22 Aralık 2014 Pazartesi

4 ДЕТСКИЕ СКАЗКИ, КОТОРЫЕ НАПОЛНЕНЫ ГОРАЗДО БОЛЬШИМ СМЫСЛОМ, ЧЕМ КАЖЕТСЯ

Известный английский писатель Клайв Льюис, однажды писал: «Когда-то и ты подрастёшь до того дня, когда опять начнёшь перечитывать сказки». И это возьмёт в толк любой взрослый, беря в руки детскую книжку. Так как случается, что сказки для детей содержат значительно больше смысла, чем может показаться на первый взгляд. Их можно перечитывать большое количество раз, и с каждым разом выискать что-нибудь новенькое и ещё больше глубокое.

1. «Падал мелкий снежок. Была оттепель», Козлов Сергей

А вечерком, когда чай пили, Медвежонок произнёс:
— Не понимаю как скоро, но когда-нибудь непременно станет всё лучше.
— Ещё бы! — сказал Зайчик.
А Ёжик мыслил:
«Не может ведь быть так, чтобы всё было плохо и плохо — ведь когда-то должно же быть хорошо!»

2. «Вельветовый Кролик», Уильямс Марджери

— Ты лишь после этого можешь стать Настоящий, — говорила Вельветовому Кролику разумная старая Кожаная Лошадка, — когда кто-то долго-долго тебя любит. Не попросту с тобой играет, а и вправду тебя любит.
— А больно это? — задал вопрос Кролик.
— Время от времени, — дала ответ Кожаная Лошадка, так как постоянно говорила лишь правду. — Хотя в случае, если ты являешься Настоящим, ты сможешь вытерпеть боль.
— Как это случается? Раз и готово, как тебя завели ключиком, либо постепенно?
— Помаленьку, — произнесла Кожаная Лошадка. — Ты ведь Настоящий становишься. На это потребуется большое количество времени. Потому-то это так не часто случается с теми, кто просто бранится, несговорчив либо просит к себе специального отношения. Практически всегда, так к тому часу бывает, что когда ты станешь Настоящий, у тебя будет уже потёрта шерсть, глаза вываливаются, шатаются конечности, в общем-то, у тебя чрезвычайно ничтожный вид. Хотя это не станет иметь ровным счётом практически никакого значения, так как тот, кто уже стал Настоящий, не бывает безобразный. Ну может только в глазах тех, которые ничего не понимают.

3. «Зимняя сказка», мультипликационный фильм

— Что ты делаешь тут? — задался вопросом Медвежонок.
— Ожидаю, как скоро ты выздоровеешь, — сказал Ёжик.
— Долго?
— Целую зиму. Я, когда узнал, что ты снегом объелся — сразу перетащил все имеющиеся к тебе припасы…
— И ты целую зиму сидел на табуретке около меня?
— Да, я тебя поил еловым отваром и к животику прикладывал сухую траву…
— Не припоминаю, — заявил Медвежонок.
— Конечно! — Ёжик вздохнул. — Ты целую зиму разговаривал, и говорил мне, что ты — это снежинка. Я так опасался, что ты сможешь растануть к весне…

4. «Ежик в тумане», Сергей Козлов

Так было каждый день по вечерам в ту прохладную светлую осень. И в каждый вечер Медвежонок с Ёжиком собирались то у Медвежонка, то у Ёжика и о чем-то разговаривали. Вот и в настоящее время Ёжик заявил Медвежонку:
— Как все-же здорово, что мы есть друг у друга !
Медвежонок в ответ ему кивнул.
— Ты представь только себе: нет меня, а ты один сидишь и пообщаться не с кем.
— А где ты?
— А нет меня.
— Так не случается, – произнёс Медвежонок.
— Я также думаю, – сказал Ёжик. – Хотя неожиданно вот – меня абсолютно нет. А ты совсем один. Ну что тогда ты делать будешь?
— К тебе пойду.
— А куда?
— Ну как – куда? Домой. Я приду и буду говорить: «Ну что ты Ёжик не пришёл?» А ты ответишь…
— Вот неразумный! Что все-таки я скажу, когда меня нет?
— Раз дома нет, значит, ты ко мне пошёл. Побегу к себе домой. А-а, ты тут! И тут начну…
— Что?
— Бранить!
— За что же?
— Как за что? Ну за то, что сделать не смог, как мы договаривались.
— Как договаривались?
— Ну откуда я знаю? Хотя ты обязан быть или же у меня, или же у себя дома.
— Но меня ведь совершенно нет. Понимаешь?
— Тогда уже ты куда-нибудь пошёл и не возвратился ещё. Я буду бежать, обыщу лес полностью и тебя обнаружу!
— Ты все уже обыскал, – произнёс Ёжик. – И вовсе не обнаружил.
— Побегу тогда в лес по соседству!
— Там тоже нет.
— Тогда всё вверх дном переверну, и отыщу тебя!
— А меня нет. Ни у кого нет.
— Тогда уже, тогда уже… Тогда уже я в поле выбегу, – сказал Медвежонок. – И буду кричать: «Е-е-е-жи-и-и-к!», и ты тогда услышишь меня и закричишь в ответ: «Медвежоно-о-о-к!..» Вот.
— Нет, – заявил Ёжик. – А меня нет ни капельки. Знаешь?
— Что ты пристал ко мне ? – разгневался Медвежонок. – Когда тебя нет, то значит меня тоже нет. Понятно?…

17 Aralık 2014 Çarşamba

Uğurlu qadının sirləri
1. Öz yaşınızı gizlətmək lazım deyil. Məşhur mahnıda deyildiyi kimi: “mənim illərim mənim sərvətimdirlər”!

2. Uğurlu hesab edilən qadın özü öz qarşısına məqsədlər qoyur və onlara nail olur. Kiçik şeylərdən də başlamaq olar. Məsələn, özünüzü hər səhər idman hərkətləri etməyə öyrəşdirmək.

3. “Yox” deməyi öyrənin. Bu çox mühim bir bacarıqdır. Rəfiqəniz sizdən onun uşağına baxmasını xahiş etdiyi üçün öz planlarınızdan imtina etməyə dəyməz.

4. Hər bir uğurlu qadının bir xobbisi var. Bu rəqslər, yoqa, üzgüçüülk və s. ola bilər.

5. Qaydaları pozmaqdan daha maraqlı nə ola bilər? Xüsusilə də bu sizin tərtib etdiyiniz qaydalardırsa.

6. Valideynlərinizə kömək etmək özünüzü sevməyiniz qədər vacibdir.

7. Uğurlu qadın istənilən vəziyyətə uyğunlaşmağı bacarmalıdır.

8. İş qadını olmağınıza və boş vaxtınızın olmamasına baxmayaraq özünüzə, öz xarici görkəminizə diqqət yetirin. Beləliklə, siz özünüzü daha yaxşı hiss edəcəksiniz.

9. Uğura nail olmaq üçün hər zaman öz fikrinizin olması vacibdir. Hətta minlərlə insan sizə qarşı olsa da bildiyiniz doğrulardan imtina etməyin.

10. İstənilən hava şəraitinə sevinin. Həyatınızda nə qədər çox sevinc olacaqsa, həyatınız bir o qədər uğurlu və maraqlı olacaq
Prezident İlham Əliyev 2013/2014-cü tədris ilində keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında sərəncam imzalayıb. Lent.az-ın məlumatına görə, 2013/2014-cü tədris ilində keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsində müvəffəqiyyət qazandıqlarına görə aşağıda qeyd edilən müəllimlər 5000 manat məbləğində birdəfəlik pul mükafatı ilə mükafatlandırılıblar:

Abbasov Elvin Sevdimalı oğlu

Abbasov Vüqar Bəhlul oğlu

Abbasova Həqiqət Fəzi qızı

Abdullayeva Bahar Fərzalı qızı

Ağayeva Nahidə Aslan qızı

Ağayeva Rəna Məhəmməd qızı

Ağayeva Ruhiyyə İbrahim qızı

Allahverdi Hidayət Fehruz oğlu

Aslanova Gülxas Əbdülrəhim qızı

Bağırov Rövşən Tofiq oğlu

Baxşəliyeva İradə Şahmar qızı

Bayramova Leyla Bəhman qızı

Cavadov Cavad Alı oğlu

Cəfərova Səbinə İmranovna

Cəfərova Sədaqət Rəhim qızı

Cümşüdov Asif Cümşüd oğlu

Dadaşov Cəmil Namiq oğlu

Dadaşov Vüqar İsrəfil oğlu

Dadaşova Aynurə Qurban qızı

Dadaşova Razıgül Müseyib qızı

Duniyev Dadaşbala Ağayar oğlu

Eldarova Həbibə Qadir qızı

Eyubova Afaq Oruc qızı

Əhmədov Ədalət Cəfər oğlu

Ələkbərov Zaur Zakir oğlu

Əliverdiyeva Sevil Şirnəli qızı

Əliyev Dadaş Ağaməşədi oğlu

Əliyev Hamlet Qasım oğlu

Əliyev Kamran Qorxmaz oğlu

Əliyev Rəfail Şıxəli oğlu

Əliyeva Gülzar Əlirza qızı

Əliyeva Ülkər Akif qızı

Əmirxanova Sədaqət Əmirxan qızı

Əzimova Nurlanə Cəbrayıl qızı

Əzimzadə Yaqut Mustafa qızı

Fərəcova Mətanət Elxan qızı

Gənciyev Şahin Şapur oğlu

Hacıyev Elnur Yuriy oğlu

Hacıyeva Aygün Fərzalı qızı

Hacıyeva Aygün İsmixan qızı

Hacıyeva Gülnaz Məmməd qızı

Həsənov Aqil Sədaqət oğlu

Həsənova Rəna Hilal qızı

Həşimova Həyat Nütfi qızı

Hüseynova Gülnarə Tofiq qızı

Hüseynova Təzəgül Hüseyn qızı

Xudaverdiyeva Sevda Mirsani qızı

Xuduyev Elnur Məmmədəli oğlu

İbayev Orxan Vaqif oğlu

İbrahimova Fəxriyyə Ənvər qızı

İsayev Aqil Nadir oğlu

İsfəndiyarov Ülfət Rahim oğlu

İsgəndərov Yaşar Çoban oğlu

İsmayılova Aynurə Abid qızı

İsmayılova Bahar İsmayıl qızı

Kazımov Məhəddin Qənbər oğlu

Kərimov Xamid Bayram oğlu

Qarakişiyev Məhəmməd Şakir oğlu

Qasımova Rubiynə Elton qızı

Qazıyeva Xumar Asim qızı

Qədirov Ceyhun Əflatun oğlu

Quliyeva Bilqeyis Qüdrət qızı

Quliyeva Esmira Mahmud qızı

Quliyeva Təranə Rizvan qızı

Quliyeva Ulduz İsmixan qızı

Məhərrəmova Sevinc Nəriman qızı

Məmmədov Fərhad Ənvər oğlu

Məmmədov Rəvan Kərim oğlu

Məmmədova Sənubər Abdulrəhim qızı

Məmmədova Təranə Faiq qızı

Məmmədova Vüsalə Əsəd qızı

Muradlı Çingiz Məzahir oğlu

Musayeva Sona İbrahim qızı

Mustafayeva Gültəkin Camaləddin qızı

Mustafayeva Ülviyyə Adil qızı

Mustafazadə Nigar Rəfail qızı

Nəbili Bəhruz Ağahüseyn oğlu

Nəsirov Ramiz Rafael oğlu

Niftiyeva Sevinc Mürvət qızı

Orucova Eminə Ramiz qızı

Orucova Səbinə Vaqif qızı

Pənahov Hafiz Saməddin oğlu

Pirimova Şəkər Rəhim qızı

Piriyeva Gülşən Əliağa qızı

Razıyeva Zalxa Babaəfəndi qızı

Rəhimova İlahə Mirzə qızı

Rəzzaqova Girami Yusif qızı

Rizayev Rüfət İbrahim oğlu

Rüstəmov Akif Şahverdi oğlu

Rüstəmova Rəxşəndə Mahmud qızı

Salmanov Adib Bayram oğlu

Səfərov Seyran Əmən oğlu

Səfərova Gülnarə Sabir qızı

Səfərova Mətanət Əlsürət qızı

Səfərova Nərminə Qərib qızı

Şabiyeva Aygün Sətdar qızı

Şahnamazov Yusif Əzim oğlu

Şamilova Xanım Nürəddin qızı

Şəfiyeva Dilarə Əkbər qızı

Veyisova Xəyalə Elbrus qızı
 

16 Aralık 2014 Salı



  "Təhsildə mənəvi-əxlaqi dəyərlər: harmonik şəxsiyyətin formalaşması" mövzusunda  beynəlxalq elmi konfransda "Şagird şəxsiyyətinin formalaşmasında birgə fəaliyyətin rolu "mövzusunda məruzəm


Dekabrın 5-də Bakıda "Avropa" otelində  Azərbaycan Respublikası Təhsil Nazirliyi,  Təhsil  Problemləri  İnstitutu və Azərbaycan Təhsil  İşçiləri  Azad Həmkarlar  İttifaqı  Respublika  Komitəsinin birgə  təşkilatçılığı ilə  "Təhsildə mənəvi-əxlaqi dəyərlər: harmonik şəxsiyyətin formalaşması" mövzusunda ikigünlük beynəlxalq elmi konfrans keçirilib.



Qazaxıstan Respublikasının təhsil və elm naziri beynəlxalq elmi-praktik konfransın iştirakçılarına təbrik məktubu göndərib 
Böyütmək üçün seçinDekabrın 5-də Bakıda "Avropa" otelində  Azərbaycan Respublikası Təhsil Nazirliyi,  Təhsil  Problemləri  İnstitutu və Azərbaycan Təhsil  İşçiləri  Azad Həmkarlar  İttifaqı  Respublika  Komitəsinin birgə  təşkilatçılığı ilə  "Təhsildə mənəvi-əxlaqi dəyərlər: harmonik şəxsiyyətin formalaşması" mövzusunda ikigünlük beynəlxalq elmi konfrans keçirilib. Azərbaycan ilə yanaşı, Rusiya, Gürcüstan, Qazaxıstan və Latviyadan olan tanınmış alimlərin  iştirak etdikləri konfransı TPİ-nin direktoru,  hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov açaraq Azərbaycan  təhsil sistemində  aparılan  islahatlardan, təhsilimizin inkişafı və dünya təhsil sisteminə inteqrasiyası istiqamətində görülən işlərdən danışıb.  Q.Novruzov qeyd edib ki, Azərbaycanda təhsil sahəsinə böyük dövlət qayğısı vardır.  Ölkəmizdə təhsil sahəsində həyata keçirilən dövlət proqramları, əsası 1999-cu ildə  ulu öndər Heydər Əliyev tərəfindən qoyulan təhsil islahatları çərçivəsində təhsilin məzmunu, onun optimal idarəetmə sisteminin  yaradılması istiqamətində ciddi addımlar atılır. Azərbaycan Prezidenti İlham  Əliyev tərəfindən ötən il oktyabrın 24-də təsdiq olunmuş  "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə  Dövlət Strategiyası"nda yaxın gələcəkdə islahatların əsas strateji istiqamətlərinin öz əksini tapdığını deyən Q.Novruzov bu mühüm sənəddən irəli gələn vəzifələrin birinin yüksək mənəvi-əxlaqi dəyərlərə malik  gənc nəslin yetişdirilməsi olduğunu diqqətə çatdırıb. Q.Novruzov bildirib ki, konfransın keçirilməsində məqsəd də təhsilalanların mənəvi-əxlaqi inkişafı və şəxsiyyət kimi formalaşması sahəsində müasir meyillər, qabaqcıl təcrübənin mübadiləsi və Azərbaycan təhsilinə inteqrasiyasıdır.
Konfransda çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov iştirakçıları Təhsil Nazirliyinin rəhbərliyi adından salamlayıb və  konfransın mövzusunun cəmiyyətimiz üçün çox aktual və əhəmiyyətli məsələyə həsr olunduğunu bildirib: "Bu gün hər bir ölkənin qarşısında çox mühüm vəzifə durur. Biz çox mürəkkəb, yeni, qlobal  çağırışlar dövründə yaşayırıq. Belə bir dövrdə bilikli, yüksək dünyagörüşə malik, həm də mənəvi cəhətdən sağlam gəncləri formalaşdırmaq ən mürəkkəb vəzifələrdən biridir".
Sovet dönəmində təhsil sistemində avtoritar pedaqogikaya üstünlük verildiyini söyləyən nazir müavini o vaxt buna alternativ  sistemin yaradılmasına cəhdlər olunduğunu, yaranan yeni sistemlərdən birinə humanist pedaqogika deyildiyini diqqətə çatdırıb. Bildirib ki, bu sistemin özünəməxsus nəzəriyyəsi və təcrübəsi var idi. Çox şadam ki, humanist pedaqogikanın əsaslarını qoyanlardan biri olan Şalva Amonaşvili bu tədbirdə iştirak edir. Nə qədər çətin olsa da o, sovet ideologiyası şəraitində özündə güc taparaq və heç nədən qorxmayaraq  yeni humanist pedaqogikanın əsaslarını yaratmağa müvəffəq olub.
Nazir müavini  belə bir məqamı diqqətə çatdırıb ki, çox vaxt məktəb direktorları tədrisin komponentlərindən söhbət açır, lakin tərbiyə məsələlərinə o qədər də diqqət yetirilmir.
Ölkəmizdə təhsil sisteminin qarşısında duran ən vacib məsələlərdən birinin təhsilalanların özlərini şəxsiyyət kimi göstərə bilməsinə şərait yaratmaq olduğuna diqqət çəkən nazir müavini yeni texnologiyalar vasitəsi ilə mənəviyyat məkanımıza daxil olan Qərb mədəniyyətinin mənfi  cəhətlərinin qarşısının alınmasının vacibliyini vurğulayıb, bu işdə təhsil sisteminin üzərinə mühüm vəzifələr düşdüyünü söyləyib. 
Daha sonra konfransda çıxış edən  Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Şaiq Əsgərov,  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Milli  Məclisin deputatı, professor Bəxtiyar Əliyev,  Qafqaz Universitetinin rektoru Ahmet  Saniç, Xəzər Universitetinin təsisçisi,  Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı, ADPU-nun professoru Fərrux Rüstəmov, BDU-nun professoru Hikmət Əlizadə,  Dağıstan  Dövlət Pedaqoji Universitetinin kafedra müdiri, professor Cəfər Mallayev, Beynəlxalq  Humanist  Pedaqogika Assosiasiyasının prezidenti, Rusiya Təhsil Akademiyasının akademiki, professor Şalva Amonaşvili cəmiyyətin inkişafında təhsilin rolundan, təhsildə mənəvi-əxlaqi dəyərlərin əhəmiyyətindən söz açıblar. 
Konfransda 200-dən çox gənc alim və mütəxəssis, tanınmış ziyalıların pedaqogikada humanist yanaşmanın bir çox müasir aspektlərini əhatə edən məruzələri toplu şəklində çap olunaraq iştirakçılara paylanılıb. "Təhsildə mənəvi-əxlaqi dəyərlər: harmonik şəxsiyyətin formalaşması" mövzusunda beynəlxalq elmi  konfrans öz işini bölmələrdə davam etdirib.
Qazaxıstan Respublikasının təhsil və elm naziri A.Sarinjipov Bakıda  "Təhsildə mənəvi-əxlaqi dəyərlər harmonik şəxsiyyətin formalaşmasının əsasıdır" mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransın iştirakçılarına təbrik məktubu göndərib.  Məktubda nazir elmi-praktik konfransın təşkilatçılarını və qonaqlarını Qazaxıstan  Respublikasının Təhsil  və Elm Nazirliyi  adından salamlayaraq bildirir ki, mənəvi-əxlaqi dəyərlər insana həyatın mənasını açan, həqiqət yolunu ona göstərən yüksək dəyərlərdir. 
Oruc  MUSTAFAYEV,





Təhsil Nazirliyi, Təhsil Problemləri İnstitutu və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkil etdiyi “Təhsildə mənəvi-əxlaqi dəyərlər: harmonik şəxsiyyətin formalaşması” mövzusunda beynəlxalq elmi konfrans 5-6 Dekabr 2014






Seminarda Beynəlxalq Humanist Pedaqogika Assosiasiyasının prezidenti, professor Şalva Aleksandroviç Amonaşvili iştirak edib

Böyütmək üçün seçin1-4 dekabr 2014-cü il tarixlərində Bakı şəhərində "Təhsil prosesində uşaqlara şəxsiyyətyönümlü-humanist yanaşmanın əsasları" mövzusunda seminar keçirilib. Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunun təşkilatçılığı ilə baş tutan  seminarı Rusiya Təhsil Akademiyasının akademiki, Beynəlxalq Humanist Pedaqogika Assosiasiyasının prezidenti psixologiya elmləri doktoru, professor Şalva Aleksandroviç Amonaşvili aparıb.
Dekabrın 1-də "Avropa" otelinin Bakı zalında keçirilən  açılış mərasimində  Təhsil  Problemləri İnstitutunun direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov,  əməkdar müəllim, təhsil eksperti Asif Cahangirov, Rusiya Təhsil Akademiyasının akademiki, Beynəlxalq Humanist Pedaqogika Assosiasiyasının prezidenti, psixologiya elmləri doktoru, professor Şalva Amonaşvili, Gürcüstan Beynəlxalq Humanist Pedaqoqika Mərkəzinin prezidenti, psixoloq  Paata Amonaşvili, Moskvada fəaliyyət göstərən "Valideyn qayğısı" Beynəlxalq İctimai Hərəkatın sədri Klara Mansurova, Sankt-Peterburqdakı Ümuminsan dəyərləri İnstitutunun filial direktou, Ümumrusiya Pedaqoji Cəmiyyətinin üzvü, psixologiya üzrə fəlsəfə doktoru Valeriy Voşin və  respublikamızın müxtəlif bölgələrində, eləcə də paytaxtımızda fəaliyyət göstərən bir çox orta məktəblərin direktorları və müəllimləri, məktəbəqədər təhsil müəssisələrinin müdirləri, tərbiyəçiləri, tanınmış alimlər iştirak ediblər.
Mərasimi Təhsil  Problemləri İnstitutunun direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov açaraq seminar iştirakçılarını salamlayıb və qonaqları təqdim edib.  Bildirib ki, tədbirdə iştirak edən professor Şalva Amonaşvili məşhur pedaqoq, Rusiya Təhsil Akademiyasının akademiki, Ukrayna Təhsil Akademiyasının xarici üzvü, Beynəlxalq Humanist Pedaqogika Assosiasiyasının prezidenti və humanist pedaqogikanın ideya müəllifidir. Dünyaca məşhur alim, humanist pedaqogikanın əsasını qoyan akademik Şalva Amonaşvilinin pedaqogika elminə verdiyi töhfələrdən danışan Qulu müəllim  onun iştirakı ilə aparılacaq seminarın,  təhsil prosesində uşaqlara şəxsiyyətyönümlü-humanist yanaşma ilə bağlı söyləyəcəyi dəyərli fikirlərin, mülahizələrin  təhsil işçilərimiz tərəfindən maraqla qarşılanacağına ümidvar olduğunu deyib. 








eTwinning Plus” layihəsi üzrə əlaqələndirici seminar keçirildi.
21-23 noyabr 2014-cü il tarixlərində Bakıda “Park İnn” mehmanxanasında “eTwinning Plus” layihəsi üzrə əlaqələndirici seminar keçirildi. Tədbirdə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Almaniya və Fransanın “eTwinning” layihəsi üzrə nümayəndələri iştirak etdilər.
eTwinning nədir?
eTwinning Avropa İttifaqının Fasiləsiz Təhsil Proqramının tərkib hissəsidir və pedaqoji işçilərə ünsiyyət qurmaq, əməkdaşlıq etmək, layihələr yaratmaq, icra etmək və Avropada ən maraqlı öyrənmə icmasının bir hissəsi olmaq imkanı verir. 2005-ci ildə yarandığı ilk dövrdən başlayaraq eTwinning icmasına üzv olanların sayı getdikcə artmış və 200000 nəfərəə çatmışdır.


eTwinning Plus nədir?

eTwinning Plus Avropaya qonşu ölkələr üçün eTwinning portalının genişlənməsidir. Avropa qonşuluq siyasəti 2004-cü ildə Avropa İttifaqı ölkələri ilə ən yaxın qonşu ölkələr arasında qarşılıqlı əlaqələrin möhkəmlənməsi məqsədilə işlənib-hazırlanmışdır. Ötən illər ərzində eTwinning layihəsi göstərdi ki, məktəblərlə müəllimlər arasında qurulan yeni əlaqələr onlara müstəsna faydalar verir, təhsilin cəmiyyətimizin başlıca struktur elementi kimi mövqeyi daha da möhkəmlənir. Avropaya qonşu ölkələrdə yaşayan insanlarla əlaqələr isə mədəniyyətlərarası qarşılıqlı anlayışa və dostluq münasibətlərinin daha da inkişaf etdirilməsinə kömək edəcək.

Layihədə hansı ölkələr iştirak edir?

eTwinning Plus pilot layihəsində altı Avropaya qonşu ölkə iştirak edir: Şərq tərəfdaşlığına daxil olan Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Ukrayna və Avropa-Aralıq Dənizi Əməkdaşlığına (EUROMED) daxil olan Tunis.

eTwinning Plus portalında qeydiyyatdan keçən məktəblərə öz ölkələrində nə kimi dəstək göstəriləcək? eTwinning Plus Proqramının üzv ölkələri "Tərəfdaşa Dəstək Agentliyi" xidmətini təsis ediblər. Bu agentliyin vəzifələrinə layihədə iştirak etmək üçün seçilmiş məktəbə və müəllimlərə köməklik göstərmək, təlimlər keçirmək daxildir. Azərbaycanda "Tərəfdaşa Dəstək Agentliyi" rolunu Mədəd Azərbaycan təşkilatı həyata keçirir.

Layihədə necə iştirak etmək olar?

Layihəyə müəllim və məktəb qoşulur. Qoşulmaq üçün səhifəmizin sağ tərəfində yerləşən müəllim və məktəb üçün ərizə formaları dolduraraq etwplus@madad.net ünvanına göndərməlisiniz.

Biz iştirakçı olduq. Növbəti addım nədir?

Mədəd Azərbaycan eTwinning Plus layihəsində iştirak etmək üçün məktəblərin qeydiyyatını həyata keçirir. Sizin məktəbiniz ilkin seçimdən keçibsə və siz qeydiyyata alınırsınızsa, eTwinning İşçi masasına çıxış imkanı ilə təmin olunursunuz. Burada siz məktəblərlə tərəfdaşlıq əlaqələrinin qurulmasına hazır olan və eTwinning Plus portalında qeydiyyatdan keçmiş məktəb və müəllimlər haqqında məlumat əldə edə, birgə təhsil layihələri üzərində işləyə bilərsiniz.