Tarixi mədəniyyət abidələrinin şagirdlərin tərbiyələndirilməsindəki rolu


Tarixi-mədəniyyət abidələrinin şagirdlərin
tərbiyələnməsindəki rolu
                                                                                                                                                                                         Könül Təhməzova
                                                                               Bülbül adına orta ixtisas musiqi
                                                                              məktəbinin ibtidai sinif müəllimi
                                                                        konultaxmezova@hotmail.com
                                          

           Açar sözlər: tərbiyə, rol, tarixi abidə, məqsəd, vəzifə
Ключевое слово: воспитания, pоль, памятниk, цель, задачи
Key words: education, role, monuments, purpose, objectives.  
         Azərbaycanın tarixi-mədəniyyət abidələri müxtəlif nəsillərdən olan insanların, o cümlədən ölkəmizə gələn dünya səyyahlarının böyük marağına səbəb olmuşdur. İftixarla deyə bilərik ki, respublikamızdakı yüksək estetik dəyərlərə malik olan, zəngin tarixi memarlıq abidələri çox qiymətli tərbiyə vasitəsi kimi xüsusi diqqət mərkəzindədir. İnkişafa, mədəni tərəqqi nailiyyətlərinə görə Azərbaycan indi dünyanın ən sivil dövlətləri sırasındadır. Yüksək estetik dəyərlərə, zəngin mədəni irsə diqqət və qağıya görə də əhəmiyyətli cəhətləri çoxdur.
 Azərbaycan Respublikasının Konstitusiyasında gənc nəslin estetik tərbiyəsinin ahəngdar inkişaf etdirilməsinə, onların milli memarlığımız, mədəniyyətimiz, incəsənətimiz və dünya mədəniyyəti aləminə qovuşdurulmasına xüsusi diqqət yetirilir. Konstitusiyanın “Mədəniyyət hüququ” maddəsində deyilir ki, hər kəsin mədəni həyatda iştirak etmək, mədəniyyət abidələrindən və mədəni sərvətlərdən istifadə etmək hüququ vardır. Hər kəs tarixə, mədəni və mənəvi irsə hörmətlə yanaşmalı, ona qayğı göstərməli, tarix və mədəniyyət abidələrini qorumalıdır.
Azərbaycan Respublikasnın Prezidenti İ.Əliyev cənablarının “İçərişəhər” Dövlət Tarix – Memarlıq Qoruğu haqqında Əsasnamənin təsdiq edilməsi barədə 28 fevral 2005-ci il tarixli 200 nömrəli fərmanı, Azərbaycan Respublikasındakı Monumental heykəltaraşlıq abidələri, xatirə-memorial və memarlıq kompleksləri haqqında 2 aprel 2007-ci il sərəncamı öz növbəsində bu zəngin mənəvi irsdən müntəzəm sistemli istifadə işinin estetik mahiyyətinə xüsusi diqqət yetirməyi zəruri edir.
Heç şühbəsiz ki, bu sahədə bütün bunlar öz növbəsində ümumtəhsil məktəblərinin qarşısında da mühüm vəzifələr qoyur. Milli tariximizin, mədəniyyətimizin, adət və ənənələrimizin öyrənilməsində, habelə təlim-tərbiyə prosesinin meyl, maraq, istedad və qabiliyyət əsasında qurulmasında, istedadlı şagirdlərin aşkara çıxarılmasında və hər vasitə ilə inkişaf etdirilməsində estetik tərbiyənin, xüsusilə qüdrətli təsir gücünə malik olan incəsənət vasitəsilə aparılan estetik tərbiyənin özünəməxsus mövqeyi, spesifik xüsusiyyəti və əhəmiyyəti vardır. Buna görə də ümumtəhsil məktəblərimizdə həyata keçirilən estetik tərbiyənin pedaqoji əsaslarına xüsusi fikir verilməlidir (1, s.11).  
Tərbiyənin digər sahələrindən fərqli olaraq estetik tərbiyə mahiyyətinə, vasitələrinə, həyata keçirilmə formalarına, yollarına görə spesifik xüsusiyyətlərə malikdir. Estetik tərbiyə prosesində ən təsirli vasitələrdən istifadə olunması həmişə
diqqət mərkəzindədir. Həmin vasitələrdən ən vacibi də milli memarlıq abidələridir. Estetik tərbiyənin formalaşmasında memarlıq abidələrinin rolu, imkanları hüdudsuzdur. İncəsənət bədii idrakın və müxtəlif qəbildən olan insanların tərbiyəsinin qüdrətli vasitəsidir. Onun idrakı və tərbiyəvi əhəmiyyəti insana estetik təsirinin gücündən asılıdır. Bu sahədə memarlıq incəsənətinin də özünəməxsus qanunauyğunluqları, bədii və estetik təsir imkanları vardır (3, s.7).
           Dünya mədəniyyəti xəzinəsini bəzəyən, tariximizin, incəsənətimizin ən qədim abidələrindən olan Qobustan qayalarında həkk edilmiş bütün təsvirlər, təbii abidələr, mövzu və sujet müxtəlifliyi, həyatiliyi, canlılığı və cazibədarlığı ilə hamını valeh edir. Abşeron abidələri içərisində Qız qalası və Şirvanşahlar sarayı xüsusilə fərqlənir. Əbəs deyil ki, Bakıya gələnlər, Bakını görənlər bu iki tikilidən daha coşğunluqla danışırlar. Şirvanşahlar sarayı ansamblına daxil olan Divanxana, saray binası, saray türbəsi, minarəli saray məscidi və s. öz gözəlliyi, əzəməti, lakonik memarlıq üslubu və təkrarlanmayan zəngin ornament bəzəyi ilə canlı tarixə çevrilmiş və xalqımızın bədii təfəkküründə, sənət irsində, onun gözəllik duyumlarında öz estetik təsir gücü ilə əbədi yaşayır.
Bu kimi bəşəri sənət incilərinin məktəblilər arasında təbliği onların mənəvi dünyagörüşünün və estetik tərbiyəsinin, zövqünün və hisslərinin formalaşmasında misilsiz təsir obyekti ola bilər. Memarlıq abidələri məktəblilərin hisslərinə təsir edən ən əyani, ən emosional bir vasitədir. Buna görə də hər bir fənn müəllimi memarlıq abidələrinin poeziyasını, estetikasını açıb şagirdlərə bildirməlidir. Bu baxımdan Şəki xanlarının sarayı diqqəti daha çox cəlb edir. Dünyada öz orijinallığı ilə yeganə olan Şəki Xan sarayı tədqiq etdiyimiz problem baxımından mühüm əhəmiyyət kəsb edir. Xan sarayının baş fasadının kompozisiyası, divarın zəngin ornamentliyi, zövq oxşayan naxışlı şəbəkə və sarayın interyerində dəqiq işlənmiş həndəsi, təbii, sujetli, quşların əksi əlavə edilmiş bədii naxışlar incəliyi, zərifliyi, təsir gücü ilə diqqəti daha çox cəlb edir.
Min illər ərzində yaranan mədəniyyət abidələri, memarlıq əsərləri məktəbli gənclərin milli vətənpərvərlik, milli ləyaqət, milli iftixar hissi tərbiyəsində, estetik zövqünün formalaşmasında əvəzsizdir. Memarlıq abidələri öz növbəsində dərin məzmunu, estetik təsir gücü ilə zəngin mənəvi ideyalar aşılamaq qüdrətinə malikdir (2, s.5).
Bəşəri sənət incilərindən olan sarayların, dövlət binalarının, məscidlərin, türbələrin xarici gözəlliyi, füsunkarlığı, əzəmətliliyi, interyerinin çox zərif incə naxışları, nəbati ornament kompozisiya zənginliyi daha çox estetik şüur və estetik hisslərin formalaşmasına təsir edir. Heykəllərdə gözəllik, ilahilik, mənəvi qüdrət, igidlik, cəsurluq, müdriklik, körpülərdə ən çox dövlətlərarası, şəhərləralası əlaqələr nəzərə çarpırsa, qalalarda dövlətin müdafiə imkanları özünü büruzə verir və ən çox insanlarda qəhrəmanlıq, mərdlik, vətənpərvərlik kimi keyfiyyətlərin formalaşmasına təsir edir.
Müəllimlər bu əvəzsiz sahədən şagirdlərin tərbiyələnməsi işində mümkün qədər yararlanmalı, gələcək nəslə tariximizi, mədəniyyət və incəsənətimizi ötürməkdə vasitəçi olmalıdırlar.
           
           Tarixi-mədəniyyət abidələrinin şagirdlərin tərbiyələnməsindəki rolu
          Məqalədə Azərbaycanın tarixi abidələrinin şagirdlərin tərbiyələnməsindəki məqsəd və vəzifələri geniş şərh olunur.

      Роль памятников истории и культуры в образовании студентов
          В статье широко анализируется сущность, цель и задачи эстетического воспитания учащихся посредством архитектурных памятнков Азербайджана.


     The role of the historical and cultural monuments in the students education
          In the article analyzes the essence of wide, purpose and objectives of the aesthetic education of students through architectural monuments of Azerbaijan.                                                  

Hiç yorum yok:

Yorum Gönder