10 Ekim 2014 Cuma

Uşaqlarımızın məktəbdə uğur qazanma yolları

Uşaqlarımızın məktəbdə uğur qazanma yolları. Ailələr uşaqlarının məktəbdə savadlı olmasını  istəyir və əllərindən gələni edirlər. Ancaq bütün bunlara baxmayaraq uşağın savadının artmaması,dərslərindən geri qalması həm üzücü həm də düşündürücüdür.Bu yazıda məktəbdə savad artırmanın ip uclarını tapacaqsınız.
                                           
1. Məsuliyyət hissini artırmağa çalışın.  
2. Yaşına uyğun edə biləcəyi tapşırıqlar verin.
3. Uğur qazanmış insanları ona örnək   göstərin və sevdirin.
4. Özunə inamını artırmaq.
5. Sinif yoldaşları ilə mehriban rəftar etməsini öyrədin.
6. Bacarmadığı işi ondan tələb etməyin.
7. Ona yaşından və olduğundan kiçikmiş kimi davranmayın.
8. Onunla birlikdə vaxt keçirin ,özünü ifadə etməsi üçün şərait yaradın.
9. Uyğun olmayan dost və rəfiqələrinin uyğunsuzluğunu başa salın.
10. Bəzi içki və siqaret kimi zərərli vərdişlərdən uzaq tutun.
11. Dərs üçün yetərli vaxt ayırmasında ona yardım edin.
12. Dərslərindən yaxşı qiymət alanda uyğun bir şəkildə mükafatlandırın.
13. Ona hər zaman cəsarət verin , dəstəkləyin.
14. Uğursuzluğuna gorə biraz söhbət edin , onu uğura yonəldin.
15. Müəlliməsi ilə  tez-tez əlaqə saxlamaq.
16. Müəlliməsinin onun haqqında dediklərinə diqqətli yanaşın.
17. Həyatda sistemli və proqramlı olmasına kömək edin.
18. Onun stress faktorlarını hesaba qatın ,psixaloji vəziyyətinə diqqət edin.
19. Ailə daxili rahatlığı və sevgini onun üçün hazırlayın.
20. Ana və ata birlikdə dərslərini etməkdə ona kömək ol                              
21. Dərsdən kənar zamanlarda dincəlməyinə şərait yaradın.
22. Onu oxumağa həvəsləndirin və oxuma alışqanlığı yradın.
23. Ona  diqqətini dağıtmayacaq və dərs oxumağı üçün bir otaq hazırlayın.
24. Diqqətinin dağılmaması üçün tez-tez nəzarət edin.
25. Məktəbə getməmək üçün  bəhanə gətirməyinə icazə verməyin.
26. Onu dərs və imtahanlarda panikadan uzaq tutun.
27. Qida rasionuna ciddi yanaşın.
28. Onun qabiliyyətlərini  üzə çıxarın və yönləndirin
29. Yuxu saatlarının pozulmamasını  təmin edin.
30. Məktəbdə yolunda getməyən şeylərə qarşı oyanıq olun.
31. Onun  hobilərini artırın ,dərs olmayan zaman hobiləri ilə maraqlansın.
32. Həmişə onun yanında olduğunuzu hiss elətdirin.
33. Kiçik problemlər böyümədən müdaxilə edin.
34. Dərs oxuyarkən arada bir az fasilədə verin.
35. Kitab,dəftərlərini səliqəli və təmiz saxlamalarına diqqət edin.
36. Uşağınızın görmə və eşitmə problemi olub olmadığına diqqət edin.
37. Onu sosial olmağa cəsarətləndirin.
38. Ailədəki gərginlik uşağın məktəb həyatınada təsirini göstərir.

Hiç yorum yok:

Yorum Gönder