23 Mayıs 2014 Cuma

Bütün müəllimlərə uğurlar !!!








1. Təhsil islahatı neçənci illəri əhatə edir?

a) 1999—2007 b) 2001—2011
d) 1999—2013
c) 1999—2009

2. Kurrikulum nədir?
a) Təlimin təşkilinə qoyulan tələblər və qiymətləndirmə nümunələri toplusu
b) Təlim prosesi ilə bağlı bütün fəaliyyətlərin səmərəli təşkilinə, məqsədyönlü və ardıcıl həyata keçirilməsinə imkan yaradan konseptual sənəd.
c) Dərs nümunələri, qiymətləndirmə nümunələri və müəllimlərüçün digər metodik göstərişlər toplusu
d) Təlim metodu, forma və vasitələrin məcmusu

3. Milli Kurrikulum hazırlanarkən aşağıda göstərilən prinsiplərin hansı nəzərə alınmamışdır?

a) tələbyönümlük
b) nəticəyönümlük
c) subyektivlik
d) şəxsiyyətyönümlük

4. İbtidai təhsil pilləsi üçün neçə fənn kurrikulumu hazırlanıb?
a) 10 b) 9
c) 11 d) 12

5. Kurrikulumlarda fənnin məzmunu necə verilmişdir?
a) bacarıqlar şəklində ifadə edilən təlim nəticələri- standartlar formasında
b) qimətləndirmə standartları şəklində ifadə edilən təlim nəticələri- standartlar formasında
c) biliklər şəklində ifadə edilən təlim nəticələri — standartlar formasında
d) oyun və fəaliyyət şəklində ifadə edilən təlim nəticələri- standartlar formasında

6. Kurrikulumda məzmun standartı nədir?
a. şagirdlərin bilik və bacarıq səviyyəsini qiymətləndirmək üçün konkret ölçülərdir.
b. təhsilin müəyyən mərhələsində şagirdlərin və müəllimlərin bilik və bacarıq səviyyəsinə qoyulan dövlət tələbidir
c. təhsilin müəyyən mərhələsində şagirdlərin bilik və bacarıq səviyyəsinə qoyulan dövlət tələbidir
d. yalnız şagird fəaliyyətinin mərhələlərini əhatə edir

7. Aşağıdakı ifadələrdən hansılar alt-standartlara aid deyil?
a. əsas standartın tərkib hissəsi olub ona xidmət edir
b. təlimin müxtəlif mərhələləri üzrə şagirdlərin inkişafını izləməyə imkan verir
c. təlim prosesinin planlaşdırılması və qurulmasını istiqamətləndirir
d. təhsil pillələri üzrə dəyişməz qalır

8. 4.1.4. Ədədin kəmiyyətin göstəricisi olduğunu başa düşdüyünü nümayiş etdirir. Bu standart hansı bilik və fəaliyyət növünə aiddir?
a) deklorativ bilik bilik – idraki fəaliyyət b) kontekstual bilik – psixomator fəaliyyət
c) prosedural bilik – idraki fəaliyyət d) deklorativ və kontekstual bilik

9. Təlim strategiyaları seçilərkən aşağıdakıların hansı nəzərə alınmır?
a) Qiymətləndirmə standartları b) Fənnin məqsədləri c) Valideynin arzusu
d) Fənnin məqsəd və vəzifələri

10. Fənn kurrikulumlarında təlim strategiyalarına nə daxil deyil?
a) Fənnin təliminə verilən əsas tələblər
b) Təlimin təşkilində istifadə olunan forma və üsullar
c) Fənn üzrə təlimin planlaşdırılması
d) Kurrikulum islahatının mərhələləri

11. Təlim üsullarını seçin
1. Müzakirə 2. Qeyri —standart dərs 3. Beyin həmləsi 4. Kiçik qruplarla iş 5. Venn diaqramı 6. Debatlar
7. Dərs oyun
a) 1,3,5,6 b)1, 2,4,6 c) 1, 4,5, 7 d) 3,4,5,6

12) Təhsildə qiymətləndirmə nədir?
a) təhsil prosesində şagird nailiyyətlərinin beynəlxalq tələblərə uyğun müvafiq rəqəmlərlə ölçülməsi
b) təhsil prosesində nailiyyətlərin müəyyən olunmuş keyfiyyət səviyyəsinə uyğunluğunun obyektiv, etibarlı vasitələrlə ölçülməsidir.
c) təhsil prosesində nailiyyətlərin müəyyən olunmuş keyfiyyət səviyyəsinə uyğunluğunun müəllimin seçdiyi kriteriyalarla ölçməsi.
d) təhsil prosesində nailiyyətlərin müəyyən olunmuş keyfiyyət səviyyəsinə uyğunluğunun yalnız testlərlə ölçülməsidir

13. Hansı məktəbdaxili qiymətləndirmənin növlərinə aid deyil?
a) diaqnostik qiymətləndirmə b) formativ qiymətləndirmə
c) summativ qiymətləndirmə d) milli qiymətləndirmə

14. Summatıv qiymətləndirmə nə vaxt aparılmır?
a) yarımilin sonunda b) dərs ilinin əvvəlində
c) ayın sonunda d) bölmə başa çatdıqda

15. Qiymətləndirmə standartları nədir?
a. təhsilin müəyyən mərhələsində şagirdlərin və müəllimlərin nailiyyət səviyyəsinə qoyulan tələb.
b. tədris ilinin sonunda şagirdlərin nailiyyət səviyyəsinə və məktəbin fəaliyyətinə qoyulan dövlət tələbidir.
c. təhsilin müəyyən mərhələsində şagirdlərin nailiyyət səviyyəsinə qoyulan dövlət tələbidir.
d. Şagird və müəllimlərin bilik və bacarıqlarına qoyulan tələb

16. Qiymətləndirmə standartları sxem üzrə neçə səviyyədə hazırlanır?
a) 3 b) 5 c) 4 d) 2

17. Tədris prosesinin sonunda bütün səviyyələr üzrə sualların bölgüsü necə olmalıdır?

a) 1-ci səviyyə üzrə suallar 20%
2-ci səviyyə üzrə suallar 30%
3-cü səviyyə üzrə suallar 30%
4-cü səviyyə üzrə suallar 20%

b) 1-ci səviyyə üzrə suallar 20%
2-ci səviyyə üzrə suallar 20%
3-cü səviyyə üzrə suallar 30%
4-cü səviyyə üzrə suallar 20%
5-ci səviyyə üzrə suallar 10%

c) 1-ci səviyyə üzrə suallar 30%
2-ci səviyyə üzrə suallar 30%
3-cü səviyyə üzrə suallar 30%
4-cü səviyyə üzrə suallar 10%

d) 1-ci səviyyə üzrə suallar 30%
2-ci səviyyə üzrə suallar 20%
3-cü səviyyə üzrə suallar 30%
4-cü səviyyə üzrə suallar 20%

18. Qeyd olunan bəndlərdən hansı qiymətləndirmə standartıdır?
a) 3.4.1.Q1.Borc analayışını izah etməyi bacarır.
b) 3.4.1. Mənəvi borc (böyüklərə hörmət, kiçiklərə və xəstələrə qayğı) haqqında təsəvvürlərini ifadə edir.
c) 3.3.2. Dinlər haqqında ilkin təsəv¬vürlərini sadə şəkildə izah edir.
d) 3.2.2. Mənəviyyata zidd xüsu¬¬siyyətlərə(yalançılıq, paxıllıq, xəbərçilik) münasibət bildirir.

19. Test nümunələri nəyin əsasında hazırlanır?
a) Əsas standartların b) Qiymətləndirmə standartlarının c) Alt standartların
d) Əsas və alt standartların

20. “Beyin həmləsi” nədir?
a) İş üsulu b) Dərs forması c) Təlim üsulu d) Dərs nümunəsi
1 — d
2 – b
3 – c
4 – c
5 – a
6 – c
7 – d
8 – a
9 – c
10 – d
11 – a
12 – b
13 — d
14 – b
15 – c
16 – c
17 – a
18 – a
19 – b
20 – c

2 Mayıs 2014 Cuma

KÖNÜL TƏHMƏZOVA VİKİPEDİYADAN TƏDRİSDƏ YARARLANMAQ İMKANLARI

KÖNÜL  TƏHMƏZOVA
VİKİPEDİYADAN   TƏDRİSDƏ YARARLANMAQ   İMKANLARI
Təqdimatda Vikipediya və Viki texnologiyalarının dərsdə istifadəsinin səmərəsindən bəhs olunur. Bu texnologiyaların praktik əhəmiyyəti açıqlanır. Qeyd olunur ki, Viki konsepsiyası ilk dəfə 25 mart 1995-ci ildə amerikalı Vord Kenninqem tərəfindən işlənmiş və veb-səhifələrin birbaşa veb-brauzerdən redaktə olunması üçün nəzərdə tutulmuşdur. Istənilən versiyanın Viki texnologiyası İnternet istifadəçisinin veb-saytlarla qarşılıqlı əlaqəsini, İnternetdən çıxmadan səhifənin dəyişdirilməsini, informasiyaların strukturlaşdırılmasını, redaktə olunmasını nəzərdə tutur.
  Təqdimatda Vikipediya barədə aşağıdakı statistik məlumatlar verilmişdir:
•         Vikipediya - ümumi İnternet vasitəsilə azad yayımlanan ensiklopediyadır. 270 dildə fəaliyyət göstərir.
•         Məqsədi: istifadəçilərin sorğuları əsasında xidmət göstərməkdir.
•         Yaranma tarixi: 15.01.2001
•         Ümumi statistik məlumat:
         * Dünyanın ən populyar 10 saytı sırasına daxildir
         * Məqalələrin sayı – 15 mln.
         * Vikipediyada şəkil və faylların sayı – 6 mln.
         * Qeydiyyatda olan istifadəçilər – 21 mln.
         * Ay ərzində müraciət edənlə  – 275 mln.
Vikipediyadan dərsdə istifadəyə dair aşağıdakı nümunələr də təqdimatda yer almışdır:
1. İstənilən anlayışla bağlı vikipediyadan şagirdlərimlə birgə məlumat toplamaq.
2. Məqalələrə əlavə mətn daxil etmək və onları dəyişdirmək.
3. Mövcud olan materialları başqa dillərə tərcümə etmək.
4. Vikipediya istifadəçiləri ilə müzakirələr aparmaq.
5. Azərbaycanla bağlı həqiqətləri beynəlxalq ictimaiyyətin nəzərinə çatdırmaq.
        Təqdimatda həmçinin aşağıdakı elektron kitabxanaların imkanlarından dərsdə yararlanmaq tövsiyə olunur:
        VikiLüğət (Wikionary) – izahedici məqalələr, tezauruslar və tərcümələrin saxlandığı layihədir. Burada qrammatik lüğətlər toplanır.
        VikiKitablar (Wikibooks) – elektron kitabların birgə hazırlanması layihəsidir. Azad tərtib edilən kitablardır.
        VikiVersitet (Wikiversity) – virtual məkanda Viki-universitetdir. Bu layihəni pulsuz dərs vəsaitləri, kursları təqdim edən on-lıne cəmiyyətdir
        VikiAnbar (Commons) – şəkillərin, səslərin, videomaterialların və s. kimi informasiyaların saxlandığı qlobal xəzinədir.   

        VikiSitat (Wikiquote) – aforizmlər, məşhur şəxslərin söylədikləri ifadələrdən ibarət kataloqdur. 

27 Mart 2014 Perşembe

Ürək və Qan damar sistemi

İnsan böyüdükcə ürək döyüntülərinin sayı da azalır.
Bir körpənin ürəyi dəqiqədə 130, 3 yaşlı uşağın ürəyi dəqiqədə 100, 12 yaşlı uşağın ürəyi isə dəqiqədə 90 dəfə vurur
İnsan dərisinin hər 2,5 kv.sm-də 19 milyon hüceyrə, 60 tük, 90 yağ vəzisi, 570 sm damar və 625 tər vəzisi var.

25 Mart 2014 Salı

Müəllimlər üçün kurslar

Müəllimlər üçün kurslar
Azərbaycan təhsilində daima öz yenilikləri ilə fərqlənən Hədəf Kursları bu ilin aprel ayından yeni kursa start verir.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin keçirdiyi müəllim qəbulu imtahanına marağın çoxaldığını nəzərə alaraq gənclərimizin bu imtahana daha yaxşı hazırlaşması üçün 4 aylıq kurslar təşkil ediləcək. Həftədə 10 saatlıq dərs proqramına bütün fənlər: ixtisas, kurikulum və məntiq dərsləri daxildir.
Hər üç dərsi keçəcək pedaqoqlar sahəsinin ən peşəkarlarıdır. Beynəlxalq və milli məsləhətçilərin seminarlarını keçmiş kurikulum təlimçiləri təhsilə yeni yanaşmanın sirlərini dinləliyicilərə ustalıqla öyrədəcəklər.
Kursları bitirən müəllimlər kursun sertifikatını almaq üçün verəcəcəkləri imtahanda yetərli bal toplayaraq Hədəf Kurslarında da müəllim kimi işə dəvət ediləcəklər.
Ondan çox hazırlıq kurslarına müəllim qəbulunu həyata keçirən Hədəf Kurslarının müəllim qəbulu imtahanına hər il 1000-dən çox insan müraciət edir. Seçilmiş müəllimlər avqust ayında Hədəf Pedaqoji seminarını keçəndən sonra müvafiq dərslərlə təmin edilirlər.

Heydər Əliyev Mərkəzinin orta ümumtəhsil məktəblərinin şagirdləri və məktəbəqədər təhsil müəssisələrində təlim-tərbiyə alan uşaqlar arasında başladığı ekskursiya layihəsi davam edir. Artıq layihə çərçivəsində 30 minədək uşaq və yeniyetmə qrup şəklində Heydər Əliyev Mərkəzi ilə tanış olub.
Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə birgə əməkdaşlıq nəticəsində reallaşdırılan layihə yeni nəslin milli-mənəvi dəyərlər və ənənələrə bağlı ruhda böyüməsinə, ölkəmiz və dünya tarixi, mədəni və elmi-texniki tərəqqi barədə bilik və məlumatlarının artırılmasına xidmət edir.
Məktəblilər 5 saatlıq ekskursiya müddətində Heydər Əliyev Muzeyində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti, irsi barədə məlumat alır, Mərkəzdə nümayiş etdirilən sərgilərlə tanış olurlar. İndiyə qədər "Azərbaycan inciləri: tarixin axarında", "Mini Azərbaycan", Endi Vorholun “Həyat, ölüm və gözəllik”, “Kosmosa səyahət” kimi sərgiləri maraqla izləyən şagirdləri martın 17-dən Heydər Əliyev Mərkəzində daha bir maraqlı layihə gözləyir. Məktəblilər bu sərgidə tarixlə canlı tanışlıq imkanı əldə edə biləcək.
“Silahların əfsanəsi”ndə orta əsrlərdə müharibə və döyüşlərdə istifadə olunmuş silahlar və zirehli geyimlər nümayiş olunur. Məktəblilər Avropanın 130 tarixi eksponatını izləyərkən həm müxtəlif hadisələrin canlı şahidlərinə çevriləcək, həm də cəngavərlik arzularını reallaşdıra biləcəklər. Belə ki, sərgidəki interaktiv zonada zirehli geyimləri geyinərək ani də olsa, tarixin bir hissəsinə çevrilmək imkanı əldə etmək olar.