25 Mart 2014 Salı

Müəllimlər üçün kurslar

Müəllimlər üçün kurslar
Azərbaycan təhsilində daima öz yenilikləri ilə fərqlənən Hədəf Kursları bu ilin aprel ayından yeni kursa start verir.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin keçirdiyi müəllim qəbulu imtahanına marağın çoxaldığını nəzərə alaraq gənclərimizin bu imtahana daha yaxşı hazırlaşması üçün 4 aylıq kurslar təşkil ediləcək. Həftədə 10 saatlıq dərs proqramına bütün fənlər: ixtisas, kurikulum və məntiq dərsləri daxildir.
Hər üç dərsi keçəcək pedaqoqlar sahəsinin ən peşəkarlarıdır. Beynəlxalq və milli məsləhətçilərin seminarlarını keçmiş kurikulum təlimçiləri təhsilə yeni yanaşmanın sirlərini dinləliyicilərə ustalıqla öyrədəcəklər.
Kursları bitirən müəllimlər kursun sertifikatını almaq üçün verəcəcəkləri imtahanda yetərli bal toplayaraq Hədəf Kurslarında da müəllim kimi işə dəvət ediləcəklər.
Ondan çox hazırlıq kurslarına müəllim qəbulunu həyata keçirən Hədəf Kurslarının müəllim qəbulu imtahanına hər il 1000-dən çox insan müraciət edir. Seçilmiş müəllimlər avqust ayında Hədəf Pedaqoji seminarını keçəndən sonra müvafiq dərslərlə təmin edilirlər.

Heydər Əliyev Mərkəzinin orta ümumtəhsil məktəblərinin şagirdləri və məktəbəqədər təhsil müəssisələrində təlim-tərbiyə alan uşaqlar arasında başladığı ekskursiya layihəsi davam edir. Artıq layihə çərçivəsində 30 minədək uşaq və yeniyetmə qrup şəklində Heydər Əliyev Mərkəzi ilə tanış olub.
Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə birgə əməkdaşlıq nəticəsində reallaşdırılan layihə yeni nəslin milli-mənəvi dəyərlər və ənənələrə bağlı ruhda böyüməsinə, ölkəmiz və dünya tarixi, mədəni və elmi-texniki tərəqqi barədə bilik və məlumatlarının artırılmasına xidmət edir.
Məktəblilər 5 saatlıq ekskursiya müddətində Heydər Əliyev Muzeyində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti, irsi barədə məlumat alır, Mərkəzdə nümayiş etdirilən sərgilərlə tanış olurlar. İndiyə qədər "Azərbaycan inciləri: tarixin axarında", "Mini Azərbaycan", Endi Vorholun “Həyat, ölüm və gözəllik”, “Kosmosa səyahət” kimi sərgiləri maraqla izləyən şagirdləri martın 17-dən Heydər Əliyev Mərkəzində daha bir maraqlı layihə gözləyir. Məktəblilər bu sərgidə tarixlə canlı tanışlıq imkanı əldə edə biləcək.
“Silahların əfsanəsi”ndə orta əsrlərdə müharibə və döyüşlərdə istifadə olunmuş silahlar və zirehli geyimlər nümayiş olunur. Məktəblilər Avropanın 130 tarixi eksponatını izləyərkən həm müxtəlif hadisələrin canlı şahidlərinə çevriləcək, həm də cəngavərlik arzularını reallaşdıra biləcəklər. Belə ki, sərgidəki interaktiv zonada zirehli geyimləri geyinərək ani də olsa, tarixin bir hissəsinə çevrilmək imkanı əldə etmək olar. 

6 yorum:

  1. Əzizim Könül müəllimə yeni bloqun mübarək. İşlərində uğurlar

    YanıtlaSil
  2. Könül sənə uğurlar arzulayıram. Bloqun da xeyirli olsun.

    YanıtlaSil
  3. Tebrikler Konul xanim! Ugurlar arzulayiram!

    YanıtlaSil
  4. Cox sag olun ezizlerim minnetdaram her birinize

    YanıtlaSil
  5. Uğurlu olsun Könül müəllimə!

    YanıtlaSil