10 Haziran 2020 Çarşamba

Əgər komanda hər zaman motivasiyalı olsa müvəffəqiyyət qazanmaq daha asan olar. Motivasiya komanda yaratmağın və effektiv komanda işinin təməl hissəsidir.

Əgər komanda hər zaman motivasiyalı olsa müvəffəqiyyət qazanmaq daha asan olar. Motivasiya komanda yaratmağın və effektiv komanda işinin təməl hissəsidir. Komandanı daima motivasiyada saxlamaq üçün məsləhətlər.

1. Qarşıya aydın məqsədlər qoy
Qarşıya aydın məqsədlər qoyulması iş fəaliyyəti ilə əlaqələndirilməlidir və motivasiyanın əsas mənbəyidir – bu işə olan maraqla bağlı yaranan motivasiyadır. Aydın və xüsusi məqsədlər daha çox məhsuldar olmağa və daha yaxşı komanda işinə səbəb olur. Buna görə də istənilən anlaşılmazlıqdan boyun qaçırmaq məqsədilə işin tamamlanması üçün komandanın qarşısına son tarixlə birgə aydın məqsədlər qoy. 
2. İnsanlara səlahiyyət ver
Komanda üzvlərinin inkişafı kommunikasiya, açıqlıq və qərar qəbul edilməsində komanda üzvlərinin birbaşa iştirakını tələb edir. Komandanı problemləri həll etmək üçün dəstəklə və müzakirələri yüngülləşdirməyə çalış.
3. Düzgün dəstəklə təmin et
Dəyişiklik hər zaman komandanın işin yeni yollarını anlamaq və həyata keçirmək üçün yeni bacarıqlar öyrənməsini nəzərdə tutur. Komanda lideri komandaya və fərdi olaraq hər kəsə yeni yanaşmaları inkişaf etdirmək və təcrübədən keçirmək üçün imkan yaratmalıdır. Əmin ol ki, komandan yeni bacarıqlarını təsdiqləmək üçün müvafiq təlimə, inkişaf resurslarına və vaxta malikdir.
4. Gələcəyə dair baxış yarat
Gələcəyə baxışı müəyyən etmək, inkişaf etdirmək,aydın ifadə etmək və komandanı bundan xəbərdar etmək daha məqsədə uyğundur. Başqalarını səni izləməyə ruhlandırmaq həqiqətən əla çağırışdır! Komandanı ruhlandırmaq üçün sən gələcəyə dair sadə, aydın və münasib baxışa ehtiyac duyursan. Əlavə olaraq, həmçinin insanlarda sənə qarşı inam hissini yaratmağa və iş üçün ən uyğun insan olduğunu sübut etməyə də ehtiyacın ola bilər.
5. Minnətdar olduğunu göstər
Sən komandanda vaxt və enerji kəşf etməlisən. Hər kəs qiymətləndirilməyə ehtiyac duyur və sənin komandan da fərqli deyil! Onlar sənin onlara qarşı şəxsi marağının və öhdəliklərinin olduğunu bilməyə ehtiyac duyurlar.Onların dəyərini hər zaman xatırlamaq göstərir ki,onlar qiymətləndirilir və gördükləri iş sənin üçün həqiqətən vacibdir.

Üzvləri müəyyən məqsədlərə malik olan komanda öz işində daha çox həvəs və güclü dostluq münasibətlərinə sahib olur.Bundan başqa, komanda motivasiya olacaq və fəaliyyətlərinə görə məsuliyyət daşıyacaq.Komandanı motivasiya et və qarşılığını gör.

9 Haziran 2020 Salı

EMOSİONAL İNTELLEKT.

EMOSİONAL İNTELLEKT: NƏDİR VƏ  NƏYƏ  LAZIMDIR

Emosional intellekt anlayışı kütləvi leksikona daxil olan kimi  öz yeniliyi ilə böyük şöhrət qazandı: orta səviyyə İQ-sü olan insanlar uğurlarına görə ən yüksək İQ-lü adamları 70 % üstələyir. Bu yenilik insanların çoxunun düşüncəsində uğurun yeganə yolunun İQ olması təsəvvürünü dəyişdi. Onilliklərlə araşdırmalar artıq emosional intellektə “ulduz icraçıları” üzə çıxaran  faktor kimi yanaşır.

Emosional intellekt – bizim hər birimizdə olan qeyri-maddi “nə isə”dir. Davranışlarımızı tənzimləməyimizə, sosial çətinliklərdə mövqeymizi seçməyimizə və müsbət nəticəli şəxsi qərarlarımızı verməyə təsir göstərir. Emosional intellekt iki əsas kompetensiyaya (şəxsi və sosial) daxil olan dörd əsas vərdişdən ibarətdir.

Şəxsi kompetensiya bizim başqa insanlarla ünsiyyətimizdən daha çox, fərdi olaraq özümüzə hədəflənmiş özünüdərk və özünüidarə vərdişlərimizi əhatə edir. Şəxsi kompetentlik – öz emosiyalarımızdan xəbərdar olmaq və davranışlarımızı, tendensiyamızı idarəetmə bacarığımızdır.

Özünüdərk – öz emosiyalarınızı dəqiq qəbul edə bilmə və baş verdiyi anda onlardan xəbərdar olma bacarığıdır.

Özünüidarə - aktiv qalmaq və öz davranışlarımızı pozitiv idarə edə bilmək üçün emosiyalarımızı anlamağımızdan istifadə  bacarığımızdır.

Sosial kompetentlik -  sizin sosial məlumatlanma  və ünsiyyətin idarəedilməsi sahəsində vərdişlərinizdən ibarətdir; sosial kompetentlik – təsirli reaksiya verə bilməniz və ünsiyyətinizin keyfiyyətini yüksəltmək üçün  başqalarının əhvalını, davranışını və motivlərini anlama bacarığınızdır.

Sosial məlumatlılıq – başqalarının emosiyalarını dəqiq qavrama və həqiqətdə nə baş verdiyini anlaya bilmə bacarığıdır.

Ünsiyyətin idarəedilməsi – qarşılıqlı fəaliyyətin uğurlu idarəsi üçün özünüzün və başqalarının emosiyalarını dərkinizdən istifadə etmək bacarığınızdır.

 

Emosional intellekt, İQ və şəxsiyyət anlayışları fərqlidir.

Emosianal intellekt insan davranışının fundamental elementi kimi təzahür edir və intellektdən fərqlidir. İQ ilə emosional intellekt arasında əlaqə yoxdur; siz insanın nə qədər bilikli olmasına baxıb emosional intellekti üçün proqnoz verə bilməzsiniz. İntellekt – sizin 15 yaşınızda olduğu kimi, 50 yaşınızda da öyrənə bilmə bacarığınızdır. Emosional intellekt isə inkişafı mümkün olan bir ovuc çevik vərdişdir. Baxmayaraq ki, bəzi insanlar digərlərindən fərqli olaraq sövqtəbii emosional cəhətdən intellektualdırlar, digərləri  bununla doğulmasalar belə, emosional intellektlərini inkişaf etdirə bilərlər.

Şəxsiyyət – bulmacanın sonuncu fraqmentidir. Bu, bizim hər birimizi müəyyənləşdirən stabil “üslub”dur. Şəxsiyyət  introversiya və ya ekstraversiyaya  meyllilik kimi qəti seçimlərin nəticəsi kimi təzahür edir. Həmçinin İQ kimi şəxsiyyət də emosional intellektin proqnozlaşdırılması üçün yetərli deyil. İQ kimi ömür boyunca stabildir və dəyişmir. Beləliklə, İQ, emosional intellekt və şəxsiyyət – hər üçü birlikdə  insanın kimliyini müəyyən edir.

 

Emosional intellekt nəticəni müəyyən edir

Emosional intellekt sizin peşə uğurlarınıza necə təsir göstərir? Qısa cavab: çox! Bu, öz enerjinizi bir istiqamətə yönəltməyinizdir ki, bu da möhtəşəm nəticə verir.  “Talent  Smart” emosional intellekti digər 33 vacib vərdişlə birgə sınaqdan keçirmiş və aşkarlamışdır ki, bütün növ iş yerlərində məhsuldarlıqda  58% uğurun səbəbinin ən önəmli predikatı emosional intellektdir.

Sizin emosional intellektiniz bir çox tənqidi vərdişin əsasıdır; o, sizin hər gün nə söylədiyinizə və nə danışmağınıza təsir göstərir.

İş başında öyrəndiyimiz şəxslərə görə aşkarladıq ki, əla idarəçilərin 90%-i yüksək emosional  intellektə malikdirlər. Digər tərəfdən, aşağı mövqeli icraçıların 20%-i yüksək emosional intellektə malikdir. Siz emosional intelektsiz də yaxşı icraçı ola bilərsiniz, amma inkişaf   şansınız  aşağı olacaq.

Təbiidir ki,  emosinal intellekti yüksək olan insanlar digərlərinə nisbətən daha artıq qazanc əldə edirlər. Emosional intellekt və gəlir arasındakı əlaqə o qədər birbaşadır ki, emosional intellektin hər bir vərdişinin artımı illik qazanca xeyli əlavə edir. Bu nəticə istehsalın bütün sahələrində və dünyanın hər yerində özünü doğruldur. Bizə hələ indiyədək məhsuldarlığı  emosional intellektlə bağlı olmayan iş yeri tapmaq müyəssər olmayıb.

 

Siz emosional intellektinizi yüksəldə bilərsiniz

Sizin emosional və rasional “beyniniz” arasındakı ünsiyyət emosional intellektin fiziki mənbəyidir. Emosional intellektin yolu arxa beyində başlayır. Sizin ilk hissləriniz bura daxil olur və öz təcrübəniz haqqında mühakimə yürüdənədək beyninizin ön hissəsinə yol tapır. Əvvəlcə o, emosiyaların generasiya olunduğu yer – limbik sistemə daxil olur. Beləliklə, hadisələrə rasional reaksiyadan əvvəl emosional reaksiyamız yaranır. Emosional intellekt beynin rasional və emosional mərkəzləri arasında səmərəli ünsiyyət tələb edir.

 

16 Eylül 2017 Cumartesi




Təhsil naziri Mikayıl Cabbarov Bilik Günü münasibəti ilə təhsil işçilərini təbrik edib.
Təhsil Nazirliyindən Publika.az-a verilən məlumata görə, təbrikdə deyilir:
"Əziz müəllimlər, tələbələr və şagirdlər, hörmətli valideynlər!
Sizi yeni təhsil ili münasibətilə təbrik edirəm!
“Bilik günü” - bu günün sevincini yaşayan hər bir kəs üçün əlamətdardır. Bu gün insanları xəyallarına, arzularına qovuşmasına zəmin yaradır, həyat yolunun başlanğıcıdır. Bu yolu inamla getmək üçün əsas keyfiyyət ölkəmizin gələcəyi naminə qazanılan zəruri biliklər, vətəndaşlıq ləyaqəti və dəyərlərə olan hörmətdir. Zaman bizə tarixin ən güclü Azərbaycanında yaşamaq xoşbəxtliyini nəsib edib. Burada hamımızın birgə əməyi vacib və həlledicidir - Vətən sevgisi və yeni dünyanı fəth etmək enerjisi ilə.
Əziz müəllimlər, tələbələr və şagirdlər! Hər bir başlanğıc yeni imkandır. “Bilik günü” ilə başlanan bu imkanı uğurlu həyat hekayəsinə çevirməkdə hər birinizə nailiyyətlər arzulayıram!"

8 Mayıs 2016 Pazar

Biz niyə kitab oxumalıyıq?

Etiraf edirəm ki, mən asılıyam. Bütün həyatım boyu bu asılılıq davam edib. Uşaqlığımdan bəri. Mən asılı olduğuma görə utanmalıyam, amma utanmıram.
Mən sadəcə kitab mağazasına qayıdacam. Kitabxanaya qayıdacam. Sonsuz növbəsi olan elektron kitablarımın arasına dönəcəm. Dolu rəflərimin arasına qayıdacam.
Onlar məni tanıyır və sevirlər. Burda mənə lazım olan hər şey var. Mən niyə dayanmalıyam?
Bəs siz niyə başlamırsınız? Siz çox oxuduqca həyatınız da dəyişəcək. Bu belə baş verir...
Siz uğursuzluqlardan, stressdən və sıxıntıdan qaçmağın ən rahat yolunu tapacaqsınızAlkoqola və dərmanlara üz tutmağa ehtiyac yoxdur. Pulunuza qənaət edin. Kitab oxumağa başlayın. Kitabxanalarda keçirin boş vaxtlarınızı. Başqa dünyalara baş vurun. Obrazların həyatını yaşayın. Bu daha ekonomikdir, daha sürətlidir.
Kitab oxuyan adama kim yuxarıdan aşağı baxar?
Siz ailənizin olduğunun fərqinə varacaqsınızBilirəm sizin valideynləriniz, qardaşınız, bacınız var, üstəgəl xeyli xala, bibi, əmi, dayı...
Bəlkə də yox.
Bəlkə siz bu dünyada özünüzü ən tənha biri kimi hiss edirsiniz? Tərk edilmiş.
Siz həqiqətən təksiniz, yoxsa özünüzü tək hiss edirsiniz, fərq etməz, yaxşı oxucu olmaqla siz özünüzə qohumlar tapacaqsınız.
Bu bəşəri, tamamilə açıq və həqiqətən çox gözəl ailədir.Bu oxucular ailəsidir. Kitabsevərlər. Ədəbiyyat narkomanları. Kitabxana xəstələri. Sən bizlərdən biri olduqdan sonra dünyanın hər küncündə bir doğma qəlbə qovuşacaqsan. Bizim ailədə bir-birini tanımaq üçün bir gizlin işarədən istifadə olunur. Sadəcə kitab götür və oxumağa başla. Tələb olunan budur.
Biz səni görəcəyik.
Tanıyacağıq.
Bizə ehtiyacın olanda yanında olacağıq.
Siz qlobal məsələlərin bir parçasına çevriləcəksinizKitablar vasitəsilə biz keçmişlə əlaqə qura bilirik. Bundan başqa kitablar mədəniyyətlər, ölkələr, sosial siniflər və qruplar arasında ünsiyyət üsuludur.
Kitablar bizə başqa həyatlara girməyə icazə verir.
Bəli, bu möhtəşəmdir.
Siz heç vaxt başqa biri olmaq, getmədiyiniz yerlərə getmək, öz həyatınızda edə bilmədiklərinizi yaşamaq istəməzdinizmi?
Bütün bunlar kitablarda var. Siz hələ gözləyirsiniz?
Siz yaxşı danışmağı öyrəcənəksinizSöz ehtiyatını artırmaq, yazı qabiliyyətini inkişaf etdirmək, qrammatikanı daha yaxşı öyrənmək üçün əvəzedilməz üsuldur oxumaq.
Çox oxuduqdan sonra bir dostunuz sosial şəbəkədə yazdığı statusda qrammatik səhv buraxanda siz gülə-gülə onun səhvini düzəldəcəksiniz. Siz həmişə arzuladığınız kimi, “qrammatika kralı” olacaqsınız.
Siz növbələri, dayanacaqları və gözləmə zallarını sevəcəksinizBu həqiqətən sizin həyatınızda dönüş nöqtəsi ola bilər. Səbirsiz halda bir ayağınızı qaldırıb o birinin üstünə qoyursunuz, dərindən ah çəkirsiniz, qəzəblənirsiniz, narahat olursunuz nəyisə gözləyəndə… bunların əvəzinə sadəcə oxumaq.
Siz cibinizdən, yaxud çantanızdan maraqlı bir kitab çıxarmaqla həm əyləncə, həm ünsiyyət, həm də intellektual stimuliyasiya qazanırsınız.
Siz daha xoş insana çevriləcəksinizBəlkə də siz  daha xoş birisi olmaq kimi bir istəyiniz yoxdur, amma ətrafdakılar bunun əleyhinə olmayacaq.
Bəlkə də siz heç vaxt rasizmin, işgəncənin və ya yoxsulluğun qurbanı olmamısınız. Ola bilər ki, siz heç vaxt qarşılıqsız sevgidən əzab çəkməmisiniz. Sizin üçün bəlkə də tənqid etmək şəfqət göstərməkdən daha asandır.
Kitablar bütün bunları tamamilə düzəltməyəcək. Amma mühakimə etməmişdən qabaq düşünmək imkanı yaradacaq. Kitabları oxuduqca siz dünyadakı başqa həyatları da görəcəkisiniz. İndiyə kimi haqqında heç nə bilmədiyiniz həyatlar haqda...
Sizdə daha güclü anlayış hissi yaranacaq. Daha çox maraq. Daha az “biz onlara qarşı” düşüncəsi, daha çox “biz hamımız birlikdə”.
Siz çox şey biləcəskinizSiz fantastika oxusanız belə mədəniyyətlər, münasibətlər, tarix, qorxu, insan psixologiyası, ruhun müxtəlif təzahürləri, müharibənin nəticələri, dünyanı işğal edəcək robotlar, suda belə öz plaşlarını quru saxlamağı bacaran super-qəhrəmanlar haqda öyrənə biləcəksiniz.
Çox bilmək istəyirsiz? Elm-kütləvi ədəbiyyat oxuyun. Tərcümeyi-hallar, tarixi, cari hadisələr haqqında kitablar. Zarafat edirəm, gündəlik hadisələr haqda oxumasanız da olar. Onun əvəzinə tarixi ədəbiyyat oxuyun, bu halda siz müasir dövr haqda daha çox öyrənmiş olacaqsınız.
Fəlsəfə. Psixologiya. Memuarlar. “Özün et” kitabları. Siz nəyləsə maraqlanırsınızsa, bu haqda kitablar tapa bilərsiniz.
Siz özünüzdə yaradıcı başlanğıc açacaqsınızSiz beyninizi təzə informasiyalarla doldurduqdan sonra, nəsə çox gözəl bir şey baş verəcək.
Sizin ağılınız oyanacaq.
Əslində, yaradıcılıq — əlaqələri yaratmaq bacarığıdır. Yaratdıqlarına heyran olduğumuz insanlar məhz əlaqələrin yaradılmasıyla məşğul olurlar. Onlarda geniş məlumat bazası var. Onlar poeziyaya elmə sızmağa icazə verirlər. Onlar inanca və tarixə birlikdə çərənləməyə imkan verirlər.

Komandanı motivasiya etməyin 5 yolu

Əgər komanda hər zaman motivasiyalı olsa müvəffəqiyyət qazanmaq daha asan olar. Motivasiya komanda yaratmağın və effektiv komanda işinin təməl hissəsidir. Komandanı daima motivasiyada saxlamaq istəyirsənsə, aşağıdakı məsləhətlərdən istifadə edə bilərsən :

1. Qarşıya aydın məqsədlər qoy
Qarşıya aydın məqsədlər qoyulması iş fəaliyyəti ilə əlaqələndirilməlidir və motivasiyanın əsas mənbəyidir – bu işə olan maraqla bağlı yaranan motivasiyadır. Aydın və xüsusi məqsədlər daha çox məhsuldar olmağa və daha yaxşı komanda işinə səbəb olur. Buna görə də istənilən anlaşılmazlıqdan boyun qaçırmaq məqsədilə işin tamamlanması üçün komandanın qarşısına son tarixlə birgə aydın məqsədlər qoy. 

2. İnsanlara səlahiyyət ver
Komanda üzvlərinin inkişafı kommunikasiya, açıqlıq və qərar qəbul edilməsində komanda üzvlərinin birbaşa iştirakını tələb edir. Komandanı problemləri həll etmək üçün dəstəklə və müzakirələri yüngülləşdirməyə çalış.

3. Düzgün dəstəklə təmin et
Dəyişiklik hər zaman komandanın işin yeni yollarını anlamaq və həyata keçirmək üçün yeni bacarıqlar öyrənməsini nəzərdə tutur. Komanda lideri komandaya və fərdi olaraq hər kəsə yeni yanaşmaları inkişaf etdirmək və təcrübədən keçirmək üçün imkan yaratmalıdır. Əmin ol ki, komandan yeni bacarıqlarını təsdiqləmək üçün müvafiq təlimə, inkişaf resurslarına və vaxta malikdir.

4. Gələcəyə dair baxış yarat
Gələcəyə baxışı müəyyən etmək, inkişaf etdirmək,aydın ifadə etmək və komandanı bundan xəbərdar etmək daha məqsədə uyğundur. Başqalarını səni izləməyə ruhlandırmaq həqiqətən əla çağırışdır! Komandanı ruhlandırmaq üçün sən gələcəyə dair sadə, aydın və münasib baxışa ehtiyac duyursan. Əlavə olaraq, həmçinin insanlarda sənə qarşı inam hissini yaratmağa və iş üçün ən uyğun insan olduğunu sübut etməyə də ehtiyacın ola bilər.

5. Minnətdar olduğunu göstər
Sən komandanda vaxt və enerji kəşf etməlisən. Hər kəs qiymətləndirilməyə ehtiyac duyur və sənin komandan da fərqli deyil! Onlar sənin onlara qarşı şəxsi marağının və öhdəliklərinin olduğunu bilməyə ehtiyac duyurlar.Onların dəyərini hər zaman xatırlamaq göstərir ki,onlar qiymətləndirilir və gördükləri iş sənin üçün həqiqətən vacibdir.

Üzvləri müəyyən məqsədlərə malik olan komanda öz işində daha çox həvəs və güclü dostluq münasibətlərinə sahib olur.Bundan başqa, komanda motivasiya olacaq və fəaliyyətlərinə görə məsuliyyət daşıyacaq.Komandanı motivasiya et və qarşılığını gör.

Riskli yaşamaq

Riskli yaşamaq nə deməkdi?
Riskli yaşamaq — yaşamaqdı. Kim risk eləmirsə yaşamır. Risk həyata dad verir. Əsl həyat təhlükələrlə dolu həyatdı. Təhlükəsiz həyat mənasızdı.
Təhlükəsizliyə can atmaq insan həyatını tərpənməz bataqlığa döndərir. Belə insanın enerjisi çıxış tapmır, içəridə qalır və o narahat yaşayır. Heç kim başına nələr gələcyini bilmir. Gələcək bəlli deyil. Buna görə də çox adam riskdən qorxur. Daha rahatı məlumlarla qane olmaqdı. Bildiklərinlə kifayətlənməkdi. Yeniyə can atmamaq insanlara görə adamı təhlükədən qoruyur. Amma bu həm də həyatdan uzaq salır adamı. Çünki həyat hadisələr toplusudu. Nə qədər çox hadisə baş verirsə bir o qədər zəngin həyat yaşayırsan. Hadisə azlığı həyatın statik vəziyyətə olmasının göstəricisid. Bu halda niyə yaşayırsan? Mənası nədi? Həyatdan qorxmaq olmaz. qorxsan belə riskə atılmalısan. Əks halda cansıxıcı, darıxdırıcı bir yaşam gözləyir səni. Hər dəqiqə nəsə istəyirsən, nəsə arzulayırsan, amma nə istədiyini bilmirsən. Bu macərasızlıqdı, stabillikdi, köhnəliyin təkrar-təkrar yaşanmasıdı. Bu, insanı dəli edə bilər. Çünki insan enerji mənbəyidi. O enerjisini buraxmalıdı, xərcləməlidi. Eynilikdə bu mümkün deyil. Risksiz olmur.

 

İki tip insan var. Bir təhlükəsiz yaşamaq istəyənlər, bir də yaşamaq istəyənlər. Təhlükəsizliyi seçənlərin həyatı ölümə bərabərdi. Heç nə yoxdu, boşluqdu. Yaşamaq istəyənlərin həyatı hadisəylə doludu. Hər an nəsə doludu. Hər an nəsə baş verir. Həyat o qədər maraqlıdı ki, insan onun necə keçdiyini hiss eləmir. Nə vaxtsa dağın başına qalxmısan? Qalxdıqca hava durulur, təmizlənir. Nəfəs almaq daha xoş olur, daha rahat olur. Nə qədər yüksəkdəsənsə həyat eşqi bir o qədər çoxdu. Nə qədər risk edirsənsə həyata bir o qədər bağlanırsan. Həyatı, yaşamı bir o qədər hiss edirsən. Çünki yüksəyə qalxdıqca düşmək təhlükəsi daha çox olur. Və bu sənə həyatın, sağ qalmağın nə qədər önəmli olduğunu daha yaxından hiss etdirir. Yaşamaq istəyin artır. Ölümlə həyat arasında balans yaradanda özləm hissi keçir.Keçmişin tozu da qalmır. Gələcək üçün yaşamırsan. "İndi" vacib olur səninçün. İndi yaşamaq, sağ qalmaq, indi mübarizə aparmaq və qalib çıxmaq istəyirsən.

Oşo — «Kişilərin Kitabı»ndan
 DİREKTOR OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN MALİYYƏDƏN TESTLƏR



Çevik  büdcədə toplam  dəyişən məsrəf 12000AZN  və faktiki büdcədə toplam dəyişən məsrəf 13000AZN-dir. Toplam dəyişən məsrəf ilə əlaqədar variasiya nə qədərdir.
a.       -1000
b.      -100
c.       0
d.      +100
e.      +1000
2.       Təhsil müəssisəsi "Pul vəsaitlərinin hərəkəti" ilə əlaqədar büdcəni aylıq olaraq hazırlayır. Müəssisənin İlin başında 9000 AZN nağd pulu mövcuddur. Yanvar ayında 5000 AZN mədaxil və 6000 AZN məxaric olacağı planlaşdırılır. Fevral ayında isə 7000 AZN mədaxil və 3000 AZN məxaric  olacağı planlaşdırılır. Pul vəsaitininin hərəkəti ilə əlaqədar büdcədə yanvar, fevral vəmart ayının  əvvəlinə olan nağd pul sadalanan sıra ilə nə qədər olacaqdır?
a.       5000, 7000, 9000
b.      8000 , 12000, 14000
c.       9000, 14000, 12000
d.      9000, 3000, 10000
e.      9000, 8000, 12000
3.       Büdcə üçün aşağıdakılardan hansı səhvdir?
a.       Qısa müddətlidir
b.      Planlaşdırmaya xidmət edir
c.       Maliyyə şəklində ifadə olunur
d.      Nəzarət sistemini təmin edir
e.      Təşkilatın missiyasıdır
4.       Aşağıdakılardan hansı büdcə hazırlayarkən məhdudlaşdırıcı amil kimi diqqətə alınmamalıdır?
a.       Tələb
b.      Həcim
c.       Avadanlıq
d.      Menecer
e.      Nağd pul vəsaiti
5.       Aşağıdakılardan hansı funksional büdcədir?
a.       Baş büdcə
b.      Əmək büdcəsi
c.       Yekun büdcə
d.      Maliyyə vəziyyəti haqqında hesabat
e.      Maliyyə fəaliyyətlərinin nəticələri haqqında hesabat
6.       Təşkil olunacaq bir kursda iştirakçı başına dəyişən məsrəf 50 AZN , sabit məsrəf isə 600 AZN-dir. Ağıllı taxta istifadə edildiyində iştirakçılar 120 AZN əksi təqdirdə 100AZN verməyə hazırdırlar. Ağıllı taxtanı kurs boyunca kiralamanın maliyyəti 540AZN-dir. 25 nəfər işrirakçı olduğu fərz edildiyində ağıllı taxtanı alınmasə ilə əlaqədar aşağıdakılardan hansı doğrudur?
a.       Alınmalıdır çünki bu təqdirdə əlavə 100 AZN  mənfəət əldə ediləcəkdir.
b.      Alınmalıdır çünki bu təqdirdə əlavə 140 AZN  mənfəət əldə ediləcəkdir.
c.       Alınmamalıdır çünki bu təqdirdə 50 AZN daha az qazanılacaqdır.
d.      Alınmamalıdır çünki bu təqdirdə 150AZN daha az qazanılacaqdır.
e.      Heç biri
7.       Satış ilə dəyişən məsrəf arasında fərqdir.
a.       Mənfəət
b.      Kontribusiya
c.       Gəlir
d.      Sabit məsrəf
e.      Zərərsizlik nöqtəsi
8.       Aşağıdakılardan hansı bir təhsil müəssisəsində dolayı məsrəf sayılmaz.
a.       Məktəbdə təmizlik işçisinin maaşı
b.      Müəllimin maaşı
c.       Kira məsrəfi
d.      Su məsrəfi
e.      Binalar amortizasiya
9.       Aşağıdakılardan hansı bir təhsil müəssisəsində birbaşa məsrəfdir.
a.       Direktorun maaşı
b.      Mühafizə maaşı
c.       Müəllimin maaşı
d.      Bütün əmək haqqları
e.      Heç biri
10.   Toplam dolayı məsrəf 6000AZN-dir. Toplam dolayı məsrəflər 3 xidmət sahəsi üzrə bölüşdürüləcəkdir. Bölüşdürmədə hər bir xitmət sahəsi üzrə gərçəkləşən iş saat əsas alınacaq. Saatlar sırası ilə 300, 100 və 200 saatdır. Bu paylaşma saatların verilmə sırasına görə aşağıdakılırdan hansına uyğun gəlir.
a.       2000AZN, 2000AZN, 2000AZN
b.       3000AZN, 2000AZN, 1000AZN
c.       1000AZN, 2000AZN, 3000AZN
d.      2000AZN, 1000AZN, 3000AZN
e.      3000AZN, 1000AZN, 2000AZN
11.  ................ dedikdə, işçinin işlədiyi vaxta görə, ................dedikdə, işçinin gördüyü işə gorə əmək haqqı alması başa düşülür.
a.      vaxtamuzd, işəmuzd
b.      işəmuzd, vaxtamuzd
c.       yarım ştat, vaxtamuzd
d.      vaxtamuz, yarım ştat
e.       işə muzd, yarım ştat
12.  Təhsil müəssisəsində pedaqoji iş aparmayan rəhbər işçilərin əmək məzuniyyətlərinin müddətləri nə qədərdir.
a.       21
b.      30
c.       56
d.      40
e.       5
13.  Aylıq tarif əmək haqqı 240 AZN yaşayış minimumu 140 AZN isə gəlir vergisinin məbləği nə qədərdir.
a.      14 AZN
b.      33.6 AZN
c.       52.8 AZN
d.      19.6 AZN
e.       30.8 AZN
14.  Aylıq tarif əmək haqqı 4000 AZN  isə gəlir vergisinin məbləği nə qədərdir.
a.       480AZN
b.      675AZN
c.       880 AZN
d.      400AZN
e.       120AZN
15.  Məcburi dövlət sosial sığorta haqqının dərəcəsi ........ təşkil edir.  ....... işəgötürən tərəfindən ödənilir, ......... isə işçinin əmək haqqısından tutulur.
a.       25, 3, 22
b.      25,  22, 3
c.       14, 22, 3
d.      22, 14, 3
e.       22, 3,14
16.   Borc Kapital Əmsalı 3 (iki) isə aşağıdakılardan hansı doğrudur?
a.       Öhdəlik və kapitalın birbirinə bərabər olduğunu göstərir
b.      Kapitalın ehtiyatdan üç dəfə çox olduğunu göstərir.
c.       Öhdəlik 90.000AZN isə aktiv toplamı 120.000AZN-dir.
d.      Kapital 100.000AZN isə toplam passiv 300.000AZN-dir.
e.      Toplam aktiv 300.000AZN isə öhdəliklər 100.000AZN-dir.
17.   Faiz üsulu ilə analiz ilə əlaqəli aşağıdakılardan hansı doğrudur?
a.       Fərqli böyüklükdəki müəssisələri qarşılaşdıra bilmə imkanı verir
b.      Təşkilatın faiz məsələlərini analiz etməyə imkan verir
c.       Qarşılaşdırmalı analiz olmadan faiz üsulu analizini etmək mümkün deyildir
d.      İnvestisiyanın rentabellliyi ilə əlaqədar məlumat verir.
e.      Heç biri
18.  Öhdəliklər nə zaman azalır?
a.      Götürülən borc qaytarıldıqda
b.      Avans alındıqda
c.       Xərc çəkildikdə
d.      Borcla mal alındıqda
e.       Heç biri
19.  Aşağıdakılardan hansında aktivlər yer dəyişmir?
a.       Aktiv nəğd pulla alındıqda
b.      Barter edildikdə
c.       Əvvəlcədən edilən ödəniş
d.      Avans alındıqda
e.       Heç biri
20.  Məktəbin tamamlanmış təmir işləri ilə əlaqəli ustaya 100AZN nağd pul ödənilmiş geri qalan 150AZN isə 1 ay sonra ödəniləcəkdir.
a.       Kass metoduna görə xərc 250 AZN-dir.
b.      Kassa metoduna görə xərc 150AZN-dir.
c.       Hesablama metdona görə xərc 100AZN-dir.
d.      Hesablama metoduna görə xərc 150AZN-dir.
e.       Heç biri
21.  Müəssisəyə digər şirkət həmçinin ayrı-ayrı vətəndaşlar tərəfindən ödənilməli olan borc məbləğidır.
a.       Kreditor borcları
b.      Öhdəlik
c.       Debitor borcları
d.      Əsas vəsaitlər
e.       Heç biri
22.  Aşağıdakılardan hansı maliyyə hesabatı sayılmır.
a.       Maliyyə vəziyyəti haqqında hesabat
b.       Xalis aktivlərin fəaliyyət nəticələri haqqında hesabat
c.       Kapitalda  dəyişikliklər haqqında hesabat
d.      Pul vəsaitlərinin hərəkəti haqqında hesabat
e.       Əhəmiyyətli uçot siyasətləri və izahlı qeydlər
23.  Xalis aktivlər ilə əlaqədar aşağıdakılardan hansı doğrudur.
a.       Xalis aktivlər = Uzun müddətli aktivlər - Uzun müddəli öhdəliklər
b.      Xalis aktivlər = Qısa müddətli aktivlər - Qısa müddəli öhdəliklər
c.       Xalis aktivlər = Aktivlər - Öhdəliklər
d.      Xalis aktivlər = Aktivlər - Qısa müddəli öhdəliklər
e.       Xalis aktivlər = Qısa müddəli aktivlər
24.  Müəssisənin 18 aylıq borcu..................
a.       Qısa müddətli aktivdir.
b.      Uzun müddətli aktivdir.
c.       Qısa müddətli öhdəlikdir.
d.      Uzun müddətli öhdəlikdir.
e.       Kapitaldır.