Təhsil Nazirliyinin Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdləri Beynəlxalq müsabiqədə uğurla çıxış ediblər.

Azərbaycanlı ifaçılar müsabiqədə böyük uğura imza atıblar. Belə ki, VII sinif şagirdi, beynəlxalq müsabiqələr laureatı Çinarə Əzimova münsiflər heyətinin qərarı ilə II yeri tutub. VIII sinif şagirdi, beynəlxalq müsabiqələr laureatı Sona İsgəndərli isə müsabiqənin diplomantı adına layiq görülüb.
Sentyabrın 1-də D.Şostakoviç adına Sankt-Peterburq Akademik Filarmoniyasının Böyük zalında keçirilən qaliblərin təltifolunma mərasimində və yekun konsertində Çinarə Əzimovanın çıxışı böyük maraqla qarşılanıb.
Hiç yorum yok:
Yorum Gönder