyyətlərinə və onun nəticələrinə görə tam məsuliyyəti öz üzərilərinə götürürlər.
9. Heç də məcbur deyil ki, onlar fantastik talant sahibi olsun, lakin onlar həmişə mövcud potensiallarını maksimal şəkildə reallaşdırmaq üsulu tapırlar. Onlar həmişə özlərinə qarşı tələbkar olur.
10. Onlar məşğul, yaradıcı və punktualdırlar. Hamının bekar gəzdiyi, işsiz dayandığı və sanki işləyirmiş kimi davrandığı yerlərdə və anlarda – onlar həqiqətən işləyirlər.
11. Onlar ətraflarına həmfikir olduğu insanları toplayır — vahid və bütünləşmiş komanda qədər başqa heç bir amil qarşıya qoyulmuş məqsədə nail olmağa kömək edə bilməz.
12. Onlar şöhrətpərəst olur və həmişə özlərinə belə bir sual verirlər –niyə də mən olmayım? Bu onlara talelərini idarə etmək imkanı verir, onlar hamı kimi sadəcə axına tabe olmurlar.
13. Onlar öz həyatlarını necə görmək istədiklərini yaxşı bilirlər və məhz bunun üçün nə lazımsa onu edirlər, digərləri isə öz həyatlarına kənardan sadəcə seyr edici kimi baxırlar.
14. Onlar kimisə təqlid etmir, öz yollarını açır, öz üslublarını yaradırlar.
15. Onlar heç nəyi təxirə salmır, bu isə o deməkdir ki, onlar həyatlarını nəyi isə gözləyərək keçirmirlər.
16. Onlar bütün həyatları boyu öyrənirlər. İstənilən həyat təcrübəsi –bir dərsdir.
17. Onlar optimistdirlər, buna görə də hər şeydə fayda görürlər.
18. Onlar etməli olduğu idi edirlər, onlar həmin an özlərini necə hiss etməsi heç bir önəm kəsb etmir.
19. Onlar riskə gedir –istər psixoloji, istər emosional, istər maliyyə, istər də peşəkar.
20. Onlar problemlərdən qaçmır, onlar ilə üz-üzə dayanırlar.
21. Onlar ürəklərində arzu tutub, bəxtin onlara güləcəyini və xoşbəxt şansı gözləmir, bu insanlar özləri-öz talelərini qururlar.
22. Onlar hadisələri qabaqlamağa çalışır və hər hansı bir hadisə baş verməmiş ona qarşı tədbir görürlər.
23. Onlar emosiyalarını idarə etməyi bacarırlar. Onlar da hamının hiss etdiyini duyğuları yaşayır, lakin öz hisslərinin əsirinə çevrilmirlər.
24. Bu insanlar kommunikasiya məharətinə sahibdirlər və daima bu bacarığı təkmilləşdirirlər.
25. Bu insanların müəyyən həyat planları olur və onlar bu plana riayət edirlər. Onların həyatı səliqəsiz və dağınıq hadisələr yığnağı deyil.
26. Onların müstəsnalığı ondadır ki, onlar başqalarının görə bilmədiyi və görmək istəmədiyi şeyləri sanki adi bir vərdiş kimi rahatlıqla edirlər. Bu elə qərarlardır ki, bunu onlardan başqa heç kəs qəbul edə bilməz.
27. Əksər insanların komfortdan asılı olduğu halda, uğurlu insanlar bilir ki, polad döyüldükcə bərkiyər və insan xarakteri məhz çətinliklər gördükcə möhkəmlənir.
28. Onlar öz dəyərlərini dərk edirlər və bu onlara dəyərli həyat yaşamağa imkan verir.
29. Onlar tarazlıq sevəndir. Müvəffəqiyyət və pul, xoşbəxtlik və nailiyyət anlayışlarını qarışdırmırlar. Bir çox problemlər onda yaranır ki, əksər insanlar başa düşmür ki, pul –sadəcə vasitə və alətdir, amma o sənə xoşbəxtlik vermir.
30. Onlar nizam intizamın və özünə nəzarətin əhəmiyyətini dərk edirlər.
31. Müvəffəqiyyətli insanlar özlərinə əmindir.
32. Onlar xeyirxah və səxavətlidir. Onlar başqalarına kömək edəndə bundan zövq alırlar.
33. Onlar təvazökardır, səhvlərini qəbul etməyə və üzr istəməyə hazırdır. Onlar öz bacarıqlarına arxayındır, amma buna rəğmən təkəbbürlü deyillər. Onlar digərlərindən öyrənməyi bacarırlar. Onlar başqalarına fərqlən imkanı verdiklərinə görə özlərini xoşbəxt sayırlar və qabağa dartmağı xoşalmırlar.
34. Onlar uyğunlaşmağı çox yaxşı bacarır və öz adət və vərdişlərinin qulu olmurlar.
35. Onlar özlərini yaxşı fiziki formada saxlayır, lakin öz vücudlarına həddindən artıq aludə deyillər.
36. Onlar çox işgüzardırlar. Daima səy və əzmlə çalışırlar.
37. Onlar çox elastikdirlər. Başqasını sadəcə partlayacağı bir yerdə, onlar qızınmağa müyəssər olurlar.
38. Onlar qapalı deyil və insanlar üçün açıqdırlar.
39. Onlar xoşagəlməz, nadürüst və natəmiz insanlar ilə ünsiyyətə girmirlər.
40. Onlar güclərini və vaxtları özləri üçün gərəksiz olan şeylərə sərf etmirlər.
41. Onlar axına qarşı üzməyə və sıradan kənar, qeyri adi bir görməyə olduqca şaddırlar.
42. Onlar həmişə özlərini “balıq suda olduğu” kimi hiss edirlər.
43. Onların özləri üçün müəyyən etdiyi zirvə nöqtəsi həmişə digərlərindən daha hündür olur.
44. Onlar vaxtlarını özlərinə bəraət və ya uğursuzluqlarına haqq qazandırmağa sərf etmirlər.
45. Onlar həmişə pozitiv əhval-ruhiyyədir və heç vaxt təslim olmurlar.
Mənbə:tabloid.az

Uşaqlara oxumaq həvəsinin aşılanması


Jurnalist, filoloq, “Serebryannıy dojd” (“Gümüş yağmur”) radiostansiyasında yayımlanan “Kamennıy qost” (“Daş qonaq”) ədəbiyyat verilişinin müəllifi və aparıcısı, müəllim Leonid Kleyn uşaqlarda mütaliə həvəsinin necə oyadılmalı olduğunu bilir.
Mütaliə alışqanlığı zadəganlıq kimi bir şeydir, o ya irsi, ya da şəxsi ola bilər. Doğrudur, şəxsi mütaliə zadəganlığı çox nadir rast olunan haldır.
1. Yaxşı müəllim axtarın20 il məktəbdə dərs demiş bir şəxs kimi mən əminəm ki, şəxsi zadəganlıq yalnız yaxşı ədəbiyyat müəllimi olan yerdə mümkündür. Özü də bu, 5-ci sinifdən gec olmayaraq baş verməlidir. Uşaqlar olduqca erkən yaşlarda formalaşırlar.
2. Özünüz də kitab oxuyunTez-tez valideynlərdən belə şikayətlər eşidirəm ki, uşağa kitab oxumamış kompüterə yaxınlaşmağı da qadağan edirik, televizora da kod qoymuşuq, amma o oxumur ki, oxumur. Soruşuram: “Bəs siz özünüz çox mütaliə edirsiniz?” Cavab olaraq özlərinə haqq qazandırmağa çalışırlar ki, bəs, işimiz çoxdur…
Onda uşağa qarşı nə kimi narazılıqlar ola bilər ki? Hər şey ailədən gəlir. Mütaliə – bir növ genetik mədəni koddur. Məcburən siz heç kimə onu yeridə bilməzsiniz, yalnız öz şəxsi təcrübənizlə bölüşə bilərsiniz. Siz özünüz oxumağa başlasanız uşaq da mütləq mütaliə etməyə başlayacaq. Amma söhbət yalnız əsl ədəbiyyatdan gedir. “Ye, dua et, sev” kimi kitabçalar sayılmır.
3. “Köhnə” kitabları yeni yanaşma ilə oxuyunMəsələn, ana belə hesab edir ki, onun yeddiyaşlı uşağı artıq Puşkin nağıllarını oxumaq üçün böyüyüb. Mən Puşkinin nağılları haqqında özümün “Kamennıy qost” verilişimdə danışarkən mənə belə esemeslər gəlir: “Leonid, maşından çıxmaq istəmirəm, verilişi sonunacan dinləmək istəyirəm!”
Puşkinin nağılları böyüklər üçündür. Bütün dahiyanə uşaq kitabları çox qabiliyyətli böyüklər tərəfindən yazılıblar. Və bu kitablarda çox əhəmiyyətli şeylərdən danışılır. “Meri Poppins” – valideynlərin öz uşaqlarına sərf etməyə vaxt tapmamaları haqqındadır. Uşaqlıq isə nə zamansa bitəcək. “Düyməcik” – mürəkkəb ailə münasibətlərinin güclü bədii pasyansıdır. “Vinni-Pux” – möhtəşəm xarakterlər yığnağıdır.
Biz böyüklərin şüurunda bir dənə də təhlükəli tələ var: “biz bunu məktəbdə keçmişik, bizə yeni nəsə verin”. Bu yaxınlarda mənim bir tanışım məndən xahiş etdi ki, oxumağa bir şey tövsiyə edim. Ona “Anna Karenina”nı təklif etdim. O isə mənə: “Eh, mən orda nə haqda danışıldığını bilirəm. Yeni bir şey istəyirəm” — deyə cavab verdi. Onda belə bir sual yaranır ki, biz mütaliədən nə istəyirik – mürəkkəb yollarla bizim estetik və ekzistensial təcrübəmizə keçəcək estetik həzz, yoxsa əkşn?
4. Ən tozlu klassikada da aktuallıq axtarıb tapınBu çox vacibdir ki, hər bir hekayə qanımıza və sümüyümüzə işləsin. Sizi əmin edirəm ki, adi məktəb proqramı belə onun haqqında düzgün söhbət aparılarsa uşaq üçün məhz aktual olacaqdır. Onun həyatı, onun narahatlıqları, zəmanə və ictimai quruluş, mahiyyət etibarilə dəyişməyən şeylər haqqında – “Yevgeniy Onegin” də, “Zəmanəmizin qəhrəmanı” da, “Ölü canlar” da bu haqdadır.
Sadəcə bizim gözlərimiz pərdələnib, şüurumuz məktəb proqramında olan ştamplarla doludur. Heç olmazsa bunları aşmaq üçün mən bu yaxınlarda böyüklər üçün nəzərdə tutulmuş mühazirələr kursu oxumağa başlamışam. Bir növ “Kamennıy qost”, amma oflaynda.
5. Müzakirə edinÜmumiyyətlə, əgər siz həqiqətən də uşağınız mütaliə yolunun tutmağını istəyirsinizsə onunla oxuduğu şeylər haqqında danışmaq lazımdır. Həmçinin də keyfiyyətli filmlərə baxıb onları da müzakirə etmək, yanından piyada və ya nəqliyyatla keçdiyiniz bütün mədəni obyekt və abidələr haqqında da danışmaq gərəkdir. Bu çətin deyil, sadəcə onlara diqqət etmək lazımdır.
6. Ucadan oxuyunHəqiqi klassik ədəbiyyatı ucadan oxumaq və uşaqla bir yerdə ondan həzz almaq lazımdır, bu zəruridir. Audiokitabları çox tövsiyə edirəm – uşağın nəyisə başa düşməyəcəyindən qorxmayın.
7. Şəxsən oxuyunKitab oxumağı uşağınızın dayəsinə buraxmayın. Siz uşağınıza kitab oxuyarkən ona gözəl şeylər aşılayırsınız. Və gözəl şeylərin bu cür – şəxsi ötürülməsi sizi gələcəkdə bir-birinizə ömür boyu sıx bağlayacaq bir teldir.
8. Heç vaxt qısaldılmış nəşrlər oxumayınBu, üçtəkərli avtomobil almağa bənzəyir. Mətndən, süjetdən məlumat almaq mümkün olsa da heç bir həzz əldə edilmir.
9. Say dalınca qaçmayınBu baxımdan bizim məktəb proqramımız dəhşətlidir. Biz məktəb illərində çox oxuyuruq – amma nə haqda oxuduğumuzu başa düşmürük. Məsələn, mən dərs dediyim beynəlxalq bakalavriat proqramında iki ilə nəzərdə tutulmuş ədəbiyyat kursu cəmi 15 əsərdən ibarətdir.
10. Yazmağa cəhd edin
Vaxtilə mən özüm Lenin dağlarındakı Pionerlər sarayında bədii dərnəkdə iştirak etmişəm. Bizim çox gözəl şüarımız var idi: “Kiçik yazıçıdan böyük oxucuya”. İnsanlar yazmağı bacarmalıdırlar. Məktublar, esselər, hekayələr. Uşaqlarla bu oyunu oynamaq olar. Nağıllar uydurmaq, onları yazmaq. Sonra isə sənin nağılının Andersenin nağılından nə ilə fərqləndiyini müzakirə etmək olar.

“Kommersantъ”dan Aleksey Tarxanov hesab edir ki, müasir uşaqlar üçün kitabı sevmək asan deyil. Lakin ümidini itirmir.
Uşaqları kitab oxumağa necə məcbur etmək olar? Bu sualı mən yüzlərlə dəfə eşitmişəm. Burada nə cavab vermək olar? Heç cür! Elə bir yol yoxdur ki, bugünkü uşaqları bizim kimi kitabla yaşamağa məcbur edəsən. Ona görə yox ki, onların nəyisə bizdən əskikdir. Sadəcə bizim onlar qarşısında mühüm üstünlüklərimiz var idi. Bizim böyük həcmdə boş vaxtımız (televizorda “Selskiy ças”a (“Kənd saatı”na) baxası deyildik ki) və böyüklər üçün nəzərdə tutulmuş müxtəlif ədəbiyyatla dop-dolu kitab rəflərimiz var idi.
Bir az böyüyəndən sonra məni “Ümumdünya ədəbiyyat kitabxanası” seriyası qıcıqlandırırdı – “Mahabharata”dan tutmuş “Gənc qvardiya”ya qədər iki yüz cild. Hamı onu axtarıb almağa çalışırdı. O, tapılmayan malların ən tapılmayanı idi, mənə isə elə gəlirdi ki, o, mənim zövqlərim nəzərə alınmadan mənim əvəzimə kiminsə tərəfindən yığılmış böyük bir yemək dəstidir. Mən axmaq idim, çünki ədəbi abidələrin bu sırası, yüksək keyfiyyətli kağızdan hazırlanmış superüzlüklərin bu poqon metrləri artıq yetəri qədər oxumuş böyüklər üçün nəzərdə tutulmamışdılar. Sonralar məlum oldu ki, bu, uşaqlar üçün hiylə ilə qoyulmuş tələlər imiş. Onların köməkliyi ilə heç kəs bilmirdi ki, uşaq rəfdən nəyi götürəcək və bütün qaydalara görə ona toxunmalı olmayan hansı əsər onun qəlbinə və şüuruna toxunacaq. Bu, bir növ, geniş bir tor kimi xalq kütlələrinə atılmış tövsiyə olunan ədəbiyyat siyahısı idi.
Təəssüflər olsun ki, böyük ev kitabxanaları dövrü kimi bu ənənəyə də son qoyulmuşdur. Heç bir inanılmaz təsadüf sizin uşağınızı rəfdən “Vaqantlar poeziyası”nı, və ya “İsland saqaları”nı və ya, adam deməyə də qorxur, Nekrasovun “Şeirlər”ini götürməyə məcbur edə bilməz.
Bu gün mən “Kitabxana”nın üstünlüyünü həm də onun indiki kitablardan çox sadə dərcində görürəm: titulun əllə çəkilmiş şrifti, forzas üzərində bir ornament, bir neçə illüstrasiya. Bir sözlə desək, əylənməli bir şey yox idi. Bu gün uşaqlar üçün kitabları mümkün qədər məzəli tərtib edirlər. Bütün bunlar nəticəsində aldığımız qəliz tərtibatlı və şəkilli cildləri çətinliklə kitab adlandırmaq olar. Bunlar əslində üçölçülü mətnli oyuncaqlardır, onların adət etdiyimiz kağız və kartondan hazırlanması, cildlənməsi isə sadəcə elektron oyuna çevrilməyə qədər növbəti bir mərhələdir. Kağız lüğətlər artıq yox olublar, kağız məlumat kitabçaları məhv olublar, istənilən qəzet və jurnal bu gün internetdədir, Harri Potter haqqında filmlərdəki “Gündəlik peyğəmbər” tək danışır və oxuyur. Onda biz niyə belə hesab etməliyik ki, guya uşaqlar üçün nəzərdə tutulmuş kağız ədəbiyyatını bu cür tale gözləmir?
Bunlar əlbəttə ki, heç də sevindirici deyil. Mən sevimli kitablarımın üzlüklərini, kağız və kleyin iyini xatırlayıram. İndiki elektron kitabların iyi isə yoxdur, onların dövriyyəsi hisslərlə bağlı deyil. Kağız kitablarda təsadüfi tapıntıların və xoşbəxt kəşflərin faiz nisbəti qat-qat üstün idi. Sən onu vərəqləyərkən gözünə nə desəydin sataşa bilərdi – internetdə isə gözünün nəyə sataşacağını özün çox yaxşı bilirsən. Belə düşünmək də olmaz ki, guya kağız kitab heç olmazsa qiymətinin hesabına qalib gələcək. Doğrudur, riderlər hələ ki, daha bahadırlar, amma mobil telefonlar da nə vaxtlarsa hamı üçün əlçatan deyildi.
Elektron kitabların müasir təkamülünün zirvəsində duran iPad sadəcə yeni elektron cihaz deyil – o, mahiyyət etibarilə müasir uşaq əyləncələr aləminin modelidir. Burada oyun və hava proqnozundan tutmuş filmlərəcən hər şey və əlbəttə ki, istədiyiniz qədər kitab var. Çox yaraşıqlı tərtib olunub: budur, “Alisa möcüzələr aləmində”: yarıkitab, yarıoyun, yarımultfilm. Və bütün bunlardan sonra istəyirsiniz ki, uşaqlar öz-özlərinə şeirlər söyləsinlər? Sözdən şəklə keçmək imkanı, inanın ki, demək olar hər zaman şəkilin xeyrinə reallaşacaq.
Bəs nə etməli? Yenə də mübarizə aparmaq. Bizlər – “Dünya ədəbiyyatı kitabxanası”nın getdikcə azalan və yox olan müasirləriyik. Bizlər uşaqlarımızın da onu tanıması üçün bütün gücümüzlə çalışmalıyıq. Sadəcə cildlərin seçimi artıq bizdən asılıdır. Və o, çox məhduddur, çünki əgər sizin özünüz bu kitabı nəfəsiniz dayanacaq dərəcədə sevmirsinizsə uşaqlar heç bir zaman, onlara gizlincə oxumaq üçün qoyduğunuz kitabı sevməyəcəklər.

“Bu vacibdir, bunu oxu” sözləri heç bir uşağa təsir etməyəcək, əgər siz özünüz bu kitabı onlara ucadan oxumaq və ən azı dinləyicilər qədər də həzz almağa hazır deyilsiniz. Bir sözlə, heç də hər şey itirilməyib – uşaqlarınız sizi sevirlərsə sizin kitablarınızı da sevəcəklər. Oxumağın faydalılığını və hörmətin həqiqiliyini öyrənmək üçün əla imkandır.
Mənbə: kitabdulla.wordpress.com

Özünüz yüksələrkən başqalarını da unutmayın


Köçəri durnaların havada süzərkən “V” şəklində uçduqlarını yəqin ki, müşahidə etmisiniz. Elm adamları durnaların nə üçün bu cür uçduqlarını araşdırmışlar.
“V” şəklində uçduqda uçan hər quş qanad çırpdıqca arxasındakı quş üçün onu qaldıran bir hava axını buraxır. Beləliklə, “V” şəklində uçan durna qrupu bir-birilərinin qanad çırpması nəticəsində əmələ gələn hava axınından istifadə edərək, uçuş mənzillərini 70% uzada bilirlər. Yəni, tək halda gedə biləcəkləri maksimum yolu qrup halında, demək olar ki, iki qatına çıxarırlar.
Durnalardan biri “V” qrupundan çıxdığı halda, uçmaqda çətinlik çəkir. Çünki bu zaman o, digər quşların əmələ gətirdiyi hava axınının xaricində qalmış olur. Buna görə də yenidən qrupa qoşulur və yoluna bu şəkildə davam edir.
“V” qrupunun başında gedən durna bu cür hava axınından istifadə edə bilmir. Buna görə də digərləri ilə müqayisədə daha tez yorulur. Yorulan durna ən arxaya keçir və bu dəfə onun arxasındakı durna dəstəyə liderlik etməyə başlayır. Bu yerdəyişmə mütəmadi olaraq həyata keçirilir. Beləliklə, hər durna qrupun bütün hissələrində yer almış olur. Uçuş sürəti yavaşladıqda arxadakı quşlar qabaqdakılara bağıraraq xəbərdarlıq edirlər.
Əgər qrupda durnalardan biri xəstələnər, yaxud bir ovçu tərəfindən vurulub uça bilməyəcək vəziyyətə düşərsə, yıxılan quşa kömək etmək məqsədilə qrupdan iki durna ayrılır və qorumaq məqsədilə xəstə, yaralı durnanın yanına enir. Yenidən uça bilənə (ya da ölənə) qədər onunla bərabər qalır, yaralı quşu əsla tərk etmirlər. Daha sonra özlərinə başqa bir durna qatarı tapırlar. Heç bir qrup da onlara bu şəkildə qoşulmaq istəyən durnaları rədd etmir.
Bir misal da insanlardan verək.
Bir şirkətdə Hamı, Biri, Hər Biri və Heç Kim adlı dörd işçi çalışırdı. Yerinə yetiriləsi bir iş vardı. Hamı inanırdı ki, Biri bu işi yerinə yetirəcək. Əslində işin öhdəsindən Hər Biri də gələ bilərdi, amma Heç Kim bu işi yerinə yetirmək üçün çalışmırdı. Bu vəziyyət Birinin yaman acığına gəldi, çünki bu iş Hamının işi idi. Hamı fikirləşirdi ki, işçilərdən Hər Biri bu işi yerinə yetirəcək. Amma Heç Kim Hamının bu işin öhdəsindən gələ bilməyəcəyindən xəbərdar deyildi. Nəticədə Hər Birinin edə biləcəyi bir işi Heç Kim yerinə yetirmədiyi üçün Hamı Birini günahlandırdı.
Sosial varlıqdır insan. İnsan ilə insan olur insan. Başqa insanlara yardım etməyən, ən azı durnalar qədər özündən başqasını düşünməyən insan yalnız potensial insan olub, hələ həqiqi insan deyildir. İnsanlara yardım edən, özü yüksələrkən başqalarını da unutmayan insan, insan adını daşımağa layiqdir.
Dünya hamımıza çatar, amma bir-birimizə yardım edəriksə. Yoxsa ikinci bir dünya da bizə bəs eləməz. İnsana yardım eyni zamanda insanı Yaradana bir şükür ifadəsidir. Allaha şükür etmək istəyən, əvvəlcə, insanlara təşəkkür etməyi öyrənməlidir. Dünyanı dünya kimi yaşasaq, bunun heç də çətin olmadığını görərik.
Fikrimizi böyük şair B. Vahabzadənin misraları ilə bitirək:

Bir bax, açılan sübh, qızaran dan, doğulan gün,
Bir töhfəsidir Allahın insanlara hər gün.

Min töhfə umub aldığı bir töhfədən insan,
Neyçün bu gözəlliklərə bəs olmadı şükran?

Həyatdan nə öyrəndim? - Can Dündar


Sonsuz bir qaranlığın içindən doğuldum. İşığı gördüm, qorxdum.
Zamanla işıqda yaşamağı öyrəndim. Qaranlığı gördüm, qorxdum. Gün gəldi, sonsuz qaranlığa yola saldım sevdiklərimi. Ağladım.
Yaşamağı öyrəndim.
Doğumun, həyatın bitməyə başladığı an olduğunu, aradakı hissənin, ölümdən oğurlanan vaxtlar olduğunu öyrəndim.
Zamanı öyrəndim.
Yarışdım onunla…Zamanla yarışılmayacağını, zamanla barışılacağını, zamanla öyrəndim…
İnsanı öyrəndim.
Sonra insanların içərisində yaxşılar və pislər olduğunu…Sonra da hər insanın içərisində yaxşılıq və pislik olduğunu öyrəndim.
Sevməyi öyrəndim.
Sonra güvənməyi…Sonra da güvənin sevgidən daha qalıcı olduğunu, sevginin güvənin sağlam təməli üzərində qurulduğunu öyrəndim.
İnsan bədənini öyrəndim.
Sonra bədənin altında bir ruh olduğunu…Sonra da ruhun, əslində, bədənin üstündə olduğunu öyrəndim.
Dünyanı öyrəndim.
Sonra dünyanı işıqlandırmağın yollarını öyrəndim.Sonda dünyanı işıqlandıra bilmək üçün əvvəl ətrafını işıqlandırmalı olduğunu öyrəndim.
Çörəyi öyrəndim.
Sonra sülh üçün çörəyin bol istehsal edilməli olduğunu…Sonra da çörəyi ədalətlə bölmənin, bol istehsal etmək qədər əhəmiyyətli olduğunu öyrəndim.
Oxumağı öyrəndim.
Özümə yazmağı öyrətdim sonra…Və bir müddət sonra yazmaq, özümü öyrətdi mənə…
Tərk etməyi öyrəndim.
Sonra dözməyib qayıtmağı…Daha sonra da özümə rəğmən getməyi…
Dünyaya tək başıma meydan oxumağı öyrəndim gənc yaşda…
Sonra kütlələrlə birgə getməli olduğum fikrinə gəldim.Sonra da əsl gedişin kütlələrə qarşı olmalı olduğunu öyrəndim.
Düşünməyi öyrəndim.
Sonra qəliblər içində düşünməyi öyrəndim.Sonra sağlam düşüncənin qəlibləri yıxaraq düşünmək olduğunu öyrəndim.
Namusun əhəmiyyətini öyrəndim evdə…
Sonra namusdan məhrum olandan namus gözləmənin namussuzluq olduğunu, həqiqi namusun, günah əlinin altında ikən  günaha əl sürməmək olduğunu öyrəndim.
Həqiqəti öyrəndim bir gün…
Və həqiqətin acı olduğunu…Sonra da dozasında acının, yeməyə olduğu qədər həyata da ləzzət qatdığını öyrəndim.
Hər canlının ölümü dadacağını, ancaq yalnızca bəzilərinin həyatı dadacağını öyrəndim.
Müəllif: Can Dündar

22 Ocak 2015 Perşembe

Valideynlər bu sözləri övladlarına mütləq deməlidir


1. «Sənə inanıram»Bir qadının başına gələn hadisə bu mövzu üçün çox gözəl nümunədir. Bir gün qadın 3 yaşlı balaca oğlunu qucağına alıb deyir: «Mən sənə inanıram». Əslində, bir söz bumeranq kimi tezliklə onun özünə qayıdır.

Bir gün o, nə qədər axtarsa da  mənzilin açarlarını tapa bilmir. Bundan təngə gələn qadın yorğun halda divana əyləşir ki, eh, nə edim, tapılmır, tapılmasın. Qəfil o, hiss edir ki, kimsə ayaqlarını dartışdırır: «Ana can, sən açarları tapacaqsan. Mən sənə inanıram!»

Bu söz sanki anaya yeni ruh verir və ayağa qalxan kimi komodun qapısını qaldırır — Evrika! Açarlar tapıldı.

Əlbəttə, «Sənə inanıram!» kəlməsi insanın daxili motivasiyasının yüksəlməsində mühüm rola malik çox sehirli sözdür.

2. «Heç vaxt təslim olma!»Bu ifadədən istifadə etməklə uşağınızı ruhlandırıb vəziyyəti dəyişdirmək imkanına malik ola bilərsiniz. Amma bu fraza ədalı tonda, həm də arxasında nələrin dayandığını izah etməklə balalarınıza çatdırılmalıdır. Bu zaman valideyn vəziyyətdən çıxış yolu axtarmağa öz övladını sövq edəcək. 

Misal üçün, 3 yaşlı oğlu ilə oyun-tapmaca üzərində baş sındıran ananı nümunə çəkək. Onlar bir yerdə pazlları yığarkən balaca səylə bir pazlı şəkilin uyğun olmayan yerinə yerləşdirmək istəyir və bunu təkrar edir: «Heç vaxt təsim olma! Heç vaxt təslim olma!»

Ana ona düzəliş verir: «Sən təslim olmamalısan, amma ola bilər ki, indi sən nəyisə düşgün eləmirsən. Belə olan halda sən dayanmağı bacarmalısan və yeni yol axtarmalı, strategiya hazırlamalısan. Əgər sənin bütün səylərinə baxmayaraq heç nə alınmırsa, ruhdan düşməməli, tamamilə fərqli və yeni yol axtarmalısan ki, arzu etdiyin nəticəyə nail olasan».

Uşaqlar təslim olmamağı öyrənməlidirlər, eyni zamanda onlara  yeni yollar axtarmağa meylli olmasını da izah etmək vacibdir.

3. «Yaşadıqca öyrənirik»Sizin övladlarınız anlamalıdırlar ki, çətinliklər və səhvlər — həyatın qaçılmazlarıdır və bu, çox normal haldır.  Valideynlər öz uşaqlarına hər xırda səhvə görə dilxor olmamağı öyrətməyə çalışmalıdılar. Bunu sadəcə onlara məğlubiyyət anlarında xatırlatmaq lazım deyil, həm də çox vacib, həyatları ilə bağlı mühüm qərarlar aldıqları zamanlarda da onların yadına salmaq lazımdır ki, insanlar yaşadıqca həm də öyrənir və hər şeyə görə dilxor olmaq lazım deyil.

4. «Hər bir peşəkar nə vaxtsa şagird olub»Zaman keçdikcə, övladınız bu gün ətrafdakı adamların əksəriyyətinin heç də öz həyat yollarının əvvəlində belə olmadıqlarını dərk etməlidirlər.

Qoyun, sizin övladlarınız «Səhv etmək — bu, normal haldır, məğlub olmaq — bu, normal haldır və  mübarizə aparmaq — bu da normal haldır» kimi mühitdə böyüsünlər. Normal olmayan odur ki, uşaq səhv, məğlubiyyət və mübarizənin daim onu təqib etdiyini düşünsün. Övladlarınız bütün bunların öz niyyətlərinə çatması üçün sadəcə bir körpü rolunu oynadığını dərindən anlamalıdırlar.

5. «Məğlubiyyət — bu, seçim deyil»Siz öz uşaqlarınıza bu ifadənin nə məna kəsb etməsini izah etməyə çalışın. Onlara başa salın ki, öz niyyətlərinə çatmaq üçün  istənilən təcrübəni dərs kimi qəbul etmək, həm də bu məğlubiyyətdə «dərslik» üçün yeni imkanlar və yeni yollar görməyi bacarmalıdırlar. Məğlubiyyət heç vaxt seçim deyil.

Seçim — bu öyrənmək, böyümək, boy atmaq və tutuduğunu buraxmamaqda inadkar olmaq deməkdir.

6. «Sən hər bir göynəmədə və hər bir sıyrıntıda öyrənməlisən»Hər dəfə övladınız nəyisə düzgün etməyəndə, yaxud xoşagəlməz vəziyyətə düşəndə ondan bu dəfəki təcrübəsi zamanı nə öyrəndiyini soruşun. Onunla bu barədə söhbət etməyə başlayın, onlara izah edin ki, biz hamımız öz səhvlərimizdən  - hər dəfə yıxılan zaman dizlərimzidə açılan sıyrıntılardan, göynəmələrdən öyrənirik.


7. «Sən təhlükəsizlikdəsən. Sən sevgi və qayğı ilə əhatə olunmusan»
Öz uşaqlığınızı — təhlükəsizlikdə olduğunuzu, sevgi və qayğı ilə əhatə olunduğunuz çağları xatırlayın. Uşağı əhatə edən bu an sakitlik, istilik, harmoniya yaradır.

Əlbəttə ki, uşağın sevgi və qayğı ilə əhatə olunmasını bilməsi özünü təhlükəsizlikdə hiss etməsi üçün çox lazımdır. Bu, onun özünə verdiyi dəyəri artırır, ona güclü və mərd olmasına yardım edir.

Hər axşam öz balaca dəyərli varlığınızı yatmağa yola salanda bu sözləri təkrarlamağı unutmayın: «Sən təhlükəsizlikdəsən. Sən sevgi və qayğı ilə əhatə olunmusan». Bu cümləni həssaslıqla, sevgi ilə deyin. Qoyun o yadda saxlasın ki, hətta böyüyəndə belə o, bu hisslərdən məhrum olmayacaq. Bu sözləri ona elə tərzdə çatdırın ki, hətta həyatlarının ən ağır anında — stressli, çətin vəziyyətdə belə bu sözlər onların yadına düşsün.

16 Ocak 2015 Cuma

Hər bir müəllim öz tələbələrinin sevincini görəndə həyat onun üçün bir cənnətə çevrilir. Sevinirəm ki, Təlimlərimizin sayəsində bu gün Azərbaycan dilində İnternet resurslarının sayı artmış oldu. Azərbaycanda keçirilən V Elektron Respublika müsabiqəsində  74 qalibdən ( qaliblər və naminatlar) 70 məhz Bu sirli Bir toxunuşla yeni dünya kəşf etmək istəyən müəllimlər üçün keçirilən təlimlərin müdavimləri, təlimçiləri idi.  Bax budur Bizim Təlimin sirri Biz Təlim keçmirik, Biz sabahın müəllimini hazırlayırıq. Biz o müəllimi sabahımız üçün deyil Bu günümüz üçün hazırlayirıq. Biz Təlimin sonunda Böyük bir ailəyə çevrilirik.

Dəyərli oxucular! Bu ildə Veb ailəsi olaraq, qarşımıza məqsəd qoyuruq ki, Yeni peşəkar təlimçilər yetişdirək. Bu ildə məqsədimiz Müsabiqələrdə Liderliyi ələ almaq üçün kreativ Təlimlər keçməkdir. Bizim Təlimizə gələn insanlar bəzən sadəcə təlim kimi gəlir. Amma təlim başlayanda sirli aləmdə oldugunu anlayır. Bu Təlim Sizlərə nə verəcək:
1.     Həyat dolu Yaşamagı və Yaşatmagı;
2.     Sevməyi və həamı tərəfindən sevilməyi;
3.     Həyatı paylaşmagı;
4.     Yeni kretaiv Biliklər;
5.     Öz bacarıqlarınızı kəşf etməyi;
6.     Yeni bacarıqlar;
7.     İnnovativ müəllimə çevrilməyi;


RAMİL.SÜLEYMANOV.

11 Ocak 2015 Pazar

MÜƏLLİMLƏR ÜÇÜN KURS .
2015-ci ildə dəyişib inkişaf etmək istəyən yaradıcı həmkarlarımın nəzərinə:
Sizin istəyinizi nəzərə alaraq Veb3.0 təlimlərinə başlamağı qərara aldıq.Bakı və Azərbaycanın regionlarında Veb 2.0 təlimləri sayəsində 25 təlimçı,2000müəllim bu alətlərin qeyri -adı sirrini öyrənməyə nail oldu .Respublikada keçirilən bir çox müsabiqələrin qalibləri arasında Veb 2.0 ailəsinin nümayəndələrinin çoxluq təşkil etməsi buna sübutdur .Təlimdə iştirak etmək istəyən müəllimlər mənə müraciər edə və ya adlarını burada qeyd edə bilərlər.Öncədən təşəkkürlüyümü bildirirəm!

10 Ocak 2015 Cumartesi

Фильмы, которые стоит посмотреть вместе с детьми

Владимир Лучанинов | 29 декабря 2014 г.
Что можно посмотреть с детьми – на каникулах и просто так? Своим опытом совместного просмотра делится Владимир Лучанинов, главный редактор издательства «Никея»

1. «Звездочки на земле»

(Режиссеры: Аамир Кхан, Амол Гуптэ. В ролях: Даршил Сафари, Аамир Кхан, Танай Чхеда, Сачет Енгинир, Тиска Чопра, Випин Шарма, Мегха Бенгали, Бугс Бхаргава. Индия, 2007 год).
Милейший и добрейший фильм о беззащитности ребенка в мире взрослых амбиций, рекомендуется к просмотру для всей семьи без каких-либо ограничений. При себе иметь носовые платки.

2. «Останься со мной»

(Режиссер: Роб Райнер. В ролях:Уил Уитон, Ривер Феникс, Кори Фельдман, Джерри О’Коннелл, Кифер Сазерленд, Ричард Дрейфусс, Джон Кьюсак. Фильм снят по повести Стивена Кинга «Тело». США, 1986 год).
Фильм жесткий, даже очень, но мальчишеская подростковая тема, кажется, еще нигде не была выражена так фактурно и реалистично. Перед просмотром с детьми лучше прежде посмотреть родителям, подготовиться к серьезному разговору или, как вариант, сделать монтаж.

3. «Благослови зверей и детей»

(Режиссер Стэнли Крамер снял по роману Глэндона Свортхаута в 1971 году. В ролях: Билл Муми, Бэрри Робинс, Майлз Чэпин, Дэрел Глейсер, Боб Крамер, Марк Ваанян, Джесси Уайт, Кен Своффорд, Элейн Деври, Дэвид Кетчам. США) 
Фильм чем-то похож на предыдущий, но тема глубоких травм, нанесенных детям взрослым миром, представлена здесь куда убедительнее. Не считая парочки жестких фрагментов, в целом, фильм, на мой взгляд, можно смотреть вместе с детьми без особенной подготовки.

4. «Хористы»

(Режиссер: Кристоф Барратье. Жерар Жюньо, Франсуа Берлеан, Кад Мерад, Жан-Поль Боннэр, Мари Бюнель, Жак Перрен, Дидье Фламан, Жан-Батист Монье, Максанс Перрен, Грегори Гатиньоль, Тома Блюменталь, Сирил Бернико, и другие. Германия, Франция, Швейцария, 2004)
Проникновенная картина о неравнодушном, «неуспешном» человеке, извечно гонимом, но незаметно меняющем мир вокруг себя. Рекомендуется к просмотру всей семьей.

5. «Звездная пыль»

(Режиссер: Меттью Вон. В ролях: Чарли Кокс, Клэр Дэйнс, Мишель Пфайффер, Роберт Де Ниро, Марк Стронг, Джейсон Флеминг, Руперт Эверетт. Великобритания, США, Исландия, 2007 год).
Простая, красивая и остроумная сказка-фэнтези для всей семьи. Особенно впечатляет звездный состав картины, и, надо сказать, никто из актеров не подошел к своей роли формально.

6. «Маленькие женщины»

(Режиссёр: Джиллиан Армстронг. В ролях: Вайнона Райдер, Гэбриел Бирн, Трини Альварадо, Саманта Мэтис, Кирстен Данст, Клэр Дэйнс, Кристиан Бэйл, Эрик Столц, Джон Невилл, Мэри Уикс, Сьюзен Сарандон, Флоренс Пэттерсон. США, Канада, 1994 год)
Идеализированная картина мира, семьи, сделанная, если не гениально, то вполне мастерски и с большим уважением к книге (одноимённому роману американской писательницы Луизы Мэй Олкотт). После подобных фильмов хочется наполнить свою жизнь красотой и романтикой, а самому стать лучше и чище. Полагаю, это уже неплохо.

7. «Унесенные призраками»

(Япония, Хаяо Миядзаки, 2001)
Анимация Миядзаки – всегда неповторимо красивый мир волшебства, о нем нельзя что-либо сказать, можно лишь к нему прикоснуться.
На эту же тему:
«Ходячий замок» (Япония, Хаяо Миядзаки, 2004)
«Рыбка Понье» (Япония, Хаяо Миядзаки, 2008)
«Мой сосед Тоторо» (Япония, Хаяо Миядзаки, 1988)

8. «Боги, наверное, сошли с ума»

(Режиссер: Джейми Юйс. В ролях: Нъкхау, Мариус Вейерс, Сандра Принсло, Лоув Вервей и другие. Ботсвана, ЮАР, 1980 год)
По-моему, остроумнее и смешнее этой комедии, создать уже ничего просто невозможно. Полтора часа настоящей радости.

9. «Большая прогулка»

(Режиссер: Жерар Ури. Актеры: Бурвиль, Луи де Фюнес, Клаудио Брук, Андреа Паризи, Колетт Броссе,Майк Маршалл, Мари Марке, Пьер Бертен. Франция, Великобритания, 1966 год)
Блестящий и простой до умопомрачения фильм — рекордсмен среди старых картин по количеству пересмотров в нашей семье.

10. «Как украсть миллион»

(В ролях: Одри Хепберн, Питер О’Тул, Эли Уоллах, Хью Гриффит, Шарль Буайе, Фернан Гравей, Марсель Далио, Жак Марен, Мусташ, Роже Тревиль, Эдвард Малин, Берт Бертрам, и другие. Режиссер: Уильям Уайлер. США, 1966 год)
Хоть и не детская, и вовсе не назидательная, но авантюрная и динамичная картина, способная подарить прекрасное настроение.

11. «Милые кости»

(Режиссер: Питер Джексон. В ролях: Сирша Ронан, Стэнли Туччи, Марк Уолберг, Рейчел Вайс, Сьюзен Сарандон, Майкл Империоли, Роуз МакИвер, Кристиан Томас Ашдейл. США, Великобритания, Новая Зеландия, 2009 год)
Это не рекомендация, а рассказ об опыте просмотра. Да, я показал старшим девочкам этот фильм. Не уверен, что был прав… из-за убедительно развернутой темы посмертной жизни, наверно. Но просмотр этого кино был необходим мне как повод к разговору.

12. «Сто дней после детства»

(Режиссер: Сергей Соловьев. В ролях: Борис Токарев, Татьяна Друбич, Ирина Малышева, Юрий Агилин, Сергей Шакуров, Нина Меньшикова, Арина Алейникова. СССР, 1975 год).
Один из моих любимых фильмов, очень рад, что и моим детям он пришелся по сердцу. Наверное потому, что он – о взрослении, об «открытии» мира…

13. «Новая война пуговиц»

(Режиссер: Кристоф Барратье. Актеры: Жан Тешье, Клеман Годефруа, Теофиль Баке, Луи Дюссоль, Харольд Вернер, Нэйтан Парент, Илона Башелье, Томас Голдберг, Летиция Каста, Франция, 2011 год)
Еще один хороший фильм от режиссера «Хористов» о взаимоотношениях между детьми.

14. «КостяНика. Время лета»

(Режиссер: Дмитрий Федоров. В ролях: Ольга Старченкова, Анна Здор, Иван Вакуленко, Любовь Германова, Владимир Симонов, Анна Чурина. Россия, 2006 год).
Несмотря на массу минусов, фильм, безусловно, стоит посмотреть, хотя бы, чтобы вдохновиться атмосферой особой душевной чистоты создателей (не обращайте внимания на голую тетеньку в самом начале фильма, дальше можно спокойно смотреть это кино всей семьей).

15. «Римские каникулы»

(Режиссер: Уильям Уайлер. В ролях: Грегори Пек, Одри Хепберн, Эдди Альберт и др. США, 1953)
Блеск! Этот фильм можно пересматривать и пересматривать. Кстати, это не только отличный отдых, поскольку картина говорит об очень важных вещах в человеческих отношениях.

16. «Эта прекрасная жизнь»

(Режиссер: Фрэнк Капра. В ролях: Джеймс Стюарт, Донна Рид, Лайонел Бэрримор, Томас Митчелл, Генри Треверс, Бьюла Бонди, Фрэнк Фэйлен, Уорд Бонд, Глория Грэм. США, 1946 год)
Просто золото! По-моему, один из лучших христианских фильмов. В США это кино смотрят чуть ли не в обязательном порядке в дни Рождества, а у нас в новогодние праздники вечно пьяный героя Мягкова…

17. «Дживс и Вустер»

(Режиссеры: Фердинанд Фэйрфакс, Саймон Лэнгтон, Роберт Янг. В ролях: Хью Лори, Стивен Фрай, Роберт Доуз, Ричард Диксон, Мэри Вимбуш, Джон Тернер, Джон Вуднатт, Майкл Риппер,Франческа Фолан. Великобритания, сериал 1990-1993 года).
Прекрасная экранизация Вудхауса, просто находка! Особенно приятна протяженность удовольствия, когда ежедневно в качестве бонуса перед сном новая серия или даже две.

18. «В поисках капитана Гранта»

(Режиссер сериала — Станислав Говорухин. В ролях: Николай Ерёменко мл., Владимир Гостюхин, Лембит Ульфсак, Владимир Смирнов, Тамара Акулова, Олег Штефанко, Руслан Курашов… СССР, Болгария, 1985 год)
Этот замечательный сериал вовсе не выглядит ущербным на фоне богатства современных возможностей приключенческого жанра. Впрочем, как и не выглядят ущербными «Десять негритят» в мутном разряде сегодняшних триллеров.

19. «Дети небес»

(Режиссер: Маджид Маджиди.В ролях: Мухаммад Амир Наджи, Амир Фаррух Хашемян, Бахаре Седдики, Нафизе Джафар-Мухаммади, Фереште Сарабанди, Камаль Миркарими, Бехзад Рафи… Иран, 1997 год)
Если кто еще не смотрел это кино, качайте, покупайте скорее! На мой взгляд, лучшего детского фильма просто не существует.

20. «Чучело»

(Режиссер Ролан Быков снял картину в 1983 году по одноименной повести Владимира Железнякова.. В ролях: Кристина ОрбакайтеЮрий НикулинДмитрий ЕгоровЕлена СанаеваСветлана КрючковаРолан БыковПавел СанаевАндрей ЛомовНиколай МанвеловМарина МартановаАнна ТолмачеваКсения Филиппова, Константин Чеховский, Олег Быков, Дмитрий Кружилин, Маша Артёмова,Антонина ВольскаяОльга Токарева Композитор: София Губайдулина).
Вроде бы в фильме – реалии советского прошлого, но отношения между детьми, умение остаться собой, не побояться быть «как все».

21. «Огни большого города»

(Фильм «Огни большого города» снят Чарльзом Чаплиным в 1931 году. В ролях: Чарльз Чаплин, Вирджиния Черрилл, Флоренс Ли и другие)
Шедевр…Сначала дети сильно протестовали (черно-белый немой фильм, очень непривычно), через двадцать минут их нельзя было оторвать от экрана, а в дальнейшем два раза пересматривали кино уже самостоятельно.

22. «Жизнь прекрасна»

(Режиссер: Роберто Бениньи. В ролях: Роберто Бениньи, Николетта Браски, Джорджио Кантарини, Джустино Дурано, Серджио Бини Бустрик, Мариса Паредес, Италия, 1997 год)
И этот фильм из разряда обязательных к просмотру для всей семьи.

23. «В погоне за счастьем»

(Режиссер: Габриэле Муччино. В ролях: Уилл Смит, Джейден Смит, Тэнди Ньютон и другие. США, Габриэле, 2006 год)
Многие считают этот фильм примитивным, а мы ОЧЕНЬ любим и время от времени посматриваем всей семьей.

24. «Большой»

(Режиссер: Пенни Маршалл. В ролях: Том Хэнкс, Элизабет Перкинс, Роберт Лоджа, Джон Хёрд, Дэвид Москоу. США, 1988 год)
Трогательная и добрая притча в комедийном жанре. Возможно, поможет взрослым больше понять детей, а детям – взрослых.

25. «Заплати другому»

(Режиссер: Мими Ледер. В ролях: Кевин Спейси, Хелен Хант, Хэйли Джоэл Осмент, Джей Мор, Джеймс Кэвизел, Джон Бон Джови, Энджи Дикинсон, Дэвид Рэмси. США, 2000 год).
Хороший, интересный и назидательный фильм, только вот в конце немного струну перетянули, слегка, на мой взгляд, сфальшивили, впрочем, возможно я ошибаюсь…

26. «Поллианна»

(Режиссер: Сара Хардинг. В ролях: Аманда Бертон, Кеннет Крэнэм, Джорджина Терри, Аден Джиллет, Пэм Феррис, Кейт Эшфилд, Том Белл, Том Эллис. Великобритания, 2003 год)
Добротная экранизация всем известной книги плюс заряд оптимизма на целую неделю.

27. «Звуки музыки»

(Музыкальный фильм Роберт Уайз снял в 1965 году, взяв за основу бродвейский мюзикл по книге Марии фон Трапп «Семья певцов фон Трапп». В ролях: Джулии Эндрюс, Кристофе Пламмер, Чармиан Кэрр, Пеги Вуд и другие. США).
Честно говоря, этот фильм для меня самого стал откровением, смотрел его впервые вместе с детьми. Никогда прежде не поверил бы, что не только смогу вынести мюзикл, но и стану возвращаться к нему вновь и вновь…

28. «Пеликан»

(Режиссер: Оливье Орле. В ролях: Эмир Кустурица, Тибо Ле Геллек, Джейд-Роуз Паркер и другие, Франция, Греция, 2011 год)
Фильм – подарок, фильм – находка…По крайней мере, для нашей семьи. Это не просто история о мальчике и пеликане, смысл картины гораздо глубже.

 29. «Заколдованная Элла»

(Режиссер: Томми О’Хейвер. В ролях: Энн Хэтэуэй, Хью Дэнси, Кэри Элвис, Эйдан Макардл, Джоанна Ламли, Люси Панч, Дженнифер Хайэм. США, Ирландия, Великобритания, 2004 год). 
Это один из простых, несовершенных, но необыкновенно притягательных фильмов, вызывающих, обычно, восторг у детской аудитории. Потому что там есть и сказка, и романтика, и победа добра над злом.


Источник: http://www.pravmir.ru/filmyi-kotoryie-stoit-posmotret-vmeste-s-detmi/#ixzz3OQpViFmo