Haqqımda




         Ölkəmizdə həyata keçirilən kurikulum islahatı hər bir islahatı həyata keçirmək istəyən kadrların qarşısında çox mühim vəzifələr qoymuşdur. Milli və bəşəri dəyərlərə, tələbyönümlülük, nəticəyönümlülük, inkişafyönümlülük və şəxsiyyətyönümlülük, interaktivlik pirinsiplərinə əsaslanan fənn kurikulumları şagirdlərin inkişafına yönəlmişdir. Bugünkü müəllimin vəzifəsi cəmiyyətə savadlı yaradıcı inkişaf etmiş şəxsiyyət yetişdirməkdir. Bu vəzifənin öhdəsindən gəlmək üçün daim bir yenilikçi müəllim olaraq yenilik axtarışındayam.
         Təhsildə baş verən dəyişikliklər mənim metodikamada yeniliklər gətirdi. Hərtərəfli inkişaf etmiş şagird yetişdirmək qarşımızda duran əsas məsuliyyətli vəzifədir. Bu vəzifənin öhdəsindən layiqincə gəlmək üçün daim öz üzərimdə işləməyə çalışıram. Ölkəmizdə gedən uğurlu təhsil islahatı bir müəllim kimi məni də öz işimi bu proqrama uyğun qurmağa istiqamətləndirir. Bu məqsədlə peşəkarlıq səviyyəmi artırmaq, müasir təlim metodlarının fəal təlimlə bağlı yeniliklərin öyrənilməsi üçün istər Təhsil Nazirliyi, istərsə də digər təşkilatlarla daim sıx əlaqədə oluram.
         Təhsildə gedən inkişafı daim izləmək və müasir tələblərə cavab verməyi özümə borc bilirəm.
         Təhsil mövzusunda keçirilən ictimai,  siyasi,  mədəni, kütləvi treninqlərdə “Təhsil Problemləri  İnstitunun ibtidai təhsilin kurikulumu şöbəsi” , “Bakı Pedaqoji Kadrların İxtisaslaşdırma və Yenidənhazırlanma İnstitutu”  , “UNİCEF” , “Azeta”, “Əlavə Təhsil Mərkəzi” və digər təşkilatların etdikləri kurs və seminarlarda iştirak etmişəm.
         Hal – hazırda ibtidai siniflər üçün Azərbaycan dili fənn kurikulumu üzrə işçi qurupunun üzvüyəm. Əldə etdiyim biliklər sayəsində elektron dərslər hazırlayır, açıq dərslər verirəm. Hər bir müasir müəllim öz işində layihələrə önəm verməlidir. Məndə məktəbdə şagirdlərimlə bir çox layihələr hazırlayaraq onlarda müstəqil düşünmə fikiryürütmə qabiliyyətlərini və humanitar hisslər formalaşdırmağa çalışıram. Elektron dərs və müəllimlər üçün əlavə vəsaitləri öz “Sabahımız” adlı blogumda birləşdirərək bütün müəllimlərin yararlana biləcəkləri məlumatları onlarla bölüşdürməkdən böyük zövq alıram.
         Tanrının bəxş etdiyin elmin işığında daha savadlı gənclər yetişdirən insanlar məhz müəllimlərdir. Əgər dünyanı aydınlığa çıxaran bu işığın “bir şüası” da biz müəllimlər olacağıqsa, deməli bəşəriyyətin ən xoşbəxt insanlarından  biridə biz müəllimlərik.
Təhməzova Könül. Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin ibtidai sinif müəlliməsi, Veb2 texnologiyaları üzrə təlimçi.
·        2013-cü il 13 noyabr – Gündəlik ictimai – siyasi , sosial – iqtisadi qəzet “Respublika qəzeti” , “Yaşa, ucal bayrağım! ...” adlı məqalə.
·        2013-cü il 8 noyabr – Azərbaycan Respublikası Təhsil Nazirliyinin orqanı Azərbaycan Müəllimi qəzeti “Dövlət Bayrağı Günü” münasibəti ilə şagirdlərimizlə keçirilmiş tədbir haqqnda məqalə.
·        2014-cü il Azərbaycan Müəllimlər İnstitutunun jurnalı, Elmi – metodik jurnal №2 – 3,
·        2013-cü il Azərbaycan Respublikası Təhsil Nazirliyi Təlimdə vikipediyadan istifadə yolları.
·        2014-cü il Karyeram.az saytında “Müasir pedaqoji  texnologiyalardan istifadənin imkan və yolları”  adlı məqalə.
·        2014-cü il Karyeram.az saytında “Qiymətləndirmə prosesinə yanaşma” adlı məqalə
·        2014-cü il 25 aprel. Təhsildə İnformasiyalar Elmi – praktik konfrans. Azərbaycan Müəllimlər İnstitutu




·        23.10.2013-cü il  Təhsil Problemləri İnstitutunun Elmi – metodik nəşri “Təhsil Problemləri qəzeti” “Keyfiyyətli təlimin təşkili zamanı nəzərə alınan prinsiplər” məqaləsi.
·        18.03.2014-cü il Azərbaycan Respublikasının Təhsil Şurasının orqanı Təhsil və Zaman qəzeti “Rəqəmlərin bayramı” uşaqların bayramına çevrildi adlı tədbirə həsr olunmuş məqalə.
·        2013. №1  Kurikulum Elmi – metodik jurnalda “Tənqidi təfəkkürün formalaşması üçün tapşırıqlar” adlı məqalə
“Azərbaycan Respublikası orqanı”
·        2013-cü il Təhsil jurnalı noyabr buraxılışı 4-cü sinifdə tədris olunan “Azərbaycan dili” dərsliyinin tətbiqi əhəmiyyəti adlı məqalə
·        2012-ci il №10. Aylıq elmi – nəzəri pedaqoji jurnal
Media və təhsil informasiyaları adlı jurnalda “Həyat bilgisi fənnindən müəllimin perspektiv təlim fəaliyyətinin planlaşdırılması yolları” məqalə
·        2013-cü il 20-27 sentyabr “Elm, təhsil və həyat” Müstəqil İctimai – siyası qəzetdə “Əsas məqsədim hərtərəfli inkişaf etmiş şəxsiyyətlər tərbiyə etməkdir” adlı məqalə


1.     03.07.2011. Azərbaycan Milli Valideyn - Müəllim Assosiasiyası tərəfindən “Azərbaycan, Gürcüstan, Moldova və Polşada Valideyn – Müəllim hərəkatının inkişafı üçün təcrübə mübadiləsi formalaşması” adlı 4 günlük təlim və Beynəlxalq konfransda iştirak. Azərbaycan Milli Valideyn – müəllim Assosiasiyası.
2.     UNİCEF-in  maliyyə dəstəyi ilə Ümidli Gələcək Gənclər Təşkilatı tərəfindən həyata keçirilən “Validen – Müəllim – Şagird Əməkdaşlığını təsis etmək və Azərbaycan məktəblərində VMA-ları inkişaf etdirməklə uşaqlar üçün yararlı məktəbin inkişafına yardım etmək” layihəsi çərçivəsində “QHT Menecmenti və Liderlik İnkişaf Proqramına əsasən keçirilən təlim kursunda iştiraka görə.  Ümidli Gələcək Gənclər Təşkilatı.
3.     2009/2010-cu dərs ilində I sinifdə işləyəcək müəllimlər üçün yeni fənn kurikulumlarının tətbiqi sahəsində təlim kursu “Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsi”
4.     09.11.2013 Web 2.0 Sosial servislər üzrə Beynəlxalq təlim
5.     02.02.2014 Web 2.0 Passiv təlimdən Aktiv təlimə doğru Beynəlxalq təlimdə fəallığıma görə fərqləndirici sertifikat. Web 2.0 6 sertifikat və fərləndirmə sertifikatları ilə təltif olunub təlimçi adını almış.
6.     11.09.2012 “Мир предметника” saytında “Novruz bayramı” haqqında Milli adət ənənələrimizin tərənnümünə aid materialın müsabiqədə qalib olduğuna görə sertifikat.
7.     02.09.2012 “Сеть творческих учителей” adlı saytda distant təhsil. Master klas – Flas proqramı üzrə.
8.     02.03.2013 “Azərbaycanda təhsil vasitəsi ilə insan alverinin qarşısının alınması üzrə maarifləndirmənin gücləndirilməsi” layihəsi çərçivəsində insan alveri, Təhlükələr və Qabaqlayıcı Təşəbbüslər” üzrə  Təlimçilər üçün təlim kursu. Beynəlxalq Miqrasiya Təşkilatı
9.     20.05.2011 Azərbaycanın tərəqqi sevər ziyalı xanımı kimi Bələdiyyə və təhsil mövzusunda ictimai – siyasi mədəni – kütləvi tədbirlərin keçirilməsində fəal iştiraka görə fəxri fərman. Qadınlar Bələdiyyələrin İnşikafı Uğrunda İctimai Birliyi
10.                        09.12.2011 Microsoft, Windows  əməliyyat sistemi, MS Word, MS Excel, MS Power Point proqramları və internetdən istifadə üzrə kurs. “Edu Soft” tədris mərkəzi
11.                        20.05.2011 Bələdiyyə və Təhsil mövzusundə keçirilən treninqdə iştirak. “Qadınlar Bələdiyyələrin İnşikafı Uğrunda İctimai Birliyi”
12.                        27.05.2013 “İKT bacarıqlarının təkmilləşdirilməsi” adlı layihəsi çərçivəsində təşkil edildiyi təlim kursunda MS Power Point, İspring Pro, Easy Gif, Animator praqramları üzrə kursu müvəffəqiyyətlə bitirmiş “Nurlu Sabah Uşaq Gənclər Təşkilatı İctimai Birliyi”
13.                        29.12.2010 Fənn kurikulumlarının tətbiqi ilə əlaqədar fəal interaktiv təlim texnologiyaları “Tematik kurs” “Bakı Pedaqoji Kadralrın İxtisaslaşdırma və Yenidənhazırlanma İnstitutu”
14.                        21.07.2011 “Fənn kurikulumları ilə 2011/2012-ci dərs ilində sinid şagirdlərinə dərs deyəcək müəllimlər üçün təlim. “İnkişaf Elmi Mrkəzi”
15.                        25.05.2011 “Azərbaycan Respublikasında Təhsil Sistemin  İnformasiyalaşdırılması üzrə Dövlət Proqramı” na əsasən “İnformasiya  - Kommunikasiya texnologiyalarının köməyi ilə tədris prosesinin təşkili” mövzusunda kurs. “Bakı Pedaqoji Kadralrın İxtisaslaşdırma və Yenidənhazırlanma İnstitutu”
16.                        21.12.2011 Azərbaycan Respublikasında Təhsil Nazirliyi və “Smart Technologies” şirkəti tərəfindən təşkil edilmiş məktəb müəllimləri və təhsil müəssisələrinin işçiləri üçün “Dymo/Mimio interaktiv Texnologiyaları ilə tədris “ təlim kursunda iştirak etdiyinə görə verilir.
17.                        15.02.2014 Yeni məktəbəqədər təhsil kurikulumunun tətbiqi ilə əlaqədar Təhsil Texnologiyaları Mərkəzində təşkilolunmuş “Öyrədənlərin öyrədəni” kursundan keçərək” təlimçi” adını almış
18.                        04.01.2013 Classroom  Management in the 21st Century  Perspectives and Challenges  Türkiyənin təhsil üzrə eksperti Erdem Söyləməzin seminarı. Azeta təşkilat.
19.                       13.09.2012 “Həyat bilgisi fənn kurikulumunun tətbiqi ilə əlaqədar “Öyrədənlərin öyrədəni” kursunu bitirib. “Təlimçi” statusu almış “Unikal – 1” MMC
20.                       19.04.2013 “Ümumi orta təhsil səviyyəsi üzrə yeni fənn kurukulumlarının tətbiqi və fəal təlim” mövzusunda keçirilən təlimçilərin – təlimi kursu “ İnkişaf Elmi Mərkəzi”
21.                       22.12.2013 Pedaqoji Kadrların Metodiki Elmi – nəzəri və təcrübi hazırlığının təkmilləşdirilməsi məqsədi ilə həyata keçirilən “Öyrədənlərin öyrədilməsi” layihəsi çərçivəsində “Elektron tədris resurslarının hazırlanması və tətbiqi qaydaları” üzrə təlim
22.                        “Avir Tel” şirkəti tərəfində təşkil edilmiş məktəb müəllimləri və təhsil müəssisələrinin işçiləri üçün “Smart Board interaktiv lövhələri ilə tədris” təlim kursunda iştirakçı
23.                       22.02.2014 Məktəblərdə insan hüquqlarının qorunması haqqında təlim. “Orta məktəblərdə insan hüquqlarının tədrisi” mövzusunda keçirilən təlimçilər üçün təlimin fəal iştirakçısı. “Azərbaycan Gənclər Fondu”
22.11.2013 Azərbaycan Təhsil Şurasının Bakı şəhərində Təhsil üzrə Dövlət Strateqiyasının müzakirəsi və şuranın hesabat toplantısında iştirak.
25-26.10.2103 Azərbaycan Müəllimlər İnstitutu Respublika Konfransı. “Tarixi mədəni irsin tədqiqi, tədrisi təbliği, mühafizəsi və diyarşunaslıq işinin təşkilində təhsil müəsisələrinin rolu
24.02.02.2014 Xəzər Universiteti Dünya Məktəbi İB Diploma, National İB    Confernce  “Great and Educate”  Beynəlxalq konfrans. “Qiymətləndirmə prosesi üçün məlumat toplanmasına yeni yanaşma” mövzusunda təqdimat.
  17.03.2014 İctimai Televiziya “Açıq dərs” verlişində “İnformasiya Kommnikasiya Texnologuyaları” mövzusu üzrə müzakirə.

25. 18.04.2014 Müasir Kurikulumların tətbiqində dərslik və dərs vəsaitlərinin yazılması və qiymətləndirilməsi üzrə beynəlxalq təlim seminarında iştirakçı. Müəlliflik haqqında treninq – təlimçi Amerika mütəxəssisi William.

2014/2015-ci tədris ilində keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi.

1 yorum: