8 Mayıs 2016 Pazar

 DİREKTOR OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN MALİYYƏDƏN TESTLƏR



Çevik  büdcədə toplam  dəyişən məsrəf 12000AZN  və faktiki büdcədə toplam dəyişən məsrəf 13000AZN-dir. Toplam dəyişən məsrəf ilə əlaqədar variasiya nə qədərdir.
a.       -1000
b.      -100
c.       0
d.      +100
e.      +1000
2.       Təhsil müəssisəsi "Pul vəsaitlərinin hərəkəti" ilə əlaqədar büdcəni aylıq olaraq hazırlayır. Müəssisənin İlin başında 9000 AZN nağd pulu mövcuddur. Yanvar ayında 5000 AZN mədaxil və 6000 AZN məxaric olacağı planlaşdırılır. Fevral ayında isə 7000 AZN mədaxil və 3000 AZN məxaric  olacağı planlaşdırılır. Pul vəsaitininin hərəkəti ilə əlaqədar büdcədə yanvar, fevral vəmart ayının  əvvəlinə olan nağd pul sadalanan sıra ilə nə qədər olacaqdır?
a.       5000, 7000, 9000
b.      8000 , 12000, 14000
c.       9000, 14000, 12000
d.      9000, 3000, 10000
e.      9000, 8000, 12000
3.       Büdcə üçün aşağıdakılardan hansı səhvdir?
a.       Qısa müddətlidir
b.      Planlaşdırmaya xidmət edir
c.       Maliyyə şəklində ifadə olunur
d.      Nəzarət sistemini təmin edir
e.      Təşkilatın missiyasıdır
4.       Aşağıdakılardan hansı büdcə hazırlayarkən məhdudlaşdırıcı amil kimi diqqətə alınmamalıdır?
a.       Tələb
b.      Həcim
c.       Avadanlıq
d.      Menecer
e.      Nağd pul vəsaiti
5.       Aşağıdakılardan hansı funksional büdcədir?
a.       Baş büdcə
b.      Əmək büdcəsi
c.       Yekun büdcə
d.      Maliyyə vəziyyəti haqqında hesabat
e.      Maliyyə fəaliyyətlərinin nəticələri haqqında hesabat
6.       Təşkil olunacaq bir kursda iştirakçı başına dəyişən məsrəf 50 AZN , sabit məsrəf isə 600 AZN-dir. Ağıllı taxta istifadə edildiyində iştirakçılar 120 AZN əksi təqdirdə 100AZN verməyə hazırdırlar. Ağıllı taxtanı kurs boyunca kiralamanın maliyyəti 540AZN-dir. 25 nəfər işrirakçı olduğu fərz edildiyində ağıllı taxtanı alınmasə ilə əlaqədar aşağıdakılardan hansı doğrudur?
a.       Alınmalıdır çünki bu təqdirdə əlavə 100 AZN  mənfəət əldə ediləcəkdir.
b.      Alınmalıdır çünki bu təqdirdə əlavə 140 AZN  mənfəət əldə ediləcəkdir.
c.       Alınmamalıdır çünki bu təqdirdə 50 AZN daha az qazanılacaqdır.
d.      Alınmamalıdır çünki bu təqdirdə 150AZN daha az qazanılacaqdır.
e.      Heç biri
7.       Satış ilə dəyişən məsrəf arasında fərqdir.
a.       Mənfəət
b.      Kontribusiya
c.       Gəlir
d.      Sabit məsrəf
e.      Zərərsizlik nöqtəsi
8.       Aşağıdakılardan hansı bir təhsil müəssisəsində dolayı məsrəf sayılmaz.
a.       Məktəbdə təmizlik işçisinin maaşı
b.      Müəllimin maaşı
c.       Kira məsrəfi
d.      Su məsrəfi
e.      Binalar amortizasiya
9.       Aşağıdakılardan hansı bir təhsil müəssisəsində birbaşa məsrəfdir.
a.       Direktorun maaşı
b.      Mühafizə maaşı
c.       Müəllimin maaşı
d.      Bütün əmək haqqları
e.      Heç biri
10.   Toplam dolayı məsrəf 6000AZN-dir. Toplam dolayı məsrəflər 3 xidmət sahəsi üzrə bölüşdürüləcəkdir. Bölüşdürmədə hər bir xitmət sahəsi üzrə gərçəkləşən iş saat əsas alınacaq. Saatlar sırası ilə 300, 100 və 200 saatdır. Bu paylaşma saatların verilmə sırasına görə aşağıdakılırdan hansına uyğun gəlir.
a.       2000AZN, 2000AZN, 2000AZN
b.       3000AZN, 2000AZN, 1000AZN
c.       1000AZN, 2000AZN, 3000AZN
d.      2000AZN, 1000AZN, 3000AZN
e.      3000AZN, 1000AZN, 2000AZN
11.  ................ dedikdə, işçinin işlədiyi vaxta görə, ................dedikdə, işçinin gördüyü işə gorə əmək haqqı alması başa düşülür.
a.      vaxtamuzd, işəmuzd
b.      işəmuzd, vaxtamuzd
c.       yarım ştat, vaxtamuzd
d.      vaxtamuz, yarım ştat
e.       işə muzd, yarım ştat
12.  Təhsil müəssisəsində pedaqoji iş aparmayan rəhbər işçilərin əmək məzuniyyətlərinin müddətləri nə qədərdir.
a.       21
b.      30
c.       56
d.      40
e.       5
13.  Aylıq tarif əmək haqqı 240 AZN yaşayış minimumu 140 AZN isə gəlir vergisinin məbləği nə qədərdir.
a.      14 AZN
b.      33.6 AZN
c.       52.8 AZN
d.      19.6 AZN
e.       30.8 AZN
14.  Aylıq tarif əmək haqqı 4000 AZN  isə gəlir vergisinin məbləği nə qədərdir.
a.       480AZN
b.      675AZN
c.       880 AZN
d.      400AZN
e.       120AZN
15.  Məcburi dövlət sosial sığorta haqqının dərəcəsi ........ təşkil edir.  ....... işəgötürən tərəfindən ödənilir, ......... isə işçinin əmək haqqısından tutulur.
a.       25, 3, 22
b.      25,  22, 3
c.       14, 22, 3
d.      22, 14, 3
e.       22, 3,14
16.   Borc Kapital Əmsalı 3 (iki) isə aşağıdakılardan hansı doğrudur?
a.       Öhdəlik və kapitalın birbirinə bərabər olduğunu göstərir
b.      Kapitalın ehtiyatdan üç dəfə çox olduğunu göstərir.
c.       Öhdəlik 90.000AZN isə aktiv toplamı 120.000AZN-dir.
d.      Kapital 100.000AZN isə toplam passiv 300.000AZN-dir.
e.      Toplam aktiv 300.000AZN isə öhdəliklər 100.000AZN-dir.
17.   Faiz üsulu ilə analiz ilə əlaqəli aşağıdakılardan hansı doğrudur?
a.       Fərqli böyüklükdəki müəssisələri qarşılaşdıra bilmə imkanı verir
b.      Təşkilatın faiz məsələlərini analiz etməyə imkan verir
c.       Qarşılaşdırmalı analiz olmadan faiz üsulu analizini etmək mümkün deyildir
d.      İnvestisiyanın rentabellliyi ilə əlaqədar məlumat verir.
e.      Heç biri
18.  Öhdəliklər nə zaman azalır?
a.      Götürülən borc qaytarıldıqda
b.      Avans alındıqda
c.       Xərc çəkildikdə
d.      Borcla mal alındıqda
e.       Heç biri
19.  Aşağıdakılardan hansında aktivlər yer dəyişmir?
a.       Aktiv nəğd pulla alındıqda
b.      Barter edildikdə
c.       Əvvəlcədən edilən ödəniş
d.      Avans alındıqda
e.       Heç biri
20.  Məktəbin tamamlanmış təmir işləri ilə əlaqəli ustaya 100AZN nağd pul ödənilmiş geri qalan 150AZN isə 1 ay sonra ödəniləcəkdir.
a.       Kass metoduna görə xərc 250 AZN-dir.
b.      Kassa metoduna görə xərc 150AZN-dir.
c.       Hesablama metdona görə xərc 100AZN-dir.
d.      Hesablama metoduna görə xərc 150AZN-dir.
e.       Heç biri
21.  Müəssisəyə digər şirkət həmçinin ayrı-ayrı vətəndaşlar tərəfindən ödənilməli olan borc məbləğidır.
a.       Kreditor borcları
b.      Öhdəlik
c.       Debitor borcları
d.      Əsas vəsaitlər
e.       Heç biri
22.  Aşağıdakılardan hansı maliyyə hesabatı sayılmır.
a.       Maliyyə vəziyyəti haqqında hesabat
b.       Xalis aktivlərin fəaliyyət nəticələri haqqında hesabat
c.       Kapitalda  dəyişikliklər haqqında hesabat
d.      Pul vəsaitlərinin hərəkəti haqqında hesabat
e.       Əhəmiyyətli uçot siyasətləri və izahlı qeydlər
23.  Xalis aktivlər ilə əlaqədar aşağıdakılardan hansı doğrudur.
a.       Xalis aktivlər = Uzun müddətli aktivlər - Uzun müddəli öhdəliklər
b.      Xalis aktivlər = Qısa müddətli aktivlər - Qısa müddəli öhdəliklər
c.       Xalis aktivlər = Aktivlər - Öhdəliklər
d.      Xalis aktivlər = Aktivlər - Qısa müddəli öhdəliklər
e.       Xalis aktivlər = Qısa müddəli aktivlər
24.  Müəssisənin 18 aylıq borcu..................
a.       Qısa müddətli aktivdir.
b.      Uzun müddətli aktivdir.
c.       Qısa müddətli öhdəlikdir.
d.      Uzun müddətli öhdəlikdir.
e.       Kapitaldır.

Liderlik Qabiliyyəti

 
Mütəxəssislər arasında indiyə kimi liderlik proseslərinin idarə olunan və ya təbii olması barədə müzakirələr davam edir. Başqa sözlə, lider doğulurlar, yoxsa sonradan olurlar?
Bu suala birmənalı cavabın olmamasına baxmayaraq, mövcud nəzəri və təcrübə işlər liderlik qabiliyyətlərindən danışmağa imkan verir, lakin bu zaman həmin qabiliyyətlərin sərhədləri, yaxud hüdudları barədə sual meydana çıxır. Anadangəlmə və ya sonradan formalaşan liderlik qabiliyyəti olan insanların aşkar edilməsi və onların rəhbər vəzifələrə cəlb edilməsi son dərəcə aktualdır. Bu fəaliyyət istiqaməti həm «lider doğulurlar» tezisindən, həm də liderlərin məqsədyönlü formalaşmasından irəli gəlir. Birinci halda söhbət liderlik qabiliyyətlərinin aşkar edilməsi və onlardan təşkilati məqsədlə istifadədən, ikinci halda – müəssisələrə artıq hazır və özünü işdə göstərmiş liderlərin cəlb edilməsindən gedir.
Təcrübədən məlumdur ki, bəzi insanlar müxtəlif fəaliyyət növlərinin özdəsindən yaxşı gəlir, digərləri yox – müxtəlif insanlarda hər hansı fəaliyyət növünü mənimsəmə qabiliyyəti və aldığı nəticələr müxtəlifdir. Bunu adətən insanların konkret fəaliyyət növünə münasibəti ilə izah edirlər.
Hər bir qabiliyyət şəxsiyyətin keyfiyyətlər sistemini əks etdirir. Məsələn, texniki qabiliyyətlərə spesifik inkişaf etmiş müşahidəçiliyi, məkan təxəyyülü və xüsusi düşüncə tərzi daxildir. Təsviri sənət fəaliyyətinin qabiliyyətləri görmə analizatorunun yüksək həssaslığı, obraz yaddaşı və bir sıra sensor keyfiyyətlərlə şərtləndirilir ki, bunlar da əllərin hərəkətinin koordinasiyasında özünü göstərir. Ümumi şəkildə qabiliyyətləri insanın bu fəaliyyət növünün tələblərinə cavab verən və onun müvəffəqiyyətlə yerinə yetirilməsinin şərti olan fərdi-psixoloji keyfiyyətlər sistemi kimi müəyyən etmək olar.
Liderin təşkilatçılıq qabiliyyətləri kimi xüsusi qabiliyyətlərin üzərində bir qədər dayanaq. Rusiya psixoloqu L.İ.Umanskinin tədqiqatları göstərir ki, bu qabiliyyətləri psixoloji seçim, şüurun təcrübi-psixoloji istiqaməti, psixoloji takt, sosial enerjilik, tənqidi münasibət və təşkilatçılıq fəaliyyətə meyillik xarakterizə edir.
Bu xarakteristikaları və onların bir-birinə münasibətini nəzərdən keçirək.
Belə ki, psixoloji seçim dedikdə,menecerin təşkilatçı kimi qrupun ümumqrup vəzifəsinin həlli prosesində təşkil edilən qrupun psixologiyasını daha tam və dərindən əks etdirmək qabiliyyəti başa düşülür. O, aşağıdakı parametrlərlə xarakterizə olunur:
• insanların psixoloji xüsusiyyətlərinin və başqa insanların vəziyyətlərinin sürətli, eynivaxtlı, «bağlanmış», çox vaxt verbal olmayan (imzasız) və düşünülməmiş təkrarlanan faktları;
• insanın başqalarının hisslərinə, həyəcanlarına şərik olması, necə deyərlər, emosional sinxronluq;
• kitablar, hekayələr, təsviri sənət əsərləri, teatr quruluşları, kinofilmlər üzrə psixoloji obyektlərin təsvirinə və nümayişinə yüksək həssaslıq ilə;
• insanların psixoloji xüsusiyyətlərini sürətlə adekvat xarakterizə etmək, onların «fotoşəkillərinin» sözlə və mimika ilə dəqiqliyi və xarakterikliyi ilə;
• sınaqdan keçirilənə eyni zamanda təsir edən bir çox obyektlərdən psixoloji obyektləri seçməyə üstünlük verməklə və ünsiyyətin seçimli olması ilə;
• müşahidələrdə, inşa və söhbətlərdə, təşkilati vəzifələrin həllində özünü parlaq surətdə göstərən seçici-psixoloji yaddaş və müşahidəçiliklə;
• psixoloji təhlilə meyilliliklə, özünün və başqa insanların hərəkətlərinin izahı ilə (özünü təhlillə, insanı öz hisslərində qapanmağa sövq edən «özünü eşələməklə» qarışdırmaq lazım deyil);
• insan kollektivinin gücünə, qabiliyyətlərinə, imkanlarına dərin inamla, bu amilin qabaqcıl, fəaliyyətin məqsədlərinə nail olunması üçün müəyyən edilən yerə irəli sürülməsi ilə;
• özünü başqasının psixoloji yerinə qoymaq bacarığı, onun əvəzinə düşünmək, onun nöqteyi-nəzərincə mülahizə yürütmək, öz-özünə: «Mən onun yerində olsaydım, necə hərəkət edərdim» sualını verməklə.
Təcrübi-psixoloji şüur aşağıdakı təzahürlərə malikdir:
• kollektiv fəaliyyətin öhdəliklərinin insanların fərdi xüsusiyyətləri nəzərə alınmaqla bölüşdürülməsi (məsələn, təşkilati məsələləri həll edən zaman öhdəliklərin bölüşdürülməsini qaydaları öyrəndikdən sonra bu işi həm qabiliyyətli, həm də qabiliyyətsiz təşkilatçılar yerinə yetirir, lakin birincilər bunu mexaniki surətdə edir, ikincilər isə personalın fərdi xüsusiyyətlərindən irəli gələrək edirlər);
• insanlardan biliklərinin təcrübi tətbiqini tələb edən vəziyyətlərdə, «işlər - insanlar» və «insanlar - işlər» vəziyyətlərinin həllində sürətli oriyentasiya;
• insanların həyat və fəaliyyətinin bu vəziyyətlərinə münasibətində, psixoloji vəziyyətinin tətbiqində fərasəti;
• insanlara hər hansı işə qarşı maraq doğurmaq üçün yolların və üsulların axtarılıb tapılması qabiliyyəti, həmçinin bu marağın mənəvi və maddi stimulları (bu göstəricidə təcrübi-psixoloji şüur daha çox təşkil edilənlər üçün bilavasitə maraq doğurmayan fəaliyyətdə özünü aydın göstərir);
• Birgə fəaliyyətin yerinə yetirilməsi üçün insanların qarşılıqlı münasibətlərinin, şəxsi simpatiyalarının və antpatiyalarının, psixoloji fərqlərinin nəzərə alınması;
• Təşkilati biliklərin, vərdiş və bacarıqların formalaşması zamanı tədrisin yüksək səviyyəsi;
• Praktiki məsələləri personalın özünəməxsus düşüncə ilə, icraçıların imkanlarının uyğunluğunu ölçüb-biçməklə, imkanlarını nəzərə almaqla həll etmək meyli.
Psixoloji takt dedikdə, rəhbərin şəxsiyyətinin aşağıdakı keyfiyyətləri nəzərdə tutulur:
• insanlarla qarşılıqlı münasibətlərdə və qarşılıqlı hərəkətlərdə hər şeyin həddini bilmək – bu,təşkilatçı ilə təşkil olunanlar arasında qarşılıqlı əlaqəni pozan çərçivədən kənarlaşmaları müəyyən edən ümumi göstəricidir;
• müxtəlif insanlara ilk görüşdən nitq adaptasiyası, «nitq şablonu»nun və kobud uyğunlaşmanın olmaması, hazırcavablılıq;
• insanlarla fərdi-psixoloji xüsusiyyətlərdən asılı olan ünsiyyət;
• vəziyyəti hiss etmək;
• personalın qarşılıqlı münasibətlərinə təsir edən xarici şəraitin nəzərə alınması;
• həssaslıq, diqqətlilik, insanlara münasibətdə qayğıkeşlik. Ünsiyyətdə sadəlik və təbiilik, insanlara münasibətdə olduğu kimi görünmək, rola girməyin, hərəkətlərdə süniliyin olmaması;
• ədalət hissi, təşkil olunanlara yanaşmada obyektivlik, bu obyektivliyi göstərmək və sübut etmək qabiliyyəti.
Yuxarıda şəxsiyyətin göstərildiyi üç xüsusiyyəti (psixoloji seçim, təcrübi-psixoloji şüur və psixoloji takt) özünəməxsus qrup vəhdəti təşkil edir. Təşkilatçı şəxsin bu qrup spesifik keyfiyyəti «təşkilatçı hissiyyatı» adlandırmaq olar – bu termin təşkilatçılıq istedadının xarakteristikasından götürülmüşdür. Təşkilatçı hissiyyatı rəhbər tərəfindən sosial-psixoloji obyektiv fəaliyyət fenomenlərinin seçilmiş ifadəsi kimi başa düşülür.
Rəhbər şəxsin növbəti keyfiyyəti emosional-iradə təsiri qabiliyyətidir. Bu keyfiyyət ona başqa insanlara təsir etmək, səfərbər etmək, birləşdirmək, onların birgə qüvvələrini ümumi məqsədlərin nail olunmasına yönəltməyə imkan verir. Emosional-iradə təsiri qabiliyyətinə sosial enerjilik, tələbkarlıq və tənqidi münasibət daxildir. Bu xarakteristikalarda daha ətraflı dayanaq.
Sosial enerjilik aşağıdakı göstəricilərə malikdir:
• nitqin müxtəlif emosiaonal formalarında təzahür edən emosional-nitq təsiri, - ifadənin vurğulara bölünməsində, intonasiyada (tonun yüksəkliyində, səsin hündürlüyündə, tembrində və s), vurğularda, pauzalarda özünü göstərir;
• nitq, mimik və pantomim formalarda (jestdə, baxışda, pozada, sifətin ifadəsində) təzahür edən iradə meyli. İradə meylinin nitq funksiyasına sahib olmaq təşkilatçının bir çox söz formalarından istifadə qabiliyyətində ifadə olunur – xahiş, arzu, məsləhət, çağırış, inandırma, tələb, sərəncam, əmr və s.;
• başqalarına, hadisələrə iş və sözlə təsir etmək qabiliyyəti, həmçinin bu münasibətlə başqalarını yoluxdurmaq;
• sözlə və işlə təsirin məntiqi inamlılığı, təzahürlərin arasındakı əlaqələri göstərmək qabiliyyəti, nitq və təcrübi-yaradıcı formalarda məntiqi ardıcıllığı sübut etmək;
• təsirin təcrübi-yaradıcı forması. Bu özünü onda göstərir ki, təşkilatçı başqalarına tapşırdığı işi necə yerinə yetirmək lazım olduğunu göstərir, onu başlayır, ən çətin anlarda özü bu işə qoşulur, şəxsi nümunə nümayiş etdirir;
• öz gücünə inam, işə böyük inam, onun həyata keçirilməsinə inam, nikbinlik və ruh yüksəkliyi;
• həlledici təsir anının düzgün və sürətli seçimi, çətin anlarda cəsarət və qətilik, riskə gedə bilmək qabiliyyəti.

Tələbkarlıq şəxsiyyətin xüsusiyyəti kimi. Özünü aşağıdakı göstəricilərdə əks etdirir:
• tələbləri irəli sürmək cəsarəti;
• tələbkarlığın daimiliyi, onların sabit, qeyri-epizodik xarakteri;
• yaranmış vəziyyətdən, konkret şəraitdən asılı olaraq tələblərin çevikliyi;
• tələblərin sərbəstliyi, onların beyinə yeridilməmiş xarakterdə olması;
• tələblərin qətiyyətliliyi, mübahisəsiz olması;
• tələbləri qoymağın ifadə formalarının müxtəlifliyi, xüsusilə onları zarafat, ağıllı irad, sarkazm kimi çatdırmaq;
• müvəqqəti və ya daimi psixoloji xüsusiyyətlərdən və personalın vəziyyətindən asılı olaraq tələblərin fərdiliyi.
Tənqidiliyin indikatorları aşağıdakılardır:
• tənqidi müşahidəçilik nöqsanları görmək və seçmək bacarığı kimi;
• tənqidiliyin sərbəstliyi;
• tənqidi təhlilin yüngüllüyü;
• tənqidi iradların məntiqiliyi və arqumentliliyi;
• tənqidiliyin düzgünlüyü və cəsarətli olması (şikayət və kritikanlıq olmadan);
• tənqidi iradların dərinliyi və məzmununa görə əhəmiyyətliliyi;
• nöqsanlar, işin vəziyyəti və insanların hərəkəti haqqında tənqidi iradların daimiliyi, qeyri-epizodikliyi (əmma qoymadan, bəhanələr gətirmədən);
• xeyirxahlıq
Təşkilatçılıq fəaliyyətinə meyillilik bacarıqlı təşkilatçının üçüncü qrup spesifik keyfiyyəti kimi «meyillilik» anlayışının özünü xarakterizə edir.
Bu anlayış aşağıdakı təcrübi və eksperimental göstəricilərə malikdir:
• təşkilat fəaliyyətinə öz-özünə, sərbəst qoşulma, bu zaman insan başqalarının təkidi olmadan hər hansı təşkilatçılıq öhdəliklərini öz üzərinə götürür;
• çətin və əlverişsiz şəraitdə başqalarının işi üçün öz üzərinə təşkilatçı rolunu və məsuliyyətini götürmə;
• təşkilatçılıq fəaliyyətinin həyata keçirilməsinə tələbat, heç bir xeyir güdmədən bu işə meyil, onun yerinə yetirilməsinə daim hazır olmaq;
• təşkilatçılıq fəaliyyətinə daxil olmağın təbiiliyi;
• təşkilatçılıq işindən yorulmamaq, bezməmək;
• təşkilatçılıq işinin yerinə yetirilməsi zamanı özünü müsbət emosional hiss etmək (praksik hissiyyat);
• təşkilatçılıq fəaliyyəti olmadıqda zəiflik, darıxma və narazılıq;
• üzdə görünməyi tələb etməyən şəraitdə təşkilatçılıq fəaliyyətini görmək bacarığı.
Liderliyin inkişafı
Liderliyin inkişafı – müvafiq keyfiyyətlərin və vərdişlərin məqsədyönlü formalaşması və dərinləşməsidir. Təşkilatda liderliyin idarə edilməsi probleminin bu aspekti az və ya çox dərəcədə tədris və özünütədris yolu ilə liderlik qabiliyyətlərinin formalaşmasını və inkişaf etdirilməsini nəzərə alır. Liderliyin inkişaf etdirilməsi üçün aşağıdakı prosedurlardan istifadə olunur:
• lider olmaq arzusunun şəxsi motivlərinin (əsaslandırmalar), özündə qətiyyət, üzərinə məsuliyyət götürmək, ümumi məqsədlərin həyata keçirilməsinndə daim ardıcıllıq və qətiyyət, öz gücünə inanmaq, məqsədə nail olmağa inam, entuziazm və s. kimi keyfiyyətlərin hazırlanması. Bu keyfiyyətlər qrupu liderin fəallığının müxtəlif parametrlərini xarakterizə edir. Fərdi özünümotivləşdirmənin prosedurları kifayət qədər müvafiq ədəbiyyatda işlənib hazırlanmışdır və menecment praktikasında geniş istifadə olunur;
• fərdi intellektual və mənəvi liderlik keyfiyyətlərinin inkişaf etdirilməsi. Artıq qismən qeyd edildiyi kimi, bu keyfiyyətlərə hər şeydən əvvəl peşəkar səlahiyyətlilik, saflılıq (düzgünlük, qəbul edilmiş mənəvi normalara riayət edilməsi) aiddir ki, bunlar olmadan nüfuz, inkişaf etmiş intellekt qazanmaq çətin və ya qeyri-mümkündür. Bunlar analitik olmaqda, problemin mahiyyətini açmaqda, ağıl çeıikliyində, qabaqcadan görmə qabiliyyətində, məqsədləri düzgün müəyyən etmək bacarığında təzahür edir.
• liderin sosial səlahiyyətliliyinin və onun qrup üzvlərinə qarşı xeyirxah münasibətinin təmin edilməsi. Bu, ünsiyyət mədəniyyətini, fikirlərini aydın və dəqiq çatdırmağı, əməkdaşlara nəzakətlə qulaq asmağı, iradlar etməyi, məsləhətlər verməyi, diqqətliliyi, başqa insanların ləyaqətlərinə hörmət etməyi, onların qayğı və problemlərini anlamağı, dəstək olmağı və s. nəzərdə tutur;
• vəziyyəti düzgün və tez bir zamanda qiymətləndirmə bacarıq və vərdişlərinin əldə edilməsi, qrupun bütün üzvlərinin xüsusiyyətlərini, maraqlarını, sorğularını və ümidlərini bilmək və nəzərə almaq. Bu ideya Amerikanın Milli Qadınlar Təşkilatının liderliyin inkişafı üzrə tövsiyələrində kifayət qədər aydın ifadə olunmuşdur: «Liderlik elə proses deyil ki, bu prosesin gedişatında siz işləmək istədiyiniz kişi və qadınları seçirsiniz və qalanlardan azad olursunuz. Bundan əlavə, sizin susmağa məcbur etdiyiniz adamlar sizə artıq inanmayacaq. Çalışın hamını bu işə qoşun!» Liderlik üçün vəziyyətin, öz qüvvəsinin və qrupun imkanlarının düzgün qiymətləndirilməsi də az əhəmiyyətli deyil. Bunlar olmadan qrupun fəaliyyətinin uğurları qeyri-mümkündür. Təkrarlanan uğursuzluqlar adətən liderə inamın itirilməsinə səbəb olur.
Liderlik qabiliyyətlərinin diaqnostikası
Liderlik mütəxəssisləri belə hesab edirlər ki, liderləri təkcə top-menecmentin yüksək səviyyəsində deyil, həm də işgüzar fəallığın bütün səviyyələrində tapmaq olar. Yaxşı liderlər adətən dəyərlərin ümumi kompleksinə daxildir ki, bunlara «ədalət, bərabərlik, qərəzsizlik, bütövlülük, düzgünlük, etimad» daxildir. Hər bir insan liderliyə özünün və ya başqasının iddiasını aşabıdakı meyarlarla müəyyən edə bilər:
• fasiləsiz təkmilləşmə. Siz özünüzü təkmilləşdirmək üçün yollar axtarırsınız – oxuyur, suallar verir, əlavə tədris kursu keçirsiniz. S.Kovinin fikrincə, əksəriyyət insanlar üçün özündə fasiləsiz təkmilləşmək ruhunu tərbiyə etmək deyil, dünənki biliklərlə məhdudlaşmaq meyli xarakterikdir. Lakin əgər siz özünüz özünüzü təkmilləşdirmirsinizsə, sizə bu işlə məşğul olmaq çətin olacaq;
• başqalarına xidmət oriyentasiyası. Siz qazandıqlarınızdan asılı olmayaraq özünüzü başqalarına xidmət etməyə yönəldirsiniz. Başqa sözlə, siz özünüzdən özünüzə deyil, başqalarına nə lazım olduğunu soruşursunuz.
• müsbət enerji, xeyirxahlıq, mənfi enerjidən və münaqişəli hadisələrdən uzaqlaşmaq;
• başqalarına inam. Siz onları müdafiə edir, onlara dəyər verir, xeyirxahlıqlarını və potensial imkanları görürsünüz;
• vaxtın və qüvvələrin səmərəli bölüşdürülməsi. Siz öz həyatınızı iş, ev və cəmiyyət arasında optimal bölüşdürməyə çalışırsınız;
• daxili inam, nikbinlik, hadisələrə sağlam baxış, həyatın əyləncə kimi qəbul edilməsi;
• özünütənqid, tolerantlıq (dözüm), başqalarının nailiyyətlərinin və onların özünüifadəsinin bərabər hüququnu qəbul etmək. Siz fərqləri qiymətləndirirsiniz. Başa düşürsünüz ki, sizin metod «yeganə düzgün» ola bilməz və yeni alternativlər axtarırsınız;
• fiziki salğamlığın, intellektual və mənəvi inkişafın qayğısına qalmaq. Siz sağlamlığınızı qorumaq üçün müəyyən hərəkətlər, intellektinizi qorumaq üçün mütaliə edir, mənəvi inkişaf üçün meditasiyalar edirsiniz – dualar edir, hər şeydən tam imtina etməklə nəyə isə özünüzü hazırlayır, fikrinizi cəmləşdirir, yalnız ilham gətirən şeylər barədə düşünürsünüz.



Kişilik ve Liderlik kavramları günümüzde gizemini korumaya devam etmekte, çoğu araştırmada bir fenomen olduğu vurgulanmaktadır. Bu fenomenlik durumunun albenisinin yanında Türkçe literatürde liderlik ve kişilik konularını ilişkilendirerek inceleyen araştırma ve kitapların sayısının kısıtlı olması bu kitabın hazırlanmasında teşvik edici rol üstlenmiştir. İnceleme iki başlık altında toplanmıştır. Birinci bölümde kişilik, onu oluşturan faktörler, yönleri, katmanları ve özellikleri detaylı olarak ele alınmış, konu kişilik tespitinde kullanılan teknikler başlığıyla sonlandırılmıştır. Bu kısım lidere yönetimi altında çalışanları betimleme yollarını göstermekte ve onların kişiliklerini tespit tekniklerini sunmaktadır. İkinci bölüm kişilik ve liderlik bağıntısını; yönetsel motivasyon, örgütsel stres ve kişilik ile lider davranışı ve kişilik ilişkisi bağlamında ele almakta, liderlik ve kişilik ilişkisini liderlik tanımı ve teorileriyle açmaktadır. Bu içerik ışığında denilebilir ki Yönetsel açıdan Kişilik ve Liderlik, İnsan kaynağı yönetiminde iki önemli boyuttur. Bu boyutlar çalışmanın genelinde Liderlik kuramlarının aradığı yeni çıkış yolları ve buna kişilik kuramlarının katkısı ile Nasıl lider olunur? Sorusuna cevap bulma noktasında okuyucu ve araştırmacılara açıklayıcı perspektifler sunmaktadır. Bunun dışında yine Yönetsel açıdan gereksinin duyulan liderlik davranışları geliştirmede, liderliği kişilikten ayrı değerlendirmediği için yol gösterici olacaktır.
http://www.psixomer.com/
Məktəb direktoru necə olmalıdır?

Avstraliyada məktəb direktorunun peşə standartı


Müasir məktəb direktoru necə olmalıdır? Dünyanın ən yaxşı təhsil sistemlərindən olan Avstraliyada hazırlanmış məktəb direktorunun peşə standartı bu suala cavab tapmağa kömək edərdi. Oxuculara da maraqlı olacağını düşünərək məktəb direktorunun peşə standartının Avstraliya təcrübəsini onların diqqətinə çatdırırıq.
Avstraliyada məktəb direktorunun peşə standartı onun fəaliyyətinə dair 5 sahə və 3 əsas istiqaməti özündə cəmləşdirən inteqrasiya olunmuş modeli əks etdirir. Oxuculara çatdırmaq maraqlı olardı ki, məktəb direktorunun fəaliyyəti 2 böyük sahəyə ayrılır, buraya özündə müəyyən missiyaları, məqsədləri, məktəbin dəyərlərini təcəssüm etdirən məktəbə rəhbərlik (liderlik) və məktəbin cari fəaliyyətinin təşkilini nəzərdə tutan menecment (müəllimlər arasında dərs yükünün bölüşdürülməsi, müxtəlif resurslardan istifadə, valideynlər və ictimaiyyətlə iş) daxildir.
Giriş. Avstraliyada məktəb direktorunun peşə standartı bu ölkənin təhsil sistemi işçiləri və mütəxəssisləri ilə məsləhətləşmələrdən sonra Təhsilin İdarə Olunması İnstitutu tərəfindən təhsil müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsi və idarəetmənin yaxşılaşdırılması məqsədi ilə işlənib hazırlanıb. Bu institut Avstraliya hökuməti tərəfindən maliyyələşdirilir. Standart müəyyən edir ki, direktorlar öz işlərində uğur əldə etməyin vacibliyini başa düşməli və buna nail olmağı bacarmalıdırlar. Standart 2011-ci ilin fevral-may aylarında ölkənin ümumtəhsil müəssisələrində sınaqdan keçirilib. Sınaq gedişində standartın səmərəliliyi, faydası, dəyəri yoxlanılıb və əldə olunan nəticələr son variantda nəzərə alınıb. Bu ümummilli standartın məzmunu regionlarda mövcud olmuş əvvəlki 50 standartın modelini nəzərə alır. Yeni standart ölkənin bütün regionlarında və məktəblərində istifadə üçün əsas hesab olunur.
Standartın məqsədi. Standart məktəb direktorunun rolunun müəyyən olunması, ölkədə vahid yanaşmanın tətbiqi, məktəbdə direktorun işinin əks etdirilməsi və şagirdlərin uğur səviyyəsinin yüksəldilməsi məqsədilə məktəbin keyfiyyətli idarə olunması funksiyasının müəyyən edilməsi üçün hazırlanıb. Sənəd peşəkar direktorların məktəb həyatına cəlb olunmasının dəstəklənməsi və onların peşəkarlığının artırılması aləti kimi çıxış edir. Bu dərin məzmunlu standartdır, o, özündə tədris prosesinin idarə olunmasında istifadə oluna biləcək aşağıdakı informasiyaları cəmləşdirir:
- peşəkarlığın artırılmasının əsası kimi;
- öz işinin nəticələrinin təhlili, korrektə olunması və peşəkar inkişafa rəhbərlik üzrə;
- özünün və digər insanların idarə olunmasına rəhbərlik.
Standartın gücü onun peşəkar cəmiyyət tərəfindən tanınması ilə bağlıdır. Standart direktora öz işinin və peşəkar inkişafının təhlilini aparmağa imkan verir.
Məktəb direktorunun aparıcı rolu. XXI əsrdə məktəb direktorunun rolu cəmiyyətimizdə ən vacib rollardan biridir. Direktor gələcəyin yaradılmasında iştirak edir. Uşaq və yeniyetmələrin inkişafı, onların uğurlu şagird, özünəinamlı yaradıcı şəxsiyyət və fəal məlumatlı vətəndaş kimi formalaşmasında məsuliyyət onun üzərinə düşür.
Direktorlar inanmalıdırlar ki, təhsil bu gün və gələcəkdə cəmiyyətin və insanların həyatını dəyişə bilər.
Direktorlar məktəblərdə tədris prosesində aparıcı mövqelərdə durur. Onlar təhsil ideyasını inkişaf etdirmək üçün şagirdləri, müəllim və valideynləri öz arxasınca aparırlar.
Direktorlar bütün şagirdlərin yaxşı təhsil nəticələri almasını təmin etmək üçün vətəndaşların geniş əhatə dairəsi ilə əməkdaşlıq edirlər. Onlar məharətlə müəllimlər arasında əməkdaşlıq mühiti yaradır və dəstəkləyirlər.
Direktorlar yaradıcı və innovativ həllərin axtarışında həmkarları ilə əməkdaşlıq etməyi, bütün şagirdlərin keyfiyyətli nəticələr əldə etməsi üçün mürəkkəb, qeyri-müəyyən, problemli situasiyalarda işləməyi bacarmalıdırlar.
Standart həm də direktorların öz işlərində səmərəli nəticələrə nail olmaları üçün nələri bilməli, dərk etməli və yerinə yetirməli olması kimi tələbləri müəyyənləşdirir. Bu isə direktorlardan aşağıdakı sahələrdə böyük fədakarlıq tələb edir:
- Bütün səviyyələrdə müxtəlif yaşlı şagirdlərin təlim nailiyyətlərinin yüksəldilməsi;
- Hamı üçün bərabər və yüksək keyfiyyətli təhsil şəraitinin təmin edilməsi;
- Keyfiyyətli tədrisə imkan yaradan şəraitin yaradılması;
- Təhsil sahəsində dövlət siyasətinin və cəmiyyətin gözləntilərinin həyata keçirilməsi;
- Yerli, ümummilli və beynəlxalq səviyyədə XXI əsrin təhsil sisteminin təkmilləşdirilməsində iştirak etmək.
Standartın özəyi olan direktor üçün tələblər aşağıdakı prinsiplərə əsaslanır:
-Direktor öz işində təhsil prosesinə yanaşmaların və Avstraliya məktəblərinin müxtəlifliyini nəzərə almalıdır.
- Liderlərin qabiliyyət və bacarıqları ixtisaslar üzrə iş təcrübəsinin toplanması ilə inkişaf edir.
- Direktorun məktəbə rəhbərlik üzrə öz missiyasını həyata keçirmək sahəsində funksiyaları bütün əməkdaşlar arasında bölünməlidir. Məktəb qarşısında duran məqsədlərə nail olmaq üçün bütün işlər təhsil ocağının kollektivinin iştirakı ilə direktorun rəhbərliyi altında görülməlidir.
- Demək olar ki, bütün uğurlu liderlər eyni idarəetmə sxemindən istifadə edirlər. Məktəbə rəhbərlik işində effektivliyə nail olunmasının müxtəlif yolları təhsil dərəcələri və şəxsi keyfiyyətlərin müxtəlifliyi ilə izah olunur.
Direktorın iş şəraiti. Məktəb direktoru mürəkkəb, dəyişkən, tam problemli şəraitdə müasir məktəbə rəhbərlik etməklə və daima gələcəkdə təhsil sahəsinə irəli sürüləcək tələbləri diqqətdə saxlamaqla işləyir.
Yerli ictimaiyyətin və hər bir məktəbin iş şəraitinin unikallığı. Bütün məktəblər konkret sosial və coğrafi şəraitdə, yerli əhalinin mədəniyyəti, tarixi, mentaliteti, dəyərləri nəzərə alınmaqla, bütün şagirdlər üçün uğurlu bərabər təhsil imkanlarının təmin olunması ilə işləyir.
Avstraliya: hamı üçün təhsil. Direktorlar yerli əhalinin ənənəvi hüquqlarının, inanc və mədəniyyətinin öyrənilməsi və öyrədilməsi məqsədilə məktəbin təhsil birliyinin üzvləri ilə birgə işləməyə borcludur. Avstraliyada istər yerli əhalinin, istərsə də multikonfessiyalar və polimədəniyyətlərin yaşadığı regionlarda, iri şəhərlərdə, kənd yerlərində, uzaq rayonlarda bütün şagirdlər yaradıcı, təhsilli, fəal və özünəinamlı vətəndaşlar kimi yetişmək üçün təhsil almaq hüququna malikdirlər. Bu hüquqlara, eləcə də sağlamlıq imkanları məhdud olan şagirdlər və risk qrupuna aid uşaqlar da malikdir.
Qloballaşma: İqtisadiyyat və cəmiyyət. Müasir, sürətlə dəyişən dünyada bütün insanlar daha çox bir-biri ilə bağlı və bir-birindən asılı vəziyyətdə olurlar. Təhsil XXI əsrdə uğurlu vətəndaş olmaq üçün bütün insanlarda bilik, anlama, bacarıq və dəyərlərin formalaşmasında əsas və vacib yer tutur. Bir-biri ilə əlaqəli yerli, ümummilli və beynəlxalq şərait - bu, məktəb direktorlarının işlədiyi kontekstdir.
Avstraliyada məktəb direktorunun peşə standartı. Standartda direktorun gündəlik işinin (menecment) təşkili və məktəbə rəhbərliyi (liderliyi) üzrə verilən tələblər təsbit edilib. Standart bütün liderlərin ümumi keyfiyyətlərə malik olduğunu əks etdirən, özünü məktəb direktorunun fəaliyyətinə verilən 3 tələb kimi formulə olunmuş inteqrasiya modelidir.
Məktəb direktorları öz peşəkar fəaliyyətinin 5 sahəsində bu tələblərə istinad etməlidir.
Standartda məktəb direktorunun işləməli olduğu mürəkkəb, dəyişkən şərait, eləcə də onun gündəlik praktik fəaliyyətdə üzləşdiyi müxtəlif situasiyalar nəzərə alınıb. Məktəb direktorları standartda əks olunmuş modelə əsasən zəif və güclü tərəflərini müəyyən etmək üçün öz bilik, bacarıq, idarəetmə keyfiyyətləri və təcrübələrini müqayisə edə bilərlər. Bu hamı üçün məhz vahid sənəd, ümumu standartdır, çünki o, əslində direktorun qarşısında duran məqsəd və vəzifələri bütün mürəkkəbliyi ilə ümumiləşdirir. Standartın tələbləri iş şəraiti və təcrübəsindən asılı olmayaraq bütün direktorlara tətbiq oluna bilər.
Məktəb direktorlarını standartın konkret aspektləri, onların iş şəraiti, ixtisas və iş təcrübəsi üzrə fərqləndirmək mümkün olacaq.
Standart liderə (direktor) qarşı üç tələb irəli sürür:
* Onların təhsilin dəyər və məqsədlərini dərk etmələri;
* Peşəkar biliklərinin yüksək səviyyəsi;
* Şəxsi keyfiyyətlər, sosial bacarıq və şəxsiyyətlərarası ünsiyyət vərdişləri.
Bu tələblər beş əsas peşəkar sahədə həyata keçirilir:
* Tədris prosesinə rəhbərlik;
* Özünün və tabeliyində olanların peşəkar inkişafı;
* İnnovasiyaların tətbiqi və liderlik məktəbinin təkmilləşdirilməsi;
* Məktəbin idarə olunmasında liderlik;
* Məktəbin idarə olunması işinə ictimaiyyətin cəlb olunması.
Məktəb direktorunun peşə standartı - inteqrasiya olunmuş model. Məktəb idarəçiliyinin yüksək səviyyəsi. Standartda məktəb rəhbərliyinə olan tələblərin ayrıca yazılmasına baxmayaraq, onların qarşılıqlı surətdə bir-biri ilə bağlı olduğunu, bir-birindən asılı olduğunu və eyni dərəcədə vacib olduğunu qeyd etmək lazımdır. Onların necə tətbiq olunması isə məktəb direktorunun konkret iş şəraitindən asılıdır. Rəhbərlərə qarşı tələblər bütün peşəkar sahələrdə mövcuddur. Onlar arasında fərq iş şəraiti və kontekstdən asılıdır. Məktəb direktoru vəzifəsini tutmaq istəyən, eləcə də fəaliyyət göstərən direktorlar üçün vahid standartda əksini tapmış tələblərin praktikada necə tətbiq olunmasını özləri üçün müəyyən etmək zərurəti mövcuddur.
Məktəb direktoruna qarşı 3 başlıca tələb. Direktor məktəbə rəhbərliyi (lider olmaq) və menecmenti (məktəbin gündəlik həyatı ilə məşğul olmaq) həyata keçirməlidir. Rəhbərliyin (liderlik) həyata keçirilməsi məktəb qarşısında duran bütün hədəflərin direktor tərəfindən aydın başa düşülməsi, problemlərin aşkarlanması və onların həlli, innovasiyaların tətbiqi və məsuliyyəti öz üzərinə götürmək deməkdir. Menecment ortaya çıxan problemlərin sayını azaltmağa imkan verən sistemli yanaşmanı, təhsil xidmətlərinin göstərilməsində proqnozlaşdırmanı və davamlılığı nəzərdə tutur.
Direktor aşağıdakılar əsasında məktəbə rəhbərliyi və menecmenti həyata keçirir:
- Dəyər və məqsədlərin anlaşılması;
- Tədris proseslərini dərindən anlaması və bilməsi;
- Şəxsi keyfiyyətlər, sosial bacarıqlar və şəxsiyyətlərarası ünsiyyət vərdişləri.
Bütün bunlar məktəb rəhbərinə qarşı üç əsas tələbi təşkil edir.
1. Dəyər və məqsədləri anlama. Direktor öz məktəbində tədris proseslərinin məqsədli inkişafına rəhbərlik edir. O, demokratik dəyərləri, ədalət prinsipini, etik davranış normalarını, fasiləsiz təhsilin vəzifələrini əldə əsas tutaraq özünü böyüməkdə olan nəslin təlim-tərbiyəsinə həsr edir. Məktəb direktoru təhsil prosesinin müxtəlif iştirakçıları arasında lider, vasitəçidir və yerli ictimaiyyətin maraqlarına xidmət edir. Bu özünü direktorun məktəbdə həyata keçirdiyi strateji məqsədlərdə, məktəb mədəniyyəti, ənənələri və müsbət ab-havada göstərir. Direktor məktəbdə tədrisin yüksək səviyyədə dəstəklənməsinə nəzarət edir və məktəb həyatında qarşılıqlı hörmət mühitinin yaradılmasına xidmət edir.
- Məktəb direktoru özünün peşəkar fəaliyyətində ömürboyu təhsil prinsipini dəstəkləyir, şagirdlər, müəllimlər, valideynlər və ictimaiyyət ilə birlikdə qarşılıqlı olaraq onun həyata keçməsinə çalışır.
- Məktəb direktoru təhsil prosesinin bütün iştirakçılarının təhsilin yüksək keyfiyyətinə can atması üçün şagirdlər, müəllimlər, valideynlər və ictimaiyyət arasında motivasiyanın yüksəlməsinə çalışır.
- Məktəb direktoru yüksək mənəvi, əxlaqi davranış nümayiş etdirməlidir. O, məktəb həyatının təşkilində yüksək etik dəyərləri rəhbər tutur. O, özündə fəal vətəndaş mövqeyini əks etdirən demokratik dəyərlərə əsaslanır.
2. Tədris proseslərini dərindən anlamaq və bilmək. Məktəb direktorları müasir idarəetmə nəzəriyyəsi və praktikası ilə yaxşı tanışdır və rəhbərlik etdikləri məktəblərin işinin yaxşılaşdırılması üçün öz biliklərini tətbiq edirlər.
Məktəb direktorları müasir elmi-pedaqoji tədqiqatlar, o cümlədən təhsilin məzmunu və metodları, şagird nailiyyətlərinin qiymətləndirilməsi və hesabatlılıq sahəsində sərbəst surətdə baş çıxarırlar.
Onlar təhsil sahəsində dövlət siyasətinin əsas istiqamətləri, istər federal, istərsə də ştatlar üzrə qanunvericiliyin əsas müddəaları barədə yaxşı məlumatlıdırlar. Onlar uşaqların sağlamlığı və təhlükəsizliyi, insan resurslarının idarə edilməsi, maliyyə və hesabatlılıq, ümumiyyətlə, yerli əhalinin və cəmiyyətin tələbatına dair qanunvericiliyin və dövlət siyasətinin tələbləri kimi problemlərin əhəmiyyətini başa düşürlər.
- Direktorlar uşaqların inkişafi və tədrisi üzrə pedaqoji elmin müasir nailiyyətlərindən xəbərdar olmalı və məktəbin şagirdlərinin tələbatına uyğun olaraq tədqiqatların nəticələrini necə tətbiq etməyi bilməlidirlər. Buradan da məktəbin nailiyyətlərinin artırılması üçün təhsil ocağının idarəçiliyində dəyişikliklər edilməsi zərurəti ortaya çıxır.
- Məktəb direktorları öz məktəblərində tədrisin keyfiyyətinin yaxşılaşdırılması üçün təhsil siyasətində baş verən dəyişikliklər, həmçinin ətraf mühitin mühafizəsi və sosial siyasətdəki tendensiyalarla bağlı bilikləri öz məktəblərində tətbiq edirlər. Öz işlərində direktorlar məktəb şuraları, idarəedici şuralar və başqa qurumlara istinad edirlər.
- Direktorlar təhsil ocağının gündəlik işinin və strateji idarəetmənin təmin olunması üçün məktəbin təşkili və rəhbərliyi prinsipi üzrə öz biliklərini tətbiq edir.
3. Şəxsi keyfiyyətlər, sosial bacarıqlar və şəxsiyyətlərarası ünsiyyət vərdişləri. Bu tələb özündə emosional keyfiyyətləri, məktəb həyatının təşkili və kollektivə rəhbərlikdə özünə əminliyi əks etdirir. Direktorlar mütəmadi olaraq öz kollektivinin fəaliyyətini yoxlayır, situasiyadan asılı olaraq məktəbin idarəetmə üslubunda lazımi dəyişikliklər edirlər. Öz nüfuzundan, sosial bacarıqlarından istifadə etməklə onlar münaqişələri daha səmərəli həll etməyə çalışırlar. Onlar məktəb kollektivində etimad mühiti, tədris prosesində müəllimlər və şagirdlər arasında müsbət ab-hava yaratmağa qabildirlər.
- Direktor həm şəxsən, həm də həmkarlarının iştirakı ilə yaranmış problemi dəqiq müəyyən edə və onun müsbət həlli yollarını tapa bilər. Direktorlar onların müdaxiləsinin nə zaman tələb olunduğunu başa düşür və mümkün informasiyaların köməyi ilə öz qərarlarını qəbul etməyi və əməkdaşlarının nəzərinə çatdırmağı bacarırlar.
- Direktorlar səmərəli ünsiyyət qurmağı, təhsil birliyinin üzvlərini də əməkdaşlığa inandırmağı və buna cəlb etməyi bacarır. Onlar həmkarlarının fikirlərini dinləməyi, onları istiqamətləndirməyi, mübahisəli vəziyyətə birmənalı qiymət verməyi, əks-əlaqəni təmin etməyi bacarırlar.
- Direktorlar işləməli olduqları sosial, siyasi və yerli şəraiti nəzərə alırlar. Onlar daim öz kommunikativ vərdiş və inandırmaq bacarıqlarını təkmilləşdirirlər.
Məktəb direktorunun 5 fəaliyyət sahəsi. Məktəbə rəhbərliklə bağlı tələblərlə yanaşı, bütün liderlər üçün ümumi olan, məktəb direktorlarının spesifik işilə əlaqəli 5 peşəkar fəaliyyət sahəsi mövcuddur:
1. Tədris prosesinə rəhbərlik.
2. Peşəkar inkişaf (kollektiv üzvlərinin və özünün).
3. Məktəbin təkmilləşdirilməsində liderlik və innovasiyaların tətbiqi.
4. Məktəbin işinin təşkilində liderlik.
5. Öz işinə ictimaiyyətin cəlb olunması.
Fəaliyyətin bu növləri planlaşdırma və onun yerinə yetirilməsi, iş gedişində vəziyyətin təhlili və zərurət yarandığı təqdirdə planın korrektə edilməsi yolu ilə həyata keçirilir. Peşəkar fəaliyyətin idarəetmə modeli dövri xarakter daşıyır. Əgər bir mərhələ başa çatırsa, o yenidən (planlaşdırma, vəziyyətin təhlili və dəyişikliklər planının korrektəsi) təkrarlanır.
Planın tərtibi və onun reallaşdırılması. Konkret vəziyyətin qiymətləndirilməsi, planın işlənib hazırlanması, ehtiyatların bölüşdürülməsi, məktəbin dəyər və məqsədlərinə uyğun olaraq planın həyata keçirilməsi.
Nəticələrin təhlili. Məlumatların toplanması və təhlili, qərarların qəbul edilməsi.
Planın korrektə edilməsi. Planın necə həyata keçirilməsinin qiymətləndirilməsi, qərarların qəbulu prosedurunda və ya planda lazımi dəyişikliklərin edilməsi.
Məktəb direktoru planlaşdırma, planın həyata keçirilməsi, nəticələrin təhlili və planda düzəlişlərin aparılmasında kollektivin üzvləri ilə sıx əməkdaşlıq edir.
1. Tədris prosesinə rəhbərlik. Direktor öz məktəbində müsbət ab-hava yaradır və tədrisin effektiv üsullarının axtarışında məktəb kollektivinə kömək edir ki, bu da məktəbdən sonra təhsillərini davam etdirməyi planlaşdıran şagirdlərin həvəsini artırır. Direktorun vəzifəsi - effektiv tədris mədəniyyətini inkişaf etdirmək, tədrisin keyfiyyətinə rəhbərlik etmək, həmçinin şagirdlərin inkişafını və yüksək müvəffəqiyyət səviyyəsini təmin etməkdir. O, birgə planlaşdırma, eləcə də tədris nəticələrinin təhlili və onlara nəzarət yolu ilə təhsil prosesinin bütün iştirakçıları üçün ən yüksək gözləntilər həddi müəyyən edir.
Direktor məktəbin özünüidarəçiliyində şagirdlərin fəal iştirakını təşviq edərək onların davranışları və davamiyyəti üçün yüksək tələblər müəyyən edir.
Planın tərtib edilməsi və onun reallaşdırılması. Strateji planlaşdırmada tədris prosesini birinci yerdə qoymaq; əmin olmaq ki, çeşidli və çevik təlim proqramları tədrisə yaradıcı yanaşmalar və səmərəli təlim mühiti ilə dəstəklənir. Təlim prosesində strateji planlaşdırmanı həyata keçirmək. Məktəbi təkcə şagirdlər üçün deyil, eləcə də onların ailələri və yerli icma üçün təhsil mərkəzinə çevirmək üçün təhsilə bərabər çıxış imkanlarını təmin edən təhsil strategiyalarının işlənib hazırlanması.
Nəticələrin təhlili. Hər bir uşağın inkişafını təmin etmək üçün məlumatlar, normativ baza və müşahidənin istifadə olunduğu effektiv tədris metodları və qiymətləndirməni tətbiq etmək. Bütün məktəb çərçivəsində hər bir şagirdin müvəffəqiyyət dərəcəsinə görə ardıcıl və fasiləsiz nəzarəti təmin etmək.
Planın korrektə edilməsi. Təhsilin bütün səviyyələrində vicdanlı münasibəti qeyd etmək və bütün vicdansız yanaşma ilə mübarizə aparmaq. Tədris prosesinə düzəlişlər gətirən və uşaqların müvəffəqiyyət səviyyəsinə reaksiya bildirən müəllimlərin səmərəli işini dəstəkləmək. Direktor məsuliyyətin bölüşdürülməsi strategiyasının tətbiqinə imkan yaradır ki, bu da bütün şagirdlərə fəal olmağa və təhsildə öz imkanlarını maksimum açmağa imkan verir.
2. Peşəkar inkişaf (kollektiv üzvlərinin və özünün). Direktor tədris prosesinin yaxşılaşdırılmasını hədəf götürən peşəkar birliyin yaradılması üzrə həmkarları ilə birgə işləyir. Kollektivə rəhbərlik etməklə daim ixtisasın artırılması və əks -əlaqənin qurulmasına xidmət göstərir, yüksək peşəkarlıq standartları əldə etmələri və liderlik keyfiyyətlərinin inkişafında bütün müəllimlərə dəstək göstərir. Direktor öz qabiliyyətlərini maksimum inkişaf etdirmələrində müəllimlərə dəstək göstərir, onların hər birinə qarşı eyni dərəcədə ədalətlidir və onlara hörmətlə yanaşır. O, səmərəli liderlik keyfiyyətləri nümayiş etdirir, daim özünütəhsillə məşğul olur, bütün çətinlikləri ilə şəxsi və rəhbərlik keyfiyyətlərinə olan tələblərə uyğun olmaq üçün öz sağlamlığının qeydinə qalır.
Planın tərtibi və onun reallaşdırılması. Kollektiv üzvlərinin fəaliyyətini səmərəli planlaşdırmaq, bölmək və qiymətləndirmək, öz funksiya və vəzifələrinin yerinə yetirilməsini dəqiq ifadə etmək və yoxlamaq. Effektiv strategiya və pedaqoji kollektivin ixtisasartırma və peşəkar inkişafı prosedurunu tətbiq və nəzarət etmək. Öz qarşısında şəxsi vəzifələr qoymaq və onların həyata keçirilməsinə görə məsuliyyət daşımaq.
İşin gedişi və nəticələrin təhlili. Müəllimlərin fəaliyyətini təhlil etmək və qiymətləndirmək, işdə daha yüksək nəticələr qazanmaq məqsədilə rəhbərlik sistemi yaratmaq. Öz işlərinin nəticələrini mütəmadi təhlil etmək. Kollektiv üzvlərinin fərdi fəaliyyətinə qoyulan tələblərin aydın şəkildə ifadə edilməsinə, başa düşülən olmasına və qəbuluna nail olmaq.
Planın korrektə edilməsi. Bütün kollektivin və ayrı-ayrı müəllimlərin nailiyyətlərini qeyd etmək.
Kollektiv üzvlərinin liderlik keyfiyyətlərini inkişaf etdirməklə kreativlik təzahürlərinin və etimad mühitinin yaradılmasına xidmət göstərmək, məqsədli qruplar və əməkdaşlıq mühiti formalaşdırmaqla məktəbin qarşısına qoyduğu məqsədlərə çatmaq və pedaqoqların peşə inkişafına nail olmaq. İstedadları aşkara çıxarmaq, qarşıya qoyulmuş vəzifələrin və problemlərin həllində müxtəlif yanaşmaları dəstəkləmək. Məktəb kollektivi üzvlərinin fəaliyyətinin qənaətbəxş olduğu halda müvafiq tədbirlər görmək.
3. Məktəbin təkmilləşdirilməsində liderlik və innovasiyaların tətbiqi. Direktor məktəbdə tədris prosesinin inkişafı və yaxşılaşdırılması üzrə aydın planların yaradılması zamanı həmkarları ilə vəziyyətin təhlilinə əsaslanan sıx əməkdaşlıq edir. O dərk edir ki, onun işinin ən vacib hissəsi - məqsədlərə nail olmaq və məktəbin strateji planının həyata keçirilməsi üçün innovasiyaların tətbiqi və dəyişikliklər etməkdir.
Planın tərtib olunması və reallaşdırılması. Müxtəlif tədqiqatların nəticələrinə əsaslanaraq məktəb kollektivi ilə birlikdə təhsil ocağının işini təkmilləşdirmək. Həmkarlarının köməyinə arxalanaraq, dəyişən tələbləri və məktəbin gözləntilərini nəzərə almaqla innovasiyaların tətbiqini və vaxtı çatmış dəyişikliklərin aparılmasını təmin etmək; məqsədlərə nail olunmasının səmərəliliyinin yüksəldilməsi üçün layihələrdən istifadə etmək. Yeni texnologiyaların tədris prosesinə tətbiqində strateji rolu öz üzərinə götürmək.
Nəticələrin təhlili. İnnovasiyaların effektivliyini və edilən dəyişikliklərin səmərəliliyini aşkara çıxarmaq üçün tətbiq olunan strategiyaların təhlilinin yüksək səviyyəsini təmin etmək. Məktəbin gələcəyi ilə bağlı bütün gözləntilərin bütün kollektiv tərəfindən eyni şəkildə anlaşılması, dəstəklənməsi və həyata keçirilməsinə nail olmaq.
Planın korrektə edilməsi. Həmkarlarını öz planlarına cəlb etmək, onların yaradıcı yanaşmasını, innovasiyalara can atmasını, tədris prosesinin keyfiyyətinin yüksəldilməsi üçün yeni texnologiyalar və innovasiyaların tətbiqini dəstəkləmək. Strateji planlaşdırma, yaradıcı yanaşma və problemlərin həlli prinsiplərindən yararlanmaqla məktəb həyatının daim yaxşılaşdırılmasında şəxsən maraqlı olduğunu nümayiş etdirmək. Öz fəaliyyətində başçılıq etdiyi məktəbin vəziyyəti və inkişaf perspektivlərini nəzərə alan rəhbərlik üslubuna düzgün riayət olunması.
4. Məktəbin işinin təşkilində liderlik. Məktəbin resurslarının səmərəli istifadə olunması, müəllim heyətinin isə öz işində çətinlik hiss etməməsi, effektiv və təhlükəsiz iş şəraitinin, həmçinin maliyyə vəsaitlərindən səmərəli istifadənin təmin olunması üçün direktor məktəbin qiymətləndirilməsinin bir sıra metod və texnologiyalarından istifadə edir. Bu isə özündə məktəb kollektivinin üzvlərinə bir sıra səlahiyyətlərin verilməsi və onların fəaliyyəti üzərində ciddi nəzarətin həyata keçirilməsini cəmləşdirir.
Direktor əməkdaşlarının fəaliyyətinin şəffaflığına olan tələblərin onlar tərəfindən anlayışla qarşılanmasına nail olmalıdır. O, məktəb şurası, idarəedici şura, valideynlər və ictimaiyyətlə effektiv əməkdaşlığa əsaslanaraq məktəb həyatını daha uğurlu etməyə çalışır. Direktor məktəb işinin təşkilində səmərəli peşəkar yanaşmalardan istifadə edir. Bu isə özündə məktəb kollektivinin üzvlərinə bir sıra səlahiyyətlərin verilməsi və onların fəaliyyəti üzərində ciddi nəzarətin həyata keçirilməsini cəmləşdirir.
Planın tərtib edilməsi və onun reallaşdırılması. Məktəb şurası və idarəetmə orqanları tərəfindən təsdiq edilmiş proqram çərçivəsində tədris prosesinin səmərəliliyini dəstəkləmək üçün zəruri olan maliyyə vəsaitlərini xərcləmək. Ayrılmış büdcənin məktəbin prioritetlərinin dəstəklənməsi üçün istifadə olunmasına nail olmaq. Məktəbin dəyərlərini əks etdirən və qanunvericiliyin tələblərinə müvafiq olaraq sistemin və idarəetmə prosesinin effektivliyinə uyğun olaraq təşkilati struktur yaratmaq.
Nəticələrin təhlili. Məktəb siyasətinin və strateji planların büdcə çərçivəsində reallaşdırılması üçün resurslardan isifadə işinin və əməkdaşların fəaliyyətinin effektivliyini qiymətləndirmək və nəzarət etmək. Bütün mövcud resursların keyfiyyətini daim nəzarətdə saxlamaq. Şagird nailiyyətlərinin və tədris prosesinin keyfiyyətinin artırılması üçün resurslardan istifadənin səmərəliliyini qiymətləndirmək.
Planın korrektə edilməsi. Məktəbin qarşısında qoyduğu prioritetlərə və təhsil hədəflərinə nail olmaq üçün təhsil ocağının insani, maddi və tədris resurslarını səmərəli idarə etmək.
Müəllimləri məktəbə cəlb etmək və onları dəstəkləmək, təhsil ocağı qarşısında duran məqsədlərə çatmaq üçün müəllimlərin dərs yükünü onlar arasında bölmək.
5. Öz işinə ictimaiyyətin cəlb olunması. Direktor inklüzivlik prinsiplərinə əsaslanır, yerli ictimaiyyətin və təhsil sisteminin imkanlarının müxtəlifliyi və zənginliyini nəzərə alan yüksək gözləntilər mədəniyyətini yaradır. O, şagirdlərlə, onların ailələri və yerli ictimaiyyətlə müsbət əməkdaşlığı inkişaf etdirir.
Direktor şagirdlərin sağlamlığı və onların intellektual, mədəni, mənəvi, sosial inkişafı üçün diqqət və qarşılıqlı hörmət mühiti yaradır, uşaqların məktəbəqədər yaş dövründən başlayaraq yetkinlik dövrünə qədər fasiləsiz təhsil prinsipini dəstəkləyir. Direktor Avstraliya xalqının polimədəni təbiətini nəzərə alır. Direktor yerli əhalinin nümayəndələrinin başa düşülməsinə kömək edir. O, məktəbin şagirdlərinin bütün dil və mədəni resurslarının zənginliyi və rəngarəngliyini tanıyır və istifadə edir. O öz həyatında mürəkkəb problemlərlə üzləşən şagirdlərin və onların ailələrinin tələbatlarını bilir və onları dəstəkləyir.
Planın tərtibi və reallaşdırılması. Təhsil imkanlarının təmin olunması (aztəminatlı ailələrdən olan uşaqlar da daxil) üçün təhsil strategiyaları hazırlamaq. Valideynlər, ictimaiyyət və biznes nümayəndələri, dövlət orqanları ilə əməkdaşlıq etməklə tədris prosesini təkmilləşdirmək. Bu əlaqələrin reallaşdırılması üçün müvafiq strukturlar yaratmaq.
Nəticələrin təhlili. Təlim prosesinin ictimaiyyətlə bağlı olduğunu inandırmaq, yerli cəmiyyət üzvlərinin məktəblilərin təhsilində iştirakını təmin etmək. Tədrisin keyfiyyətinin yüksəldilməsi məsələləri ilə əlaqədar ictimaiyyət nümayəndələri və şagirdlərin ailələri ilə fəal əlaqə qurmaq.
Planın korrektə olunması. Məktəblilərin şəxsi inkişafı və müvəffəqiyyət səviyyəsinin yüksəldilməsi məqsədilə şagirdlərin ailələri ilə effektiv əməkdaşlıq mühitini yaratmaq və dəstəkləmək. Digər məktəblərlə əməkdaşlıq etmək və onların direktorları ilə təcrübə mübadiləsi aparmaqla təhsil sisteminin inkişafına xidmət göstərmək. Uşaq və gəncliyin müdafiəsi ilə məşğul olan müvafiq dövlət orqanları ilə fəal əməkdaşlıq etmək.
"Uçitelskaya qazeta"dan
Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi"
o.mustafayev@muallim.edu.az

Nazir: "Məktəbəhazırlığın hamı üçün əlçatan olması üzrə işlər gedir"


Nazir: "Məktəbəhazırlığın hamı üçün əlçatan olması üzrə işlər gedir" "Müəllimlərin peşə keyfiyyətlərinin artırılmasına, zəruri inkişafyönümlü metodikalar və təlim texnologiyalarını çatdırmağa imkan verən mexanizmlər tətbiq olunmağa başlanıb”.
 
Bunu təhsil naziri Mikayıl Cabbarov deyib.
M.Cabbarov qeyd edib ki, bu məqsədlə Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidən Hazırlanma İnstitutunun bazasında Nazirlər Kabinetinin müvafiq qərarına əsasən təhsil İşçilərinin  Peşəkar İnkişafı İnstitutu yaradılıb. Bu qurum  kredit sisteminə əsaslanaraq bütün kateqoriyadan olan təhsil işçilərinin peşəkar inkişafı ilə əlaqədar olan siyasətin müəyyənləşdirilməsi, təlimlərin təşkili və koordinasiya ilə məşğul olacaq.
 
Bu sahədə Təhsil Problemləri İnstitutunun da üzərinə yeni vəzifələr düşür. Hazırda bu qurumun yeni inkişaf modeli üzərində iş gedir.
 
Nazir deyib ki, təhsil sistemində tətbiq edilən yeniliklərdən biri də pilot olaraq seçilmiş 58 məktəbdə 176 təmayül sinfinin açılmasıdır. Nazirin sözlərinə görə, bu məktəblərdə oxuyan şagirdlərə qeyri-profil fənlərin dərs saatlarının azalması sayəsində seçdikləri istiqamət üzrə daha dərin biliklər verilir. Bu islahatın məqsədi ümumi təhsilin keyfiyyətini yüksəltmək, şagirdlərə seçdikləri ixtisas istiqaməti üzrə daha keyfiyyətli kompitensiyalara yiyələnmək imkanı yaratmaqdır. Bununla əlaqədar tədris resurslarının hazırlanması və təmayüllər üzrə təhsilin əhatə dairəsinin genişləndirilməsi qarşıda duran vəzifələrdəndir.
 
"Məktəbəhazırlıq pilləsinin 2016-2017-ci ildən dövlət büdcəsindən maliyyələşməsi və hamı üçün əlçatan olması istiqamətində işlər davam etdirilir. Məqsəd 2020-ci ilə kimi ölkədə uşaqların məktəbəqədər təhsil səviyyəsinə əhatəsini 70%-ə çatdırılmasıdır”, -deyə nazir əlavə edib. 

25 Şubat 2015 Çarşamba


“1905.az” portalının Xocalı soyqırımı ilə bağlı anım tədbiri keçirilib


Fevralın 25-də “1905.az” portalı “Park Bulvar” AVM-də “Xocalı 1992” anım tədbiri keçirib.
İctimaiyyət, media nümayəndələrinin və xarici qonaqların böyük ilgi göstərdiyi tədbirdə “1905.az Studio”nun Xocalı soyqırımına həsr olunmuş video-çarxı, “1905.az” Səyyar Qalereyasının ekspozisiyası və portalda bu barədə materialları nümayiş etdirilib, ziyarətçilərə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının həmin mövzuda nəşr etdirdiyi “Xocalı soyqırımı (faktlarda, sənədlərdə və xarici mətbuatda)”, “Milyon imza – bir tələb”, “Bir faciə haqqında iki foto-söhbət” kitabları təqdim olunub. Tədbir iştirakçılarına həmçinin, AVCİYA-nın “Milyon imza – bir tələb” kampaniyası haqqında ətraflı məlumat verilib.
Anım tədbiri 16.00-dan 20.00-a kimi davam edib.