2 Mayıs 2014 Cuma

KÖNÜL TƏHMƏZOVA VİKİPEDİYADAN TƏDRİSDƏ YARARLANMAQ İMKANLARI

KÖNÜL  TƏHMƏZOVA
VİKİPEDİYADAN   TƏDRİSDƏ YARARLANMAQ   İMKANLARI
Təqdimatda Vikipediya və Viki texnologiyalarının dərsdə istifadəsinin səmərəsindən bəhs olunur. Bu texnologiyaların praktik əhəmiyyəti açıqlanır. Qeyd olunur ki, Viki konsepsiyası ilk dəfə 25 mart 1995-ci ildə amerikalı Vord Kenninqem tərəfindən işlənmiş və veb-səhifələrin birbaşa veb-brauzerdən redaktə olunması üçün nəzərdə tutulmuşdur. Istənilən versiyanın Viki texnologiyası İnternet istifadəçisinin veb-saytlarla qarşılıqlı əlaqəsini, İnternetdən çıxmadan səhifənin dəyişdirilməsini, informasiyaların strukturlaşdırılmasını, redaktə olunmasını nəzərdə tutur.
  Təqdimatda Vikipediya barədə aşağıdakı statistik məlumatlar verilmişdir:
         Vikipediya - ümumi İnternet vasitəsilə azad yayımlanan ensiklopediyadır. 270 dildə fəaliyyət göstərir.
         Məqsədi: istifadəçilərin sorğuları əsasında xidmət göstərməkdir.
         Yaranma tarixi: 15.01.2001
         Ümumi statistik məlumat:
         * Dünyanın ən populyar 10 saytı sırasına daxildir
         * Məqalələrin sayı – 15 mln.
         * Vikipediyada şəkil və faylların sayı – 6 mln.
         * Qeydiyyatda olan istifadəçilər – 21 mln.
         * Ay ərzində müraciət edənlə  – 275 mln.
Vikipediyadan dərsdə istifadəyə dair aşağıdakı nümunələr də təqdimatda yer almışdır:
1. İstənilən anlayışla bağlı vikipediyadan şagirdlərimlə birgə məlumat toplamaq.
2. Məqalələrə əlavə mətn daxil etmək və onları dəyişdirmək.
3. Mövcud olan materialları başqa dillərə tərcümə etmək.
4. Vikipediya istifadəçiləri ilə müzakirələr aparmaq.
5. Azərbaycanla bağlı həqiqətləri beynəlxalq ictimaiyyətin nəzərinə çatdırmaq.
        Təqdimatda həmçinin aşağıdakı elektron kitabxanaların imkanlarından dərsdə yararlanmaq tövsiyə olunur:
        VikiLüğət (Wikionary) izahedici məqalələr, tezauruslar və tərcümələrin saxlandığı layihədir. Burada qrammatik lüğətlər toplanır.
        VikiKitablar (Wikibooks) elektron kitabların birgə hazırlanması layihəsidir. Azad tərtib edilən kitablardır.
        VikiVersitet (Wikiversity) virtual məkanda Viki-universitetdir. Bu layihəni pulsuz dərs vəsaitləri, kursları təqdim edən on-lıne cəmiyyətdir
        VikiAnbar (Commons) – şəkillərin, səslərin, videomaterialların və s. kimi informasiyaların saxlandığı qlobal xəzinədir.   

        VikiSitat (Wikiquote) – aforizmlər, məşhur şəxslərin söylədikləri ifadələrdən ibarət kataloqdur

4 yorum: