Yeniliklər

Müəllimlər üçün kurslar
Azərbaycan təhsilində daima öz yenilikləri ilə fərqlənən Hədəf Kursları bu ilin aprel ayından yeni kursa start verir.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin keçirdiyi müəllim qəbulu imtahanına marağın çoxaldığını nəzərə alaraq gənclərimizin bu imtahana daha yaxşı hazırlaşması üçün 4 aylıq kurslar təşkil ediləcək. Həftədə 10 saatlıq dərs proqramına bütün fənlər: ixtisas, kurikulum və məntiq dərsləri daxildir.
Hər üç dərsi keçəcək pedaqoqlar sahəsinin ən peşəkarlarıdır. Beynəlxalq və milli məsləhətçilərin seminarlarını keçmiş kurikulum təlimçiləri təhsilə yeni yanaşmanın sirlərini dinləliyicilərə ustalıqla öyrədəcəklər.
Kursları bitirən müəllimlər kursun sertifikatını almaq üçün verəcəcəkləri imtahanda yetərli bal toplayaraq Hədəf Kurslarında da müəllim kimi işə dəvət ediləcəklər.
Ondan çox hazırlıq kurslarına müəllim qəbulunu həyata keçirən Hədəf Kurslarının müəllim qəbulu imtahanına hər il 1000-dən çox insan müraciət edir. Seçilmiş müəllimlər avqust ayında Hədəf Pedaqoji seminarını keçəndən sonra müvafiq dərslərlə təmin edilirlər.







ƏZİZ HƏMKARLAR! APREL AYININ İKİNCİ ONGÜNLÜYÜNDƏ ƏLAVƏ TƏHSİL MƏRKƏZİNDƏ DƏRSLİKLƏRİN YARADILMASI VƏ QİYMƏTLƏNDİRİLMƏSİ ÜZRƏ TƏLİM KURSLARI TƏŞKİL OLUNACAQ...TƏLİMİ AMERİKA BİRLƏŞMİŞ ŞTATLARINDAN DƏVƏT OLUNMUŞ KURİKULUM DƏRSLİKLƏRİ ÜZRƏ MÜTƏXƏSSİS WİLLİAM HOOVER APARACAQ...KURSU BİTİRƏNLƏR BEYNƏLXALQ DƏRƏCƏLİ SERTİFİKATLA TƏLTİF OLUNACAQLAR...ARZU EDƏNLƏR 5 APREL 2014-CÜ İL TARİXƏ KİMİ ƏTM-ə MÜRACİƏT EDƏ BİLƏR, VƏ YAXUD (012) 538-71-92; (055) 771 -29 -74; (055) 797-70-45 NÖMRƏLİ TELEFONLARA ZƏNG VURUB QEYDİYYATDAN KEÇƏ BİLƏRLƏR...ƏVVƏLCƏDƏN TƏŞƏKKÜRÜMÜZÜ BİLDİRİRİK...UĞURLAR...




"TƏHSİLDƏ İNNOVASİYALAR" ELMİ-PRAKTİK KONFRANSI KEÇİRİLƏCƏK.
"Azərbaycan Respublikasında Təhsilin İnkişafı Üzrə Dövlət Strateqiyası"nda innovasiyaların əhəmiyyəti xüsusi qeyd olunur, son 30-40 il ərzindəki elmi-texniki tərəqqi, innovsiyalar və modernləşmə nəticəsində praktik bilik və vərdişlərlə zənginləşməyən, sırf nəzəri xarakter daşıyan təhsilin öz fundamental əhəmiyyətini itirməkdə olduğu vurğulanır və bu baxımdan təhsilin məzmununun formalaşmasında akademik biliklərlə yanaşı, praktik bilik və bacarıqların, səriştənin vacibliyi önə çəkilir. Bu prioritetlərin həyata keçirilməsi pedaqoji innovasiyalara diqqət yetirməyi və onların düzgün idarəolunmasını təmin etməyi tələb edir.
Azərbaycan Müəllimlər İnstitutu aprelin 25-də "Təhsildə innovasiyalar" mövzusunda elmi-praktik konfransı keçirməyi planlaşdırır.
KONFRANSIN ƏSAS MƏRUZƏÇİLƏRİ:
1. "Zamanın çağırışı: innovasiyaların potensialı və təhsilin keyfiyyətinin yüksəldilməsində rolu"
Dilguşə Süleymanova,
Azərbaycan Müəllimlər İnstitutu
2. "Təhsildə innovasiyaların yaradılması və idarə edilməsi" , İlham Əhmədov,
Azərbaycan Dövlət Pedaqoji Universiteti
3. "Yeni Təlim Texnologiyaları: Kompyuterdən istifadə informasiya mədəniyyətinin formalaşdırılmasının başlıca amili kimi", Almaz Həsrət,
Azərbaycan Respublikası Təhsil Nazirliyinin Milli Məsləhətçisi
4. "Təhsilin keyfiyyətinin yüksəldilməsində mentorluq sisteminin yaradılmasının rolu", Afaq Əliyeva,
Təhsil Problemləri İnstitutu
5. "Təhsil işçilərinin İKT-dən istifadəsi", Ruhiyyə Mehdiyeva,
Təhsil Problemləri İnstitutu
Konfransın işində yaxından iştirak etmək və müzakirələrə qatılmaq istəyənlər 10 aprel 2014-cü il tarixinə qədərelm.muallimler@gmail.com adresinə iştirak istəyi haqqında məlumat göndərə bilərlər.

















































































































































































2 yorum:

  1. Maraqlı kurs olar bu Məndə iştirak etmək istırdim

    YanıtlaSil
    Yanıtlar
    1. İnsallah Ramil muellim inaniriq ki maraqli olar

      Sil